Bu gün dünyadan köçən Şərq dahisi - Üzeyir bəy Hacıbəyli
Bu gün dahi Üzeyir bəy Hacıbəylinin anım günüdür. Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində dünyaya gəlib. Ailədə beş uşaq – üç qardaş, iki bacı olublar. Ondan başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. İlin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib ərinə baş çəkmək qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir neçə gün öz evində qonaq saxlayırlar. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq uşağı elə Ağcabədidə dünyaya gətirir. Bir aydan sonra isə Şirin xanımı Üzeyirlə birgə kəcavə ilə Şuşaya gətirirlər.
Üzeyir ilk təhsilini Şuşadakı iki sinifli rus-türk məktəbində alır. Özünün də qeyd etdiyi kimi, ilk musiqi təhsilini burada xanəndə və sazəndələrdən alıb. Şuşada göstərilən bir səhnəcik də gələcəyin bəstəkarını ilhamlandırıb. Onda Üzeyirin 13 yaşı ancaq olardı. Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, dirijorluğu ilə və Cabbar Qaryağdıoğlunun ifasında Şuşada “Məcnun Leylinin məzarı başında” adlı bir səhnəcik göstərilmişdi. Üzeyir də qardaşlarıyla birgə orda xorda oxumuşdu. İllər sonra həmin səhnəcikdən təsirlənərək böyük Füzulinin poeması əsasında nəinki Azərbaycanda, bütün Şərqdə operanın özülünü qoyur, “Leyli və Məcnun”u yazır. 1908-ci il yanvarın 12-də ilk nümayişində də operanın dirijoru elə Əbdürrəhim bəy Haqverdiyev olur. Skripka partiyasını isə Üzeyir bəy özü ifa edir.
Uşaqlığı da Şuşada keçib. “Çöl Qala” deyilən yerdə Üzeyirgilin evləri olub.
13 yaşında Üzeyir hekayələr yazmağa başlayır və onları “Kitabi-məzhəkə” adı altında toplayır. Sonra kitaba illüstrasiyalar çəkir, onu özü cildləyir. O kitabları 15 qəpikdən satan Üzeyir həmin pulla ailəsinə köməklik edirdi.
14 yaşında Üzeyir Qori müəllimlər seminariyasına oxumağa gedir. 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alır.
1904-cü ildə-seminariyanı bitirdikdən sonra Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir.
Üzeyir bəy Qori müəllimlər seminariyasında oxuduğu illərdə çox şey qazanır. Həyat yoldaşı, ilk və yeganə sevgisi, tatar qızı Məleykə xanımla da orda tanış olur.
1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləbaran ediblər. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Ermənilərin bəstəkarı görməyə gözü olmadığından onu öldürmək istəyirdilər. Ancaq xoşbəxtlikdən, bu istəklərini həyata keçirə bilmirlər. Ölüm bəstəkardan uzaq düşür. Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, “mən Azərbaycanı qoyub heç yerə getməyəcəm”, - deyir. Ancaq Nərimanovun təkidindən, “Siz bizə gələcəkdə lazımsız” sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür.
1939-cu ilin oktyabrında Stalinin göstərişi ilə Üzeyir bəy Bakıda musiqi festivalı keçirir. Festival müsabiqəsində qalib ola bilməyən ermənilər Molotova məktub yazıb Üzeyir bəyi millətçilikdə günahlandırırlar. Molotov məktubu Üzeyir bəyin özünə göndərir. Ona qədər belə bir hadisə olmuşdu. Ölkənin 59 tanınmış ziyalısının siyahısı “NKVD”-yə təqdim olunur. Bu siyahıda Üzeyir bəyin də adı var idi. Xəbər Mircəfər Bağırova çatır. Bağırov xəbər tutan kimi həmin siyahını məhv etmişdi. 1937-ci ilin qanlı repressiyaları vaxtı yenidən millətçi damğası, özü də günahsız yerə, vurulacağından qorxan Üzeyir bəy şəkərə tutulur.
Üzeyir Hacıbəyli noyabrın 23-də gecə saat 2-də 63 yaşında evdə vəfat edir.
Şərqdə ilk operanın, ümumiyyətlə peşəkar musiqi sənətinin banisinin dəfninə demək olar ki, bütün Azərbaycan yığılır. Mircəfər Bağırov onun tabutunun altına çiynini verməyi özünə şərəf bilir.
23-11-2020, 10:03
Dünyada bu gün
26-09-2020, 11:08
Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində
29-08-2020, 12:24
Ağcabədidə bir-birinə bitişik 4 ev yandı
24-07-2020, 11:59
"Məktəbdə dava gedir, müəllim uşağı vurur..." Mənzurə Musayev
25-01-2019, 12:45
"Əlimdə sübutlar var, onları məhv edərəm" - Fərdanın keçmiş xanımı
6-01-2019, 14:42
Ana 7 uşağı ilə birgə dəm qazından zəhərləndi
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı