Fermerlərə yeni pambıq sortları təklif olunur – 45-50 sentner məhsul verir
İqtisadiyyat
Oxunub: 430
24 Ağu 2020 | 12:47
Fermerlərə yeni pambıq sortları təklif olunur – 45-50 sentner məhsul verir Respublikamızda kənd təsərrüfatının ən gəlirli sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi həm də daha keyfiyyətli və məhsuldar, o cümlədən xarici stress amillərinə qarşı daha davamlı sortların yaradılması işindən asılıdır. İndi respublika seleksiyaçıları qarşısında duran əsas məsələ Azərbaycanın yerli iqlim şəraitinə uyğunlaşdırılmış və xaricdən gətirilmiş pambıq sortları ilə rəqabətə dözümlü yeni sortlar əldə etmək və fermerlərin öz təsərrüfatlarında maya dəyəri ucuz, lakin daha məhsuldar yerli pambıq sortlarının toxumlarından istifadəsinə şərait yaratmaqdır.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutun Texniki bitkilərin seleksiyası şöbəsinin müdiri, Aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Tağıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, institutun seleksiyaçıları tərəfindən son 15 ildə 11 yeni pambıq sortu yaradılıb.
Bu sortlar içərisində isə "Gəncə - 160”, "Gəncə - 182” və "Gəncə - 183” xarici stress amillərinə qarşı daha davamlı və məhsuldar sortlar hesab edilir. 2018-ci ildə Seleksiyanın nailiyyətləri üzrə ekspert komissiyası tərəfindən "Gəncə - 182” pambıq sortunun respublika üzrə rayonlaşdırılması qərara alınıb. Yeni sortun əsas üstünlüklərindən biri ondan ibarətdir ki, bu, ölkə üzrə ən tez yetişən pambıq sortudur. "Gəncə - 182” pambıq sortunun yetişmə müddəti 115 gündür. Pambığın yığılmasına avqust ayının sonlarından başlanır və sentyabrın sonu, oktyabrın birinci ongünlüyündə isə yığım sahələrdə başa çatdırılır. Bu da fermerlərin növbəti əkin işlərinə başlamasına və mövsüm ərzində daha çox gəlir əldə etməsinə imkan verir.
"Gəncə - 182” pambıq sortunun lif keyfiyyəti də yüksəkdir. Pambıqdan 200-dən çox məhsul alınsa da, onun əsas məhsulu mahlıc hesab olunur. Məhz "Gəncə - 182” pambıq sortunun lif keyfiyyəti toxuculuq sənayesinin tələblərinə cavab verir. Məhsulun lif çıxımı da yüksəkdir - 40 faiz. Pambığın qozaları iri – 6,5 qram ağırlığındadır. Aqrar Xidmətlər Agentliyinin Salyan Dayaq Məntəqəsində "Gəncə - 182” sortunun məhsuldarlığı bir hektara 58 sentner olub. Hazırda respublikada pambığın toxumçuluq işi qurulub. Belə ki, Gəncə Regional Aqrar Elm Mərkəzində "Gəncə - 182”nin toxumları istehsal olunub və elit toxumçuluq təsərrüfatlarına paylanıb. İndi bir çox fermerlər öz təsərrüfatlarında məhz bu sortdan istifadəyə üstünlük verirlər.
Ələddin Tağıyev bildirib ki, bu il isə Seleksiyanın nailiyyətləri üzrə ekspert komissiyası tərəfindən daha bir yeni pambıq sortu – "Gəncə -183” rayonlaşdırılıb. Bu sortun isə əsas xüsusiyyəti ondan ibarətdir ki, o, yüksək lif çıxımına malikdir. "Gəncə - 183” yerli seleksiyaçılar tərəfindən alınmış yeganə sortdur ki, 42,1 sentner məhsul verir və Yunanıstan, İsrail, Türkiyə kimi ölkələrdən gətirilmiş sortlarla rəqabət apara bilir. Məhsulun qozası iri, lif çıxımı isə yüksəkdir. Bu sortun məhsuldarlığı Salyan Dayaq Məntəqəsində 50 sentner olub.
Ümumilikdə həm "Gəncə - 182”, həm də "Gəncə - 183” yeni pambıq sortları xarici mühitin stress amillərinə qarşı davamlıdırlar.
İnstitutda seleksiyaçılar tərəfindən yaradılmış daha bir sortun keyfiyyətindən danışan alim deyib ki, bu sortlar arasında "Gəncə - 160” quraqlığa daha davamlıdır. Bitkini vegetasiya dövründə iki dəfə suvarmaqla hər hektardan 45-50 sentner məhsul almaq olar.
Öz təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq istəyən hər bir fermer bu sortların toxumu üçün instituta müraciət edə bilər.
14-01-2019, 14:22
Ağsulu fermer hər hektardan 40-45 sentner taxıl götürməyi planlaşdırır
18-12-2018, 13:39
Bu il kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21-08-2020, 15:42
İnnovasiya və Sosial İnkişaf İctimai Birliyi Regionlarda fermerlərin yeni subsidiya qaydaları barəsində öyrənməsi və maarifləndirilməsinə dəstək olacaq
17-04-2020, 14:07
Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinin təminatına xüsusi önəm verir
2-06-2020, 11:01
Azərbaycanın 34 rayonunda ÇƏYİRTKƏ TƏHLÜKƏSİ
20-06-2020, 11:00
Bu şəxslər xidməti vəsiqələrlə hərəkət edə biləcəklər
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı