İşçilərin xidməti müqavilə ilə işlədilməsinin qarşısı alınır: Məcəlləyə dəyişiklik edilib
İşçi haqq müqabilində işəgötürənin xeyrinə əmək qabiliyyətini reallaşdırırsa, bu zaman onlar arasında əmək münasibətləri yaranır. Əmək Məcəlləsinin tələblərinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Əmək müqaviləsi, yoxsa xidməti müqavilə?
Təcrübədə əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi kimi hallara geniş rast gəlinir. Əksər hallarda işçilərlə əmək müqavilələrinin deyil, mülki-hüquqi müqavilənin imzalanması bu sahədə ən ciddi problemlərdən biridir. Qanunvericiliyə əsasən, işçi ilə mülki-hüquqi müqavilə müəyyən müddət üçün imzalana bilər. Lakin bəzən işəgötürənlər işçiləri uzun illər ərzində, sadəcə, mülki-hüquqi müqavilə əsasında işlədirlər. Nəticədə işçilər əmək müqaviləsinin yaratdığı bir sıra hüquqlardan məhrum olurlar. Bu vətəndaşlar işsiz qalacaqları təqdirdə dövlət məşğulluq orqanları onların barələrində hər hansı sosial müdafiə tədbirləri həyata keçirə bilməyəcək, həmin şəxslər əmək müqaviləsinin yaratdığı normal pensiya almaq imkanından məhrum olur, əlavə olaraq, aldıqları gəlirlərinə görə vergi və digər sosial öhdəliklər daşıyırlar. Bu səbəbdən də əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsində işçinin və işəgötürənin eyni dərəcədə fəallığı lazımdır.
Bunun əmək, vergi və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozduğunu nəzərə alaraq, gələcəkdə bu kimi hallara yol verilməməsi məqsədi ilə Əmək Məcəlləsinə bəzi dəyişikliklər edilib. Belə ki, Əmək Məcəlləsinin vəzifə və prinsiplərinə əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əlavə edilib. Məcəllədə əmək münasibətlərinin anlayışı belə müəyyən edilib: “Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.”
Hansı hallarda xidməti müqavilə bağlanmasına yol verilmir?
Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərlə, tərəflər arasında yaranan əmək münasibətləri hesab olunan və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilib. Belə ki, müqavilənin məzmunu əmək müqaviləsində mütləq şəkildə göstərilməli şərtlər və məlumatlara, forması isə Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun olduqda, yaxud tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bundan başqa tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma, habelə işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda, işlər (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirildikdə əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.
Əmək müqaviləsində Əmək Məcəlləsinin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda da, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.
Yuxarıda qeyd olunan hallardan biri aşkar edildiyi gündən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanmalıdır.
Əmək müqaviləsinin bağlanılmasından yayınmaya görə maliyyə sanksiyaları
Xatırladırıq ki, əmək bazarında vergi uçotunun aparılması, əmək müqavilələrinin bağlanmasına onlayn rejimdə nəzarət üçün Dövlət Vergi Xidmətində məlumat bazası yaradılıb. Hər bir əmək müqaviləsi ilə bağlı məlumatlar bazaya daxil edilir. Əmək müqavilələrinin reyestri digər dövlət orqanlarına da göndərilir. Əmək müqavilələri bağlandıqdan sonra işçi sayının düzgün göstərilib-göstərilməməsi daim nəzarətdə saxlanılır. Vergi Məcəlləsinin müddəalarına əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
18-04-2020, 20:28
"Dövlət orqanının başqa işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur"
5-08-2020, 12:05
40 minədək işsiz şəxs sığorta ödənişinə cəlb edilə bilər
30-04-2020, 19:03
Nazirlikdən birdəfəlik ödənişlə bağlı açıqlama
2-06-2020, 11:19
9 işəgötürən barədə hüquq-mühafizə orqanları araşdırma aparır
17-04-2020, 14:50
Əmək müqavilələrinin sayı artır
7-04-2020, 19:38
Qərargah: Bəzi KİV xüsusi karantin rejimi qaydalarını pozaraq saxta vəsiqələr verir
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı