"Azərbaycan yenə də xarici siyasətimizdə çox vacib rol oynayır" - Səfirlə MÜSAHİBƏ
Siyasət
Oxunub: 285
12 Nis 2020 | 11:21
"Azərbaycan yenə də xarici siyasətimizdə çox vacib rol oynayır" - Səfirlə MÜSAHİBƏ Polşanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskinin APA-ya müsahibəsi

- Cənab səfir, bildiyimiz kimi, mərhum prezident Lex Kaçinskinin və daha 95 nəfərin Smolensk səmasında təyyarə qəzasında həyatını itirdiyi qəzanın 10-cu ildönümüdür. Onun siyasi məqsədləri arasında Polşa və Azərbaycan arasında dostluq münasibətlərini və əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirmək də var idi. Sizcə, bu gün onun mirası davam edirmi?
- Bəli, bu gün Polşada Smolensk təyyarə qəzasının 10-cu ildönümünü anırıq. 10 aprel 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski birinci xanım Mariya Kaçinska ilə birlikdə xüsusi TU-154M təyyarəsi ilə Varşavadan Smolensk şəhərinə uçurdu. Nümayəndə heyəti 1940-cı ilin yazında Sovet İttifaqının ən yüksək səlahiyyətli orqanı olan NKVD tərəfindən Xatın meşəsində, Mednoye, Xarkov, Bikivniya və Kuropatıda baş vermiş kütləvi edam qurbanlarına ehtiramlarını göstərmək üçün səfər edirdi. Katın qırğınında Polşa hərbi əsirləri həyatını itirdi, onların arasında zabitlər, alimlər, bütün dinlərdən olan ruhanilər, məmurlar və vəzifəli şəxslər, azad peşələrin nümayəndələri və sahibkarlar - millətlərarası Polşa elitasının üzvləri var idi. 10 aprel 2010-cu il tarixində Katına anım üçün gedən heyət isə Polşa elitasının nümayəndələri, ən yüksək dövlət orqanlarının üzvləri, müxtəlif ictimai dairələrin və dini konfessiyaların təmsilçiləri, müxtəlif siyasi, sosial və dini etiqadları olan yüksək rütbəli hərbi komandirlərdən ibarət idi. Smolensk hava limanına enən zaman baş verən qəzada təyyarədəki 96 sərnişinin hamısı öldü. Katın qırğını və Smolenskdəki təyyarə qəzası Polşa tarixindəki faciəli hadisələrin simvoludur.
Polşanın mərhum Prezidenti Lex Kaçinski Azərbaycanın və Azərbaycan xalqının böyük dostu idi. O, beynəlxalq hüququn gücünə inanırdı, buna görə də Azərbaycanın və digər postsovet dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü hər zaman müdafiə etdi. O, Azərbaycanın xarici siyasətindəki Avropa meyllərini də dəstəkləyib. Prezident Kaçinski Azərbaycanın təbii qazının və neftinin Avropa enerji bazarında olmasını dəstəklədiyi üçün Bakıda keçirilən Enerji Sammitlərinin qurucularından biri idi. Onun Azərbaycana olan isti münasibətləri də qarşılıq görmüş və mərhum Prezident 2009-cu ildə Heydər Əliyev ordeni ilə təltif olunmuş, 2007-ci ildə isə Bakı Slavyan Universitetinin Fəxri Doktoru adına layiq görülmüşdü.
Beləliklə, Polşa və Azərbaycan rəhbərliyi keçmişdə yaxşı dostluq əlaqələri qurmuşlar və həqiqətən inanıram ki, mərhum prezident Kaçinskinin mirası Prezidentlər Anjey Duda və İlham Əliyevin yaxın əlaqələri sayəsində davam edir. Azərbaycan yenə də xarici siyasətimizdə çox vacib rol oynayır. Yanvar ayında prezidentlərimizin Davosda görüşünün şahidi olduq. Bundan əlavə, Prezident Anjey Duda 2019-cu ilin may ayında Azərbaycana səfər etdi. Polşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırır.
Biz Avropada enerji təhlükəsizliyinin və şaxələndirilməsinin tərəfdarıyıq, transkontinental nəqliyyat dəhlizlərinin inkişafına diqqət ayırırıq. Ən nəhayət, Polşa Avropa İttifaqının Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığını dəstəkləyir. Bütün bunlar mərhum prezident Lex Kaçinskinin irsinə aid nümunələrdir.
- Cənab Poborski, Azərbaycana səfir təyin olunmağınız uzun müddət deyil. Azərbaycanda yenisiniz, buna görə əvvəlcə ölkəmiz barədə təəssüratınızı soruşum...
- Haqlısınız, mən Azərbaycanda yeniyəm, amma Azərbaycan mənim üçün yeni deyil. Bu ilin əvvəlində Bakıya gəlməmişdən əvvəl 3 il yarım Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentinin direktor müavini vəzifəsində çalışmışam. Azərbaycan digər Cənubi Qafqaz və Orta Asiya ölkələri ilə birlikdə portfelimdə olan ölkələrdən biri idi. Buna görə də Bakıya səfər etmək və ümumi maraq doğuran məsələlərdə azərbaycanlı həmkarlarımla əməkdaşlıq etmək, eyni zamanda əməkdaşlığımıza təsir edən regional və daha geniş ölçülər barədə məlumat əldə etmək üçün çox geniş imkanlarım var idi. Əlbəttə ki, paytaxta səfər etmək ölkə ilə münasibət qurmaq və konkret bir ölkədə olmaq iki fərqli hekayədir, amma Polşa Respublikasını Azərbaycanda təmsil etmək şərəfi qazandığımdan bəri ölkə ilə bağlı əvvəlki təcrübələrim mənim üçün çox faydalıdır.
- Bir müddət əvvəl Azərbaycanla Polşa arasında münasibətlərin 2000-ci ilin ilk on illiyindəki kimi yaxın olmadığını iddia edən bir məqalə oxumuşdum. İki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Sizin Polşa ilə Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirmək üçün hədəfləriniz nədir?
- Düşünürəm ki, bu məsələyə o perspektivdən baxmamalıyıq. Biz hələ də bir-birimizə yaxınıq, amma beynəlxalq mühit dəyişib. Əlbəttə ki, bu hal hər iki ölkənin xarici siyasətində müxtəlif yolları müəyyənləşdirir. XXI əsrin ilk on illiyində miqrasiya, radikal siyasi hərəkatlar, iqtisadi qeyri-sabitlik, dezinformasiya və pandemiya kimi o qədər də asimmetrik təhdidlərlə üzləşməmişdik. Buna baxmayaraq, 2015-ci ildən bəri münasibətlərimizə yeni dinamik və yeni fikirlər əlavə olunub.
Məsələn, Asiyanı Bakı vasitəsilə Polşanın Slavkovdakı Polim multimodal terminalı və ən əsas Avropa ilə birləşdirən “Şərq-Qərb” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri. Bu, ümumi maraq doğuran layihədir və əminəm ki, Polşa ilə Şərq Tərəfdaşlığı ölkələri - Azərbaycan, Gürcüstan və Ukrayna arasında səmərəli əməkdaşlığın həqiqi nümunəsi kimi inkişaf etdiriləcək. Bu əməkdaşlıq bütün tərəflərə fayda gətirir.
Başqa bir misal - tvinninq proqramları. Biz Polşa Ali Audit Ofisi ilə Azərbaycan Respublikası Hesablama Palatasının arasında tvinninq proqramını artıq bitirmişik. Hər iki qurum proqramın nə qədər uğurlu və faydalı olduğunu vurğulayıb. Daha əvvəllər kənd təsərrüfatı, insan hüquqları və s. sahələrdə oxşar layihələrimiz var idi.
Azərbaycan Polşanın ixracı üçün ən perspektivli bazarlardan biri seçildiyi üçün Bakıda Ticarət Ofisi açmağı qərara aldıq. İşgüzar münasibətlər sayəsində Polşa şirkətləri öz markalarını yerli bazarda qurur və mən artıq Bakı dükanlarında çox sayda Polşa məhsullarını görürəm.
P2P (People to people) çərçivəsində azərbaycanlı tələbələr üçün ölkəmizdə bir çox təhsil imkanları təqdim edirik. Hər il Polşaya daha çox gənc təhsil almağa gəlir. Digər tərəfdən, turizm potensialından hələ də tam istifadə olunmur. Əminəm ki, polyaklar Azərbaycana səfər etməkdən məmnun olardı və azərbaycanlılar məmnuniyyətlə mənim ölkəmin zənginliyini kəşf etmək istəyərlər. Bir-birimizə təklif edəcəyimiz çox şey var və mövcud imkanlardan istifadə etmək bizim ümumi vəzifəmizdir.
Beləliklə, fikrimcə, biz mövcud potensialın inkişafı üzərində çalışmalı və birlikdə yeni imkanlar axtarmalıyıq. Bu, xüsusilə indi koronavirus pandemiyası yayıldığı bir zamanda vacibdir. Polşa ərzaq və kənd təsərrüfatı məhsullarının, eləcə də dərman vasitələri və ya digər vacib avadanlıq və ya xidmətlərin ixracına hazırdır. Mümkün çatışmazlıqları azaltmaq üçün azərbaycanlı tərəfdaşlarımız üçün də faydalı ola bilən, Polşa Biznesi tərəfindən xüsusi bir anti-COVID Təklif internet platforması istifadəyə vermişik. Biz Azərbaycan tərəfinin hər hansı istəyi üçün hər zaman açığıq.
Onu da vurğulayım ki, çətin dövrlərdə həyata keçirilən artıq praktik yardım nümunələri mövcuddur. Bu yaxınlarda LOT Polşa Hava Yolları şirkəti Polşa vətəndaşlarını təxliyə etmək üçün ölkələrimiz arasında birbaşa uçuş təşkil edərkən, Varşavadan Polşada yaşayan və ya qalan 94 Azərbaycan vətəndaşını evlərinə çatdırdı. Bu, Polşa ilə Azərbaycan arasında əlaqələrin nə qədər güclü olduğunu bir daha təsdiqləyir.
25-01-2020, 14:04
Daha bir təyyarə təcili eniş etdi
8-12-2018, 14:26
Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək
23-01-2020, 15:59
Tbilisidə Gürcüstanın tanınmış azərbaycanlı jurnalistinin xatirəsi anılıb
13-12-2018, 14:12
İndoneziya səfiri Azərbaycan mahnısını ifa etdi - FOTO\VİDEO
24-12-2018, 13:33
Mixail Boçarnikov: Rusiyanın təxminən 80 regionu Azərbaycanın bölgələri ilə sıx əməkdaşlıq edir
7-08-2019, 11:11
SON DƏQİQƏ: Məşhurların olduğu təyyarə QƏZAYA UĞRADI
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı