“Bakı Mərkəzi Elektrotökmə” ASC-də TALAN VAR - İTTİHAM
Ötən ay Dünya Bankının açıqladığı “Doing Business” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdı. Ölkəmizin böyük irəliləyiş əldə etdiyi indiqatorlardan biri kiçik səhmdarların hüquqlarının müdafiəsidir. Dünya Bankının ekspert qrupu bu sahədə görülən işləri yüksək qiymətləndirərək, Azərbaycanım dünya ikincisi olduğuna qərar verib.Lakin elə səhmdar cəmiyyətlər var ki, orada kiçik səhmdarların hüquqları kobudcasına pozulur. Belə müəssisələrdən biri də “Bakı Mərkəzi Elektrotökmə” Açıq Səhmdar Cəmiyyətidir. Cəmiyyətin bir qrup səhmdarının “Yeni Müsavat”a ünvanlanan müraciətində bildirildiyinə görə, ASC 2001-ci ildə “Mərkəzelektrotökmə” zavodunun bazasında yaradılıb: “Zavodun özəlləşdirmə çeklərinin güzəştli satışının yekunlarına əsasən 2002-ci ilin yanvarında 346 nəfər çek alaraq zavodun səhmlərinin 13681 ədədinin sahibi olub. O vaxtdan bəri zavod fəaliyyətini davam etdirsə də, biz səhmdarlara bir dəfə də olsun divident ödənməyib. Bu 16 ildə bizə bir dəfə də olsun zavodun özəlləşməsi sahəsində vəziyyət, maliyyə fəaliyyətinə, gəlirinə, xərcinə dair məlumat verilməyib. Halbuki qanunvericiliyə əsasən hər il bizə zavodun maliyyə hesabatı təqdim olunmalıdır”.
Səhmdarlar bildirirlər ki, çuqun lövhələr istehsal edən zavoddan keçmiş SSRİ-də yalnız 2 yerdə olub: “Elektrotexnika avadanlıqlarının bütün çuqun detalları bu zavodda istehsal olunurdu. 2007-ci ildən etibarən biz metro tikintisində istifadə olunan çuqun karkasların istehsalına başlamışıq. Nazirlər Kabinetinin qərarı ilə ”Metrotuneltikinti" həmin karkasların bizdən alınmasına qərar verib. Məhsulun maya dəyəri 1180-1200 manata gəlirdi. Sonrakı emal prosesinin xərcini də üzərinə gəldikdən sonra biz onu “Metrotuneltikinti”yə 2200-2400 manata satırdıq. 2010-cu ilədək zavodda 250 nəfərə yaxın adam çalışırdı. 2011-ci ildə ASC-yə Cavid Haşımov rəhbər təyin olunub. O gələndən zavodun məhsulu dəyərindən 4-5 dəfə ucuz qiymətə - 500 manata öz yaratdığı müəssisəyə - “Azelektromaş” ASC-yə satılır, həmin müəssisə isə onu 2400-2500 manata metro tikənlərə satır. Zavodun binasının böyük hissəsi də onun müəssisəsinə icarəyə verilib. İşçiləri zavoddan çıxarıb, öz müəssisəsinə işə yazıb. Onun müəssisəsi zavodun avadanlıqlarından istifadə edir, amma sənəd üzərində artıq zavodun fəaliyyətini dayandırdığı qeyd edilir. Beləliklə də, zavod faktiki olaraq fəaliyyət göstərsə də, sənədləşmədə fəaliyyətsiz kimi qeyd olunur. Bununla bağlı bütün əlaqədar dövlət qurumlarına sübutlarla birlikdə müraciətlər etmişik. Lakin bütün qurumlar müraciətimizi Əmlak Məsələləri Dövlət Komitəsinə, onlar da C.Haşımova göndərirlər".
Səhmdarlar deyir ki, onların şikayətindən sonra bu ilin avqustunda səhmdarların iclası çağırılıb: “Əmlak Məsələləri Dövlət Komitəsindən gələn nümayəndə orada bizim suallarımızı cavablandıra bilmədi. Üstəlik, açıqca bəyan etdi ki, ASC-nin sədri yenidən C.Haşımov olacaq. C.Haşımov özü iclası yarımçıq tərk etdi. Hansı məsələ Komitəni qane etmirdisə, nümayəndə veto hüququndan istifadə edərək müzakirəsinə imkan vermirdi. Beləliklə də, iclas nəticəsiz başa çatdı”.
“Bakı Mərkəzi Elektrotökmə” ASC-nin səhmdarları ölkə rəhbərliyinə, digər əlaqədar qurumlara müraciət edərək, hüquqlarının qorunmasında onlara yardımçı olmalarını xahiş edirlər: “2012-ci ildən müflis elan edilmiş zavodun əslində fəaliyyət göstərdiyini sübut edən bütün sənədləri təqdim etməyə hazırıq. Xahiş edirik, bizim hüquqlarımızın bərpasında bizə yardım edin. Əks halda C.Haşımov dövlətin külli miqdarda əmlakını mənimsəməkdə davam edəcək”.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
“Yeni Müsavat”
24-11-2018, 15:13
Azərbaycan yolların keyfiyyətinə görə dünya – REYTİNQİNDƏ
18-11-2018, 13:24
Qara Qarayev adına İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında əlaqələr genişlənir
7-11-2018, 16:17
Lalə Şövkət ad gününü niyə qeyd etmir? - Oğlu səbəbi açıqladı
8-12-2018, 14:29
«Ölü can»lardan ayda 7 min qazanır - İTTİHAM
5-11-2018, 14:33
Dünyada yeni iqtisadi böhran gözləntisi
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı