Avropa Parlamenti erməni maraqlarını səsləndirərək növbəti dəfə özünü ifşa etdi - ŞƏRH + FOTO
Siyasət
Oxunub: 239
6 Ekm 2023 | 17:31
Avropa Parlamenti erməni maraqlarını səsləndirərək növbəti dəfə özünü ifşa etdi - ŞƏRH + FOTO
Azərbaycana qarşı zaman-zaman qərəzli və ikili mövqeyi ilə seçilən Avropa Parlamenti (AP) növbəti dəfə ənənəsinə sadiq qalıb. Qurum yenə də Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud surətdə pozulması və digər bu kimi köklü problemləri bir kənara ataraq, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazisində həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı qərəzli yanaşma ortaya qoyub. Lobbilərin, xüsusən də ermənilərin əlində oyuncağa çevrilən, deputatları korrupsiyaya qurşanan təşkilat daxili problemlərini həll etmək əvəzinə, Qarabağda Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərinə xüsusi iclas həsr edib. Orada heç bir fakt və arqument göstərilmədən rəsmi Bakının ünvanına hədyan və böhtanlar yağdırılıb, sonda isə Fransanın təşəbbüsü ilə qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul edilib.

Avropa Parlamentinin qəbul etdiyi bu kağız parçasının qərəzli və ikili standartlara söykəndiyini bir neçə bəndlə əsaslandırmaq mümkündür.

Birincisi, Avropa Parlamenti qətnaməni qəbul edən zaman bölgəyə göndərilən BMT missiyasının təqdim etdiyi məruzəni diqqətə belə almayıb. Orada BMT-nin, onun Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların səsləndirdiyi bəyanatlara tamamilə zidd olaraq bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçürüldüyünün iddia edilməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

İkincisi, Ermənistan belə Qarabağda hər hansı bir “etnik təmizləmə” və sakinlərin zorla çıxarıldığını bəyan etmədiyi halda, Avropa Parlamenti belə bir qətnamə qəbul edir. Qətnamədə irəli sürülən iddialardan fərqli olaraq, Azərbaycan hökuməti Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etməsinə imkan yaradılması məqsədi ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir.
Avropa Parlamenti erməni maraqlarını səsləndirərək növbəti dəfə özünü ifşa etdi - ŞƏRH + FOTO
Üçüncüsü, İrəvan Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq etdiyi halda, Avropa Parlamenti bu faktı qeydə almır. Bu da deməyə əsas verir ki, onu bölgədə sülh və əmin-amanlıq deyil, gərginlik, münaqişənin yenidən alovlanması maraqlandırır.

Dördüncüsü, Ukraynaya və Azərbaycana yanaşma ilə bağlıdır. Necə olur ki, Ukraynanın apardığı müharibə ərazi bütövlüyünün müdafiəsi və bərpası, Azərbaycanın hərəkətləri isə başqa cür qarşılanır? Bu, riyakarlığın bariz nümunəsi deyilmi?!
Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə sevincək olan Ermənistana gəldikdə, yenə də necə bir rəzil duruma düşdüyünün fərqinə varmır. Anlamır ki, 30 il əvvəl olduğu kimi, yenə də ondan istifadə edirlər. Vaxtı çatanda da atacaqlar bir kənara. Adi bir misal, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladı. Ümid etdi ki, işğalın baş tutmasında əvəzsiz rolu olan Rusiya onlara sona kimi dəstək olacaq. 44 günlük İkinci Qarabağ müharibəsi və sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri Ermənistan və havadarlarının arzularının xam xəyal olduğunu üzə çıxardı. Ermənistan anlamır ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamənin heç bir hüquqi, qanuni əsası yoxdur və ancaq tövsiyə xarakterlidir.

Bəllidir ki, sənəd Fransa hökumətinin təhriki ilə əksəriyyəti bu ölkədən olan anti-Azərbaycan, islamofob deputatların saxta məlumatları əsasında hazırlanıb. Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləməyə, Xocalı soyqırımına, bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini irsin dağıdılmasına etinasızlıq göstərən təşkilatın Azərbaycan ərazisində qanunsuz erməni hərbi birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra Ermənistan tərəfindən yaradılmış qondarma qurumun müdafiəsinə yönələn belə bir qətnaməni qəbul etməsi separatizmə açıq dəstək verməkdir. Sözsüz ki, qərəzli qətnamə yalnız Ermənistanı sakitləşdirmək üçün atılan addım olaraq götürülməlidir və bir sözlə, Azərbaycana heç bir təsiri olmayacaq.

Avropa Parlamenti erməni maraqlarını səsləndirərək növbəti dəfə özünü ifşa etdi - ŞƏRH + FOTO
Yekunda onu bildirək ki, Azərbaycan Qarabağı işğaldan azad etməklə bütövlükdə regionu sülhə yaxınlaşdırıb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün faktiki olaraq heç bir prinsipial maneə qalmayıb. Amma görünən odur ki, Qərb israrla buna qarşı çıxır. Təsadüfi deyil ki, sözügedən qətnamənin heç bir yerində sülh çağırışı, və ya, ölkələrin ərazi bütövlüyündən bəhs edilmir. Qəbul etdikləri qətnamə anti-Azərbaycan məqsədi daşıyaraq ədalətə zidd, təşkilatın nüfuzuna xələl gətirən kağız parçası kimi qiymətləndirilməlidir. Avropa və onun strukturları anlamalıdırlar ki, belə şeylərlə Azərbaycanın iradəsinə və regiondakı proseslərə təsir edə bilməyəcəklər.
19-01-2019, 13:27
Vüqar Rəhimzadə: Avropa Parlamentinin qərəzli “qətnamə”si Azərbaycana qarşı çirkin kampaniyanın tərkib hissəsidir
21-09-2023, 14:23
Fransa telekanalında Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən danışılıb - FOTO
20-11-2020, 11:29
Sahibə Qafarova: Fransa münaqişənin ilk günündən qərəzli mövqe tutub
1-03-2022, 22:07
Avropa Parlamenti Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləyən qətnaməni yekdilliklə təsdiqləyib
18-01-2019, 16:16
Sevinc Fətəliyeva: Azərbaycan elə qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
6-10-2021, 10:01
Qərbin Azərbaycana qərəzli münasibəti niyə dəyişmir - HƏQİQƏTƏN DƏ...
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı