Əmlak Məsələləri Dövlət Xidməti COP29 marşrutu üzərində abadlaşmaya mane olur - BU DA FAKT!!!
Azərbaycanda yuxarıdan-aşağıya bütün dövlət ərkanı COP29 kimi mötəbər bir tədbirə hazırlaşdığı vaxtda bu tədbirin mahiyyətinə zidd hərəkətlərə yol verən məmular da var. Bir tərəfdə yaşıllıqlar məhv edilir, digər tərəfdə isə yaşıllaşdırmaya, abadlaşdırmağa süni əngəllər yaradılır.
Bu qənaətə Yasamal rayonu Şəfayət Mehdiyev 65 ünvanında yaşayan sakinlərin AFN.az-a müraciəti ilə tanış olduqdan sonra gəlmək olar. Vətəndaşlar bildirirlər ki, yaşadıqları ünvan COP29-un əsas marşrutlarından birinin üzərində yerləşir. Həmin ərazidə isə nəinki COP29-un mahiyyətinə zidd, hətta normal insan yaşayışı üçün tələb olunan şəraitə uyğun olmayan vəziyyət hökm sürür: “Yaxınlıqda yaşayış kompleksi tikilib istifadəyə verilib. Tikinti işləri tamamlandıqdan sonra nəinki ətrafdakı zibil təmizlənməyib, əksinə, daha da bərbad vəziyyət yaranıb. Olduqca səliqəsiz, naxoş görüntü durumunda olan ərazini öz vəsaitimiz hesabına abadlaşdırmaq istəyirik. Bunun üçün nə dövlətdən, nə tikinti aparan şirkətdən, nə də hər hansı qurumdan dəstək umuruq. Bütün işləri öz gücümüzə görməyə hazırıq. Burada heç bir tikinti aparmırıq, sadəcə abadlaşdırma işləri görmək istəyirik. Lakin Əmlak Məsələləri Dövlət Xidməti buna imkan vermir. Biz bu işlərə təzə başlayanda Yasamal rayon İcra Hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən, polisdən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən nümayəndələr gəldi, hamısı ilə danışıb məqsədimizi bildirdik və razılaşdılar. Hətta bəziləri bizə təşəkkür də etdilər belə gözəl təşəbbüs üçün. Bircə Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri ilə razılaşa bilmədik. Əvvəl Xidmətin Bakı Ərazi şöbəsinin əməkdaşları gəldilər, çox çək-çevirdən sonra maddi maraqlarının olduğunu hiss etdik. Buna razılaşmadığımız üçün başladığımız işi yarımçıq qoymaqla kifayətlənmədilər, indiyədək etdiklərimizi də uçurub, dağıdıb getdilər. Sonradan bizə məlumat çatdırdılar ki, Xidmət rəisinin qəbuluna getməliyik. Biz Bakı Ərazi Şöbəsinin rəhbəri ilə görüşmək istəyimizi təkidlər bildirsək də, dedilər ki, mütləq Əmlak Xidmətinin rəhbər şəxsləri ilə görüşməlisiz. Əraziyə gələn qrupa rəhbərlik edən Əli adlı əməkdaşa şöbə rəisi ilə görüş istəyimizi bildirməyimizə baxmayaraq, bundan imtina etdilər. Hətta bizim rəislə telefon danışığımıza da şərait yaratmadılar. Bildirdik ki, biz burada tikinti işləri görmürük, obyekt tikmirik, sadəcə, abadlaşdırma işləri aparmaq istəyirik. Bunun üçün xidmət rəhbərliyinin onsuz da çətin olan qəbuluna düşmək vaxt itkisidir. Bir halda ki, Bakı ərazi şöbəsinin rəhbəri ilə görüşə bilmirik, Xidmətin rəhbərliyi ilə necə görüşə biləcəyik?!”
Sakinlərin sözlərinə görə, həmin ərazidə yaxınlıqda tikilən yaşayış kompleksinin davamı inşa ediləcək. Məhz bu səbəbdən də boş ərazidə abadlıq işləri aparmağa imkan vermirlər: “Bizə sözarası başa saldılar ki, sonra burda tikinti işləri aparılanda ağacların kəsilməsi, yaşıllığın götürülməsi üçün müəyyən prosedurlar lazım olacaq. Ona görə də bura belə qalsa yaxşıdır. Biz isə deyirik ki, tikinti aparsınlar, etirazımız yoxdur, amma ona qədər biz abadlaşdırmaq istəyirik. Biz bunu dövlətdən istəmirik, öz vəsaitimizlə, öz hesabımıza bu işləri görmək istəyirik. Buradan COP29-un marşrutlarından biri keçəcək. Olmazmı ki, gələn qonaqlar görsünlər, dövlətimiz, ölkəmiz haqda onlarda yüksək təəssürat yaransın?!”
Sakinlərin müraciəti əsasında ərazidə olduq və kiçik araşdırma apardıq. Görünən mənzərə xeyli suallar yaradır. Belə ki, ünvana baxış keçirən zaman ətrafda xeyli sayda şəhərsalma qaydaları və prosedurlarını pozan tikililərin olduğunu müşahidə etdik. Maraqlıdır, bəs zamanında onlara niyə mane olmayıblar? Deməli, hansısa maraqlar çərçivəsində onlara icazə verilib?! Sakinlər isə bir daha bildirdilər ki, orada nümunəvi bir görüntü, filmlərdə, videolarda görünən həyət tipi yaratmaq niyyətləri var: “Heç bir tikinti aparılmayacaq, amma imkan vermirlər. İşi başladıq, yarıda dayandırdılar, lap biabırçı vəziyyət yarandı”.
Maraqlıdır ki, məsələyə hansısa qüvvələr "Azərişıq" ASC-nin yerli qurumlarını da qatıblar: “Bizə dedilər ki, buradan yeraltı kabel keçir, o da dərində olmadığı üçün ərazinin üzərində iş görmək olmaz. Nə qədər desək ki, burada tikinti aparılmır, sadəcə abadlaşdırma işləri görüləcək, yenə razılaşmadılar. Uzun illərdir orada yaşayırıq, bütün proses gözümüzün qarşısında getdi, ərazidə kabellərin bir qisminin normativ qaydalara uyğun olaraq daha dərindən aparılmasına baxmayaraq, həmin kabelin davamında digər bir hissəsi bilərəkdən torpaq qatının üst səthi ilə aparılıb. “Azərişıq” ASC-nin Yasamal rayon idarəsinin texniki direktoru bizdən 3 min manat istədi. Təbii ki, ondan imtina edərək, bildirdik ki, bu prsesdən şikayət edəcəyik. Belə olan halda bizi ASAN Kommunala yönləndirdilər. Halbuki bizə bunu daha öncə deməmişdilər. ASAN Kommunal da görüləcək iş üçün yenidən həmin şəxsə yönləndimə etdi. Onlar bu dəfə 18 metrlik məsafə üçün 150 metr kabel tələb etdilər, bir sözlə, hesab-kitabı elə qurdular ki, proses 6-7 min manatı belə keçdi. Məcbur olub imtina etdik. Bütün sənədləşmə işləri əlimizdədir, lazım gəlsə təqdim edə bilərik. Beləcə yaxşı bir təşəbbüs beşikdəcə boğuldu. Hələ də anlaya bilmirik ki, biz sadə vətəndaşlar dövlət başçısının təşəbbüsünə həvəslə qoşulmağa hazır olduğumuz halda, məmurlar niyə mane olurlar”.
Sakinlər media vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müracitə edərək, onun 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsini alqışladıqlarını bildirirlər. Eyni zamanda onun bu nəcib təşəbbüsünün bəzi məmurlar tərəfindən “sabotaj” edilməsini nankorluq kimi dəyərləndirirlər: “Cənab Prezident! BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ərəfəsində, COP29-un əsas marşrutlarından birinin üzərində yerləşən ərazidəki bərbad vəziyyəti gözümüz-könlümüz götürmür. Sizdən xahişimiz budur, Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə göstəriş verəsiniz ki, yaşadığımız ərazinin abadlaşdırılmasında bizə mane olmasın. Biz bütün məsuliyyətimizlə bəyan edirik ki, həmin ərazidə heç bir tikinti aparılmayacaq, sadəcə yaşıllıqlar salınacaq, insanların istirahəti, rahat hərəkəti üçün şərait yaradılacaq”
1-08-2024, 13:03
COP29-la əlaqədar bu şəhərlərdə dərslər onlayın keçiriləcək
9-09-2024, 16:12
Azərbaycanda növbəti peyvəndləmə başlayır
6-01-2019, 14:32
Peyk Müşahidə Sistemi torpaqlardan səmərəli istifadəyə şərait yaradacaq
7-11-2021, 19:50
Bakı artıq yaşanılacaq yer deyil: - Ekspertlər həyəcan təbili çalır
18-10-2021, 09:44
Adil Vəliyevin rayonunda sakinlər NARAZIDIR... - Burda xəstəlik tapmaq olar...
1-08-2024, 13:32
İlham Əliyev Viola Amherdi təbrik etdi
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı