Lift qırıldı, təmizlik işləri aparan qadın öldü...
Hadisə
Oxunub: 486
8 Ock 2019 | 14:21
Lift qırıldı, təmizlik işləri aparan qadın öldü...Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda liftin qırılması nəticəsində xadimənin ölümünə görə həbs edilən “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin sədri Soltanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Unikal.org trend-ə istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə S.Əzizov özünü təqsirli bilib, Ç.Şıxəliyev isə ittihamlarla razılaşmayıb.

Prosesdə ifadə verən təqsirləndirilən S.Əzizov deyib ki, əvvəllər həmin binanın komendantı işləyib, sonra cəmiyyət yaradıb: "Çünki binanın vəsaitini yığa bilmirdim. Orada olan bütün işləri özüm tək görürdüm. Həmin gün mərhum Mahirə Yusifova evə tez getmək istədiyini bildirdi. O, buna görə işi tələsik görməyə çalışırdı. Mərhuma tapşırdım ki, şaxtaya girməsin, çünki biz Çingizlə lifti təmir edirik. Çingizi isə işlər ağır olan vaxtlar çağırırdım".

S.Əzizov qeyd edib ki, hadisə baş verən bina 2002-ci ildə tikilib, 2004-cü ildə isə təhvil verilib.

Prosesdə dindirilən digər təqsirləndirilən Ç.Şıxəliyev isə bildirib ki, hadisə günü S.Əzizov onu lifti təmir etmək üçün binaya çağırıb: "Mən Soltanməcidə kömək üçün gəlmişdim. Lifti əvvəl düzəltdik, sonra yuxarı qaldırdı, aşağı endirən zaman dayanmadı. Nə qədər etdimsə, bu mümkün olmadı. Hələ bu vaxta qədər liftlə bağlı belə hal görməmişdim. Mərhum qadının şaxtada oıduğunu bilmirdim. Çünkü Soltanməcid demişdi ki, aşağıda heç kəs yoxdur".

Məhkəmədə ifadə verən zərərçəkmişin hüquqi varisi, mərhum Mahirə Yusifovanın qardaşı Arif Yusifov təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, həmin şəxsləri bağışladığını bildirib: "Onlara yüngül cəza verilsin. Bunlar həbsdə qalsa, guya bacım geri qayıdacaq? Şikayət və tələbim yoxdur".

Məhkəmənin növbəti iclası yanvar ayının 21-nə təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 4-ü saat 12:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri S.Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Daha sonra Ç.Şıxəliyev də saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
14-12-2018, 13:15
Bakıda liftdəki qəzaya görə daha bir nəfər həbs olundu
7-12-2018, 15:32
Bakıda qadını döyərək qulağında olan qızıl sırğanı aparan şəxsə hökm oxunub
5-11-2018, 17:09
Bağça müdiri məhkəmə zalında qandallandı: onun müavini də həbsdədir
21-11-2018, 13:22
Metropolitenin həbsdə olan polis əməkdaşı məhkəmə qarşısında
19-12-2018, 14:55
Zərərçəkmişlər məcburi gətiriləcəklər - Sahib İbrahimovun məhkəməsi
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı