Son illərdə SOCAR-da həyata keçirilən islahatlar açıqlanıb

capar.info xəbər verir ki, bu barədə Report-un SOCAR-da son illərdə həyata keçirilmiş islahatlar (optimallaşdırma tədbirləri, təşkilati strukturun, idarəetmənin, istehsalatın optimallaşdırılması tədbirləri) barədə sorğusuna cavabda qeyd edilib.
“Azərbaycan Prezidenti İlham Əliyev in beynəlxalq neft-qaz şirkətinə çevrilməklə bağlı SOCAR-ın qarşısına qoyduğu vəzifəyə uyğun olaraq, SOCAR 2007-ci ildən etibarən bu istiqamətdə mühüm addımlar atıb, qabaqcıl təcrübəyə malik dünyanın aparıcı audit məsləhətçi şirkətləri ilə əməkdaşlıq etməyə başlayıb.
Hazırda bir çox əsas hədəflərə nail olunub, SOCAR hazırda effektli transmilli şirkət kimi fəaliyyət göstərir, Azərbaycan üçün gəlirlərin böyük hissəsini beynəlxalq bazarlarda əldə edərək, ölkəmizin qlobal brendinə çevrilib. Bu məqsədə nail olmaq üçün aparılan islahatlar hələ 2008-ci ildə başlayıb. SOCAR-da ilk dəfə biznes resurslarının idarə edilməsi üzrə rəqəmsal SAP ERP sistemi və Hesabatlarının Beynəlxalq Standartlarının (BMHS) tətbiqinə başlanıb, korporativ idarəetmənin əsas elementləri tətbiq edilib və SOCAR-ın idarəetmə strukturu buna uyğun olaraq təkmilləşdirilib.
Belə ki, SOCAR-ın idarəetmə strukturuna beynəlxalq neft-qaz şirkətlərinin təcrübəsinə uyğun olaraq müvafiq müstəqil, kolleqial idarəetmə qurumları (Risklərin idarə edilməsi komitəsi, Audit komitəsi, Satınalmalar komitəsi, Kadrların idarə edilməsi komitəsi, İnformasiya Təhlükəsizliyi və s.) yaradılıb”, - şirkətdən qeyd edilib.
Bildirilib ki, SOCAR-da davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.
Şirkətdən xatırladılıb ki, 2012-ci ildən başlayaraq tanınmış beynəlxalq “Ernst & Young” (EY) audit şirkəti ilə birgə SOCAR-ın əsas istehsalat müəssisələrində əməliyyatların səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində layihələrə başlanıb, SOCAR strukturuna daxil olan bir çox qurumlarda üç pilləli idarəetmə sistemindən iki pilləli idarəetmə sisteminə keçid tətbiq olunub və xərclərin azaldılması istiqamətində digər tədbirlər görülüb: “Bu layihələrin əsas məqsədi müəssisələrdə problemli biznes prosesləri müəyyən edərək, istehsalat, texnologiya, personal, təchizat, nəqliyyat, podrat işləri və s. istiqamətlər üzrə aparılan əməliyyatların səmərəsini artırmaq, xərclərin azaldılmasına nail olmaqdan ibarətdir.
Nəticədə illik iqtisadi səmərənin artımı 128,7mln. manatdan çox olub, şirkət üzrə işçilərin fəaliyyəti 27% optimallaşdırılıb. 2016-cı ildən başlayaraq, istehsalatın vaxtında və fasiləsiz mal-material resurslarına olan tələbatını təmin etmək, dövriyyə kapitalından səmərəli istifadə etmək, anbar qalıqlarının optimal səviyyəsinn müəyyən etmək məqsədi ilə SOCAR EY şirkəti ilə birgə mal-material ehtiyatlarının normalaşdırılması layihəsinə başlayıb.
2015-ci ildən etibarən SOCAR-da “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiya layihəsi” icra olunur.
Bu layihə çərçivəsində işçi sayının planlaşdırılması, işə qəbul və adoptasiya, təlim və inkişaf, karyera yüksəlişi, işçilərin motivasiyası və s. üzrə qabaqcıl beynəlxalq təcrübələr SAP ERP sisteminin vasitəsilə tətbiq edilir.
2018-ci ildən etibarən beynəlxalq neft və qaz şirkətləri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, həmin şirkətlər tərəfindən ortaq razılaşdırılan istehsalat standartlarına uyğunlaşmaq və həmin standartların yaradılmasında iştirak etmək məqsədi ilə SOCAR Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasına (IOGP) üzv olub, həmin beynəlxalq qurumda aktiv fəaliyyətə başlayıb.
SOCAR-ın daha da effektli qlobal şirkətə çevrilməsi istiqamətində həyata keçirilən islahatlar tanınmış reytinq şirkətləri tərəfindən mütəmadi olaraq yoxlanılır.
Nəticədə, “Ernst&Young” şirkəti 2018-ci ildə SOCAR-ın korporativ idarəetmə sistemini “güclü şirkət” kimi qiymətləndirib”.
6-12-2018, 16:34
SOCAR: Gürcüstan vətəndaşlarının borclarının ödənilməsi ilə bağlı yayılan şayiə Azərbaycana qarşı təxribatdır
21-11-2018, 13:20
ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 25% azaldıb
19-01-2019, 13:30
Keçən il Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə ixrac edilən neftin həcmi açıqlanıb
14-01-2019, 14:08
Bu gün SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 89 yaşı tamam olur
28-12-2018, 12:41
SOCAR nanohissəciklərin istehsalına başlayıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı