Nikolay Boqdanov: "Anatoli Banişevskini Azərbaycan futbolunun kralı adlandırmaq olar"
Əfsanəvi hücumçu ilə bağlı “Vestnik Kavkaz” nəşri maraqlı yazı dərc edib.
Mərhum oyunçu barədə xatirələrini bölüşən Bakı futbolunun yetirməsi, SSRİ idman ustası Nikolay Boqdanov onun hələ gənc yaşlardan qolçuluq bacarığını nümayiş etdirdiyini söyləyib: “Bəli, onu Azərbaycan futbolunun kralı adlandırmaq olar. Əsl forvard idi. Təsadüfi deyil ki, SSRİ yığmasında oynadı. Qol vurmaq bacarığı inanılmaz idi. Hələ Bakı “Lokomotiv”inin gənclər komandasında hər oyunda 5 qol vururdu”.
Banişevski artıq 16 yaşında “Neftçi”yə cəlb edilib. Bu, 1962-ci ildə baş verib və o zaman komanda inamla sovet futbolunun liderləri sırasına qoşulurdu. Dörd il sonra bakılılar mütəxəssislərin Avropanın ən güclülərindən biri adlandırdığı SSRİ çempionatında bürünc medal qazanıb.
Həmin vaxt medal qazanmaqdan əlavə “Neftyanik”in 16 futbolçusu SSRİ-nin müxtəlif yaş qrupu üzrə millilərinin maraq dairəsində idi. Anatoli Banişevski, Eduard Markarov və Kazbek Tuayev əsas, digərləri isə gənclər və aşağı yaş qrupu yığmalarına çağırılmışdı. Komandanın o dönəmdəki futbolçusu Rafiq Quliyev həmin günləri belə xatırlayıb: “Bütün oyunçular bakılılar idi, küçədə futbol oynamağa başlamışdılar. Sonra ölkənin ən yaxşılarından biri olan komandaya toplandılar. Ölkədə bizi çox sevirdilər. Hətta universitetdə imtahan vaxtı biletdən çıxan sualdan çox futbol haqda suallar verirdilər. Müəllimlərdən xahiş etdim ki, dörd əvəzinə üç qiyməti verin, təqaüd almayım, əks halda məni pul hərisi hesab edərlər”.
Banişevski insanların sevgisini “Neftçi”nin digər futbolçularından daha çox qazanmışdı. Buna görə Moskva klublarından və Kiyev “Dinamo”sundan gələn cazibədar təklifləri rədd etdi. Özünü doğma Bakıdan kənarda təsəvvür etmirdi. Bir sözlə, əsl kral kimi idi. Doğma yurdunu tərk etmək üçün mənəvi haqqı yox idi. Boqdanovun sözlərinə görə, əfsanəvi “9 nömrə” Odessa “Çernomorets”ində oynamaq təklifini geri çevirib: “Baş məşqçi Əhməd Ələsgərov Odessaya köçəndə Anatolini “Çernomorets”ə dəvət etdi. Lakin Bakıdan ayrı qalmağa dözə bilmədi və dərhal evə döndü”.
“Neftyanik”in əsas heyətində (1968-ci ildən komandaya “Neftçi” adı verilib) Banişevski 1964-1978-ci illərdə üç illik fasilə ilə oynayıb. 1966-1972-ci illərdə SSRİ millisinin formasını geyinib. 1966-cı ildə İngiltərədəki dünya çempionatında iki qol vuraraq bürünc medal qazanıb. O zaman cəmi 19 yaşında idi. Banişevski ümumilikdə Azərbaycanın əsas klubunda 318 oyun keçirib, 139 qol vurub. SSRİ yığmasında isə meydana çıxdığı 50 oyunda 19 dəfə fərqlənib.
SSRİ-nin əməkdar idman ustası Anzor Kavazaşvili Banişevskinin ilk dəfə millinin düşərgəsində özünü necə aparmasından danışıb: “Anatoli çox gənc yaşda millidə meydana çıxdı. Etibarlı görünüşü ilə hamımızı fəth etdi. Toliki ilk dəfə görəndə yığmanın oyunçularından birinin dediyini xatırlayıram: “Gedək meydanda rəqs edib-etməyəcəyini görək”. Bir başqası əlavə etdi: “O artıq “Neftyanik”in əsas heyətində oynayır, mərkəz hücumçusu!” Həmin vaxt “Neftyanik” çox yaxşı nəticələr qazanırdı. Doğrudan da, Banişevski o illərdə SSRİ millisində digərlərindən daha çox oynadı”.
Kavazaşvilinin sözlərinə görə Tolik əsl qafqazlı xarakterinə malik idi: “Heç vaxt böyüklərin söhbətlərinə qarışmırdı, heç kimin sözünü kəsmirdi, hətta utancaq idi. Amma futbol meydançasında adi bir oğlandan parıldayan bir hücumçuya, güclü qolçuya çevrilirdi. Çox sürətli hərəkət edirdi, ildırım sürəti ilə topa şığıyırdı. Başla belə oynamağı harda öyrəndiyini anlaya bilmirəm. Sovet futbolçuları arasında az adam başla qol vura bilirdi. Bu oğlan hər şeyi bacarırdı”.
Tale Banişevskiyə “Neftçi”də iki birinci dərəcəli hücum tandemi vermişdi: Eduard Markarov və Kazbek Tuayev. Bu “üçlük” istənilən sovet klubunu dəhşətə gətirə bilirdi. “Futbol tanrısından yuxarıdan kömək!” - Bakı klubunun azarkeşləri “üçlüy”ün, demək olar ki, eyni vaxtda meydana çıxmasını belə izah edirdi.
“Neftçi”də Banya ilə tandem təşkil edən SSRİ-nin əməkdar idman ustası Eduard Markarov da onunla bağlı xoş fikirlər səsləndirib: “Yaxşı futbolçu olmaq yetərli deyil. Həm də yaxşı insan kimi qalmalısan. Banişevski də məhz belə idi. Həmişə kiməsə kömək etmək istəyirdi. Futbolçu kimi xarakterizə etmək lazımdırsa, SSRİ millisinin hücum xəttinin mərkəzində oynamasıni söyləmək kifayət edər - hücumları başa vurmalı, bütün komandanın səylərini ümumiləşdirməli idi. Bunu ustalıqla edir, vacib qollar vururdu. Prinsipcə, Sovet futbolunda ən yüksək səviyyəyə çatmışdı. SSRİ-də bundan artıq böyüyə bilməzdi. Çünki növbəti səviyyə artıq Pele idi. Ancaq hər kəs Pele kimi ola bilməz”.
1978-ci ildə karyerasını bitirən Banişevski məşqçi işlədiyi vaxt sağalmaz xəstəliyə düçar olub. Onun ölümü keçmiş komanda yoldaşlarını da kədərləndirib. Kavazaşvili bu barədə belə deyib: “Ölümü hamımızı şoka saldı. Niyə? Əslində gənc yaşda - 51 yaşında ayrıldı”.
1996-cı ildə “Şöhrət” ordeni ilə təltif edilən Anatoli Banişevski bir il sonra dekabrın 10-da vəfat edib.

7-01-2021, 10:02
“Neftçi”nin sabiq futbolçusu qəflətən vəfat etdi
27-07-2020, 11:56
“Neftçi”nin əfsanəsi yubileyini qeyd edir
4-12-2018, 14:19
"Lokomotiv"in futbolçusu donaraq öldü
26-12-2018, 13:48
"Milan" Maldininin oğlu ilə müqavilə bağlayır
5-08-2020, 12:08
Tacikistan portalı Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar yazı dərc edib
25-07-2020, 16:07
Azərbaycan millisinin futbolçusu 20 yaşında öldü
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı