Penitensiar Xidmətin baş idarəsində əməliyyat müşavirəsi keçirilib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Xidmətin baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirədə çıxış edərək ötən il penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. Nazir müavini hesabat dövründə dövlətimizin başçısının cəza-icra fəaliyyətini tənzimləyən müvafiq fərman və sərəncamlarının, qanunvericilik aktlarının, eləcə də nazirliyin kollegiya qərarlarında öz əksini tapmış tapşırıqların icrasının nəzarətdə saxlanıldığını, baş idarənin, tabe qurumların maddi-texniki bazasının inkişafına, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, fəaliyyətin səmərəliliyinin artırılmasına, nizam-intizamın möhkəmləndirilməsinə, nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirildiyini bildirib. Penitensiar Xidmətin yüksək peşəkar kadr korpusunun formalaşdırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və kadr işinin təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin 2018-ci ildə də davam etdirildiyi diqqətə çatdırılıb. O, əsas diqqətin fəaliyyətdə şəffaflığın artırılmasına, korrupsiya və vəzifədən sui-istifadə kimi mənfi hallarla mübarizəyə yönəldildiyini bildirib.
Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qaldırılan məsələləri, o cümlədən ötən dövrdə ölkəmizin əldə etdiyi uğurlu nəticələri və aparılan iqtisadi islahatları müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Keçən ilin iqtisadi inkişaf baxımından uğurlu olduğu, şəffaflığı tam təmin etmək və xoşagəlməz hallara qarşı mübarizəni gücləndirmək istiqamətində mühüm addımlar atıldığı qeyd olunub.
Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov 2018-ci ildəki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci il fevralın 10-da imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın icrası davam etdirilib, qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlər həyata keçirilib.
Əvvəlki illərdə olduğu kimi, dövlətimizin başçısının penitensiar sahədə həyata keçirilən humanist siyasəti davam etdirilib, mayın 24-də 634 məhkumun, o cümlədən azadlıqdan məhrumetmə cəzasını çəkən 607 məhkumun əfv edilməsi ilə bağlı Sərəncam vaxtında və dürüst icra edilib.
Dövlətimizin başçısının təşəbbüsü ilə 2017-ci il oktyabrın 20-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş qanunun icrası ilə əlaqədar 2018-ci ildə penitensiar müəssisələrdə cəza çəkən 6011 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib, 647 məhkum cəza çəkməkdən azad olunub, 2319 məhkumun cəza müddəti azaldılıb, 851 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib. Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi məqsədilə məhkəmələrə təqdim edilən sənədlərin hazırlanması işində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı ədliyyə naziri tərəfindən verilmiş tapşırıqların icrası üzrə tədbirlər davam etdirilib. Yeni fəaliyyətə başlayan Komissiyanın artıq 24 iclası keçirilib, 818 məhkumun müraciətlərinə baxılıb və onlardan 363-nə müsbət rəy verilib. Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
2018-ci ildə həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən və məhkumlardan 1770 manat məbləğində pul, 96 mobil telefon, 139 min 327 qram narkotik və psixotrop maddələr aşkarlanaraq götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub. Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 579 müxtəlif cinayətin üstünün açılmasına kömək göstərilib. Penitensiar Xidmətin əməliyyat aparatının məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş 7 odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilib. Tərbiyə işinə, xüsusilə məhkumların asudə vaxtlarının səmərəli təşkilinə, onlarla sosialyönümlü işə aidiyyəti dövlət qurumlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının cəlb olunmasına xüsusi diqqət yetirilib. Məhkumlarda qanuna itaətin həvəsləndirilməsi, tolerantlıq prinsipləri, birgəyaşayış ənənələrinə hörmət və ehtiramın formalaşdırılması istiqamətində seminar-treninqlər keçirilib.
Hesabat dövründə baş idarədə və tabe qurumlarda təmir-abadlıq işləri davam etdirilib. Bir sıra müəssisələrdə təbii qazla təchizat problemi tamamilə həll edilib, işıq, qaz və su sərfiyyatında israfçılığa yol verilməyib.
Müşavirədə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.
Əməliyyat müşavirəsinin yekununda əldə olunan müsbət nailiyyətlərlə yanaşı, fəaliyyətdə nöqsan və çatışmazlıqların da mövcud olduğu qeyd edilib, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıqlar verilib.
22-12-2018, 15:13
Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edib
26-12-2018, 14:11
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
11-01-2019, 14:11
Vüsal Hüseynov: Ötən il ölkəmizə gələn əcnəbilərin sayı 6 faiz artıb
19-12-2018, 14:27
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir
11-01-2019, 13:55
Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı