Sahibə Qafarova Türkiyənin “Milliyet” qəzetinə müsahibə verib
Müsahibə
Oxunub: 403
27 Ekm 2020 | 10:08
Sahibə Qafarova Türkiyənin “Milliyet” qəzetinə müsahibə verib Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin “Milliyet” qəzetinə müsahibə verib.
Parlamentdən verilən məlumata görə, müsahibədə Milli Məclisin Sədri bildirib ki, 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı növbəti dəfə hərbi təcavüzünün başladığı ilk anlardan etibarən Türkiyənin həm rəsmi şəxsləri, həm də xalqı açıq və birbaşa olaraq ölkəmizə dəstək verib:
“Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya tərəfindən Azərbaycanın haqlı davasına verilən dəstək də ölkəmiz üçün çox dəyərlidir. Bütün bu dəstəyə görə Milli Məclisin Sədri həm öz adından, həm də Milli Məclisin deputatları adından Türkiyə Cümhuriyyətinə, TBMM-ə və parlament üzvlərinə minnətdarlığını bildirib.
Sədr diqqətə çatdırıb ki, hər bir azərbaycanlı Türkiyə vətəndaşlarının qəlbinin burada, Azərbaycanda olduğunu bilir. Və hər bir Azərbaycan vətəndaşının da qəlbi çətin günlərdə qardaş Türkiyə ilə bərabər döyünür”.
S.Qafarova bildirib ki, Ermənistanın hərbi təcavüzü başlayandan sonra Azərbaycan parlamentinin rəhbəri və üzvləri tərəfindən Milli Məclisin fəal əməkdaşlıq etdiyi 80-dən çox ölkədəki tərəfdaşlarına məktublar göndərilərək bu təcavüz barədə məlumat verilib.
Müsahibəsində Ermənistanın mülki şəxslərə qarşı müharibə cinayəti törətdiyini xatırladan spiker S.Qafarova deyib ki, Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir: "Terror yalnız Gəncəyə təcavüzlə başlamadı. Terror ilk Qarabağlının ermənilər tərəfindən yurdundan didərgin salındığı gündən başlayıb".
Sədr onu da vurğulayıb ki, Ermənistan təkcə Azərbaycana qarşı deyil, qonşuları olan 4 ölkədən 3-nə qarşı torpaq iddiası irəli sürür. Bəzi güclər Türkiyə və Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə qarşı Ermənistandan istifadə edirlər. Ermənistan isə bir xidmətçi olaraq bu güclərə xidmət edir.
S.Qafarova əlavə edib ki, hal-hazırda dünyada beynəlxalq hüququn təmin olunmasında ciddi problemlər var və beynəlxalq hüquqda ikili standartlar hökm sürür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəzi qətnamələri 2 saat ərzində icra edildiyi halda Azərbaycanla bağlı qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. Milli Məclis Sədrinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsində də “Ermənilər Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmalıdır” deyilir. Amma bu qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. Azərbaycan isə öz gücü hesabına BMT TŞ-nin 4 qətnaməsinin icrasını təmin edir.
29-05-2020, 19:14
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
30-09-2020, 10:32
Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib
30-09-2020, 10:02
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb
8-09-2020, 12:55
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək
7-10-2020, 10:05
Milli Məclisin Sədri Sahibə Qafarova ilə Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay arasında telefon danışığı olub
24-10-2020, 11:17
PARLAMENTİN SƏDRİ SAHİBƏ QAFAROVA TÜRKİYƏNİN "DAILY SABAH" JURNALINA MÜSAHİBƏ VERİB
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı