Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsinə görə şəhid anaları adından Prezidentə təşəkkür edirəm
Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin etibarlı sosial müdafiəsinin təmin edilməsi daim diqqət mərkəzindədir. Əhalinin həssas təbəqələrinə, xüsusilə şəhid ailələrinə, müharibə veteranlarına böyük diqqət və qayğı göstərilir. Bununla bağlı müxtəlif tədbirlər həyata keçirilir.“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq, şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi prosesi ardıcıl davam edir. Dövlətimizin başçısının prezident seçkisindən sonra ilk Fərmanı ilə şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi də xüsusi qayğının növbəti təzahürü oldu. Azərbaycanda bu istiqamətdə davamlı siyasət aparılır. 2019-cu ilin dövlət büdcəsində sosial yönümlü xərclərin 35 faizə çatdırılması da bu reallığı əks etdirir. Bu dövlətin sosial məsələlərin həllinə nə qədər böyük önəm verdiyini nümayiş etdirir.
Dövlətimizin başçısının növbəti mühüm humanist təşəbbüsü kimi şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Vətənin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının ailə üzvlərinin rifahının yaxşılaşdırılması, sosial ədalətin təminatı istiqamətində daha bir əhəmiyyətli addım kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Şəhid hərbi qulluqçu Qamət Abbasovun vərəsəsi olan anası Yavər Abbasova AZƏRTAC-a müsahibəsində dövlətimizin başçısının bu humanist addımının bütün şəhid ailələri tərəfindən razılıqla qarşılandığını vurğulayaraq deyib: “Oğlum Qamət Abbasov 1993-cü ildə Qarabağ uğrunda gedən müharibədə şəhid olub. Azərbaycanda şəhidlərimizin xatirəsinə yüksək ehtiram, şəhid ailələrinin sosial müdafiəsinə diqqət və qayğı göstərilir. Bizim də ailəmiz dövlətin yüksək diqqət və qayğısı ilə tam əhatə olunub. Aprelin 19-da şəhid ailələrinə birdəfəlik 11 min manat məbləğində ödəmələrin verilməsi barədə dövlətimizin başçısının Fərmanına görə Prezidentimizə minnətdarıq.
“Şəhid hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması, o cümlədən birdəfəlik ödəmələrin verilməsi ilə bağlı Prezident İlham Əliyevin Fərmanını oxuyarkən bir daha inandım ki, bu əvəzsiz qayğının əsl səbəbkarı ölkəmizdə şəhid adını uca tutan, torpaqlarımızın azad olunması üçün gecə-gündüz yorulmaq bilmədən çalısan Prezidentimizdir. Oğlumun xatirəsinin əbədiləşdirilərək adının 284 saylı məktəbə verilməsinə görə dövlətimizin başçısına minnətdaram. Şəhidlərimizin xatirəsinə, onların ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə bütün şəhid anaları adından Prezident İlham Əliyevə təşəkkür edirəm. İnanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək”, - deyə Yavər Abbasova bildirib.
Şəhidin döyüş yolu barədə məlumat verən Yavər Abbasova bildirib ki, Qamət Abbasov 1973-cü ildə Abşeron rayonunun Fatmayı kəndində anadan olub. Tələbə olarkən 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb, Mingəçevir batalyonunda xidmət edib. Cəsur və intizamlı döyüşçü olan Qamət Abbasov Tərtər rayonunun on kəndinin azad olunması uğrunda gedən əməliyyatlarda iştirak edib. O, 20 yaşında olarkən - 1993-cü il fevralın 5-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qamət Abbasov Şəhidlər xiyabanında dəfn edilib.
Şəhidin qardaşı Zaur Abbasov da göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Qeyd edib ki, dövlətimizin başçısının bu Fərmanı ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl siyasətin daha bir göstəricisidir.
Şəhid hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması, o cümlədən birdəfəlik ödəmələrin verilməsi ilə bağlı Fərman Prezident İlham Əliyevin humanist siyasətinin göstəricisidir. Bu, eyni zamanda, Azərbaycan Prezidentinin hər bir vətəndaşın qayğı və problemlərinə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir.
22-11-2018, 13:54
Bu həftə 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək
24-12-2018, 13:37
Lökbatan qəsəbəsində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər təqdim edilib
16-12-2018, 13:23
Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah
4-12-2018, 14:27
“Azərbaycan Respublikası Xatirə Kitabı”nın xüsusi buraxılışının təqdimatı olub
29-11-2018, 14:32
Tərtərdə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı