“Azərbaycan ordusu Zəngəzuru götürməlidir” - Deputatdan ÇAĞIRIŞ
Gündəm / Siyasət
Oxunub: 280
26 Haz 2022 | 21:16
“Azərbaycan ordusu Zəngəzuru götürməlidir” - Deputatdan ÇAĞIRIŞ
Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib. Müsahibimiz Rusiya-Azərbaycan münasibətləri, həmçinin Ermənistanın götürdüyü öhdəliklərdən yayınması halında atılmalı olan addımlar barədə maraqlı fikirlər səsləndirdi. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, Rusiyanın xarici işlər nazirinin Azərbaycana son səfərindən nə gözləyirsiniz?

- Sözün doğrusu, sağlam məntiq və sağlam düşüncə onu deyir ki, Rusiya və Azərbaycan münasibətləri inkişaf etdirməlidir. Rusiyanın həyati mənafeləri də bunu tələb edir. Rusiya ağır sanksiyalar altındadır və belə bir dönəmdə onun Türkiyə və Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olması Rusiya üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan da, Türkiyə də bunu nəzərə almalıdır. Biz Rusiyadan dostcasına, ərkyana tələb etməliyik ki, Azərbaycan və Türkiyənin ona münasibətinə adekvat reaksiya versin. Biz bütün öhdəliklərimizə sadiqik, bütün öhdəilklərimizi yerinə yetiririk, Rusiya ilə münasibətlərimizi yüksək qiymətləndiririk. Rusiya da Türkiyə və Azərbaycanın maraqlarını nəzərə almalıdır. Türkiyənin Suriyada təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalı, Azərbaycanın öz torpaqları üzərində suveren hüquqlarının bərpa etməsi səylərinə hörmətlə yanaşmalıdır.

Rusiyanın hərbi-siyasi müttəfiqi Ermənistanla Azərbaycanı müqayisə edək. Azərbaycanda rus dilinə olan münasibətə baxın, Ermənistandakı münasibət də göz qabağındadır. Biz bilirik ki, Rusiya üçün Zəngəzur dəhlizinin, özü də indiki ərəfədə açılması nə dərəcədə əhəmiyyətlidir. Yəni Qərb Rusiyaya sanksiyalar tətbiq edib. Rusiyanın dəmiryolu xətti ilə İranla birləşməsi yüksdaşımaların, ticarətin həcminin artması deməkdir. İranla dəmiryolu xəttinin birləşdirilməsi həm də Hindistan və Pakistanla dəmiryolu xəttinin birləşdirilməsi deməkdir. Asiyadan yüklərin Rusiyaya çox asan formada daşınmasının təmin olunması deməkdir. Belə olduğu təqdirdə biz görürük ki, Ermənistan məqsədyönlü şəkildə dəhlizin açılmasını yubadır.

- Təbii ki, öz iradəsi deyil. Razılaşırsınız?

- Sözsüz ki, bunu yubatmaqda əsas məqsəd Qərbin könlünü oxşamaqdır, Qərbin maraqlarına xidmətdir. Yoxsa mən vaxtilə demişdim ki, Zəngəzur dəhlizinin açılması bizdən çox Rusiya, İran və Ermənistanın maraqlarına uyğundur. Söhbət 85 milyonluq böyük bir dövlətdən - İrandan və 144 milyonluq digər böyük qonşumuz Rusiyadan gedir. Ermənistan kiçik bir ölkədir, amma onun dəmiryolu xətti ilə Rusiya və İranla Azərbaycan üzərindən birləşməsi baş verəcək. Yəni bunlar dəmiryol xəttindən daha çox faydalanacaqlar. Naxçıvanda indi real yaşayanların sayı 150 min nəfər olar, ya olmaz, onlar da Türkiyə ilə əlaqələr hesabına orda yaşayırlar. Türkiyə ilə Azərbaycan arasında dəmiryol xətti də var - Gürcüstan üzərindən. Gürcüstan da bizə heç bir problem yaratmır.

- Eyni zamanda alternativ olaraq İran variantı da var...

- Bəli, İran variantı da var. Ona görə də mən hesab edirəm ki, bu dəmiryol xətti daha çox Rusiya, İranın maraqlarına uyğundur. Amma Ermənistan məhz Qərb bu layihəni dəstəkləmədiyi üçün məqsədyönlü şəkildə prosesi yubadır. 44 günlük savaş olmasaydı, Paşinyan da arxasını Rusiyaya çevirib tam qərbyönümlü siyasət yürüdürdü və Ermənistanı da böyük sürətlə Qərbə, ABŞ-a yaxınlaşdırırdı. Odur ki, ruslar da başa düşür ki, xəyanət etmək ermənilərin vərdişidir, həyat tərzidir. Azərbaycan başqa bir şey tələb etmir ki? Azərbaycan başqa ölkənin torpağını tutmayıb ki, Rusiya desin biz Ermənistanla dostuq, qardaşıq, onu müdafiə edəcəyik. Sənin qardaşın başqasının əmlakını ələ keçirib. O halda qardaşına nə deməlisən? Deyəcəksən ki, yaxşı eləmisən? Deməlisən ki, qardaş, bu, sənin deyil, camaatın əmlakını qaytar, ver özünə! İndi Rusiya Ermənistanla yaxındır, çox yaxşı. Əslində Rusiyanın Ermənistanla yaxın olması müəyyən mənada - əgər Rusiya səmimi olsa - bizə də sərf edir , o halda Moskvanın İrəvana təsir etmək imkanı olur. Odur ki, Ermənistana deməlidir ki, sən başqasının torpağından əlini çək, bu ölkənin daxili işlərinə müdaxilə etmə! Biz bu mövqeyi Rusiyadan istəməliyik.

- Azərbaycan Prezidenti Sergey Lavrovla görüşdə diplomatik dillə qarşı tərəfdən fərqli olaraq, ölkəmizin öz öhdəliklərinə əməl etdiyini ifadə etdi. Yəqin ki, qapalı müzakirələrində Ermənistanın komunikasiyaların açılması və digər mövzularda müqavimət göstəməsi ilə bağlı daha açıq müzakirə aparılıb. Sizcə, bundan sonra nə baş verəcək?

- Rusiya Ermənistandan qətiyyətlə tələb etməsə, Ermənistan xəttin açılmasına getməyəcək. Ona görə ki, bu, Qərbin maraqlarına xidmət etmir. Rusiya və İranın - hər iki ölkə sanksiyalar altındadır - dəmiryolu xətti ilə birləşməsi Qərbin maraqları daxilində deyil. Qərb istəyir ki, ümumiyyətlə, Rusiyanın iqtisadiyyatını çökdürsün. Dəmiryolu xətləri, əlaqələr, kommunikasiya Rusiyanın vəziyyətini yaxşılaşdırır. Ona görə də onlar bunda maraqlı deyillər. Birinci Qarabağ savaşından sonrakı 26 ildə danışıqları uzatdıqları kimi indi də həmin xətt tutulub və bu gedişlə yolu açmayacaqlar.

- Qəribəsi budur ki, düşmən tərəflər - Rusiya və Qərb Minsk Qrupunu diriltmək üçün eyni mövqedən çıxış edirlər. Bütün mövzularda ziddiyyətli, konfliktli mövqedə olanların Qarabağla bağlı eyni sözü deməsini - həm də anti-Azərbaycan mövqeyi sərgilməsini - yəqin ki, müşahidə edirsiniz...

- Bəli. Yenə də Minsk Qrupunu canlandırmaq istəyirlər. Biz istərdik problem Minsk Qrupu çərçivəsində həll olunsun. Amma cənab prezident də dedi, Minsk Qrupu 1992-ci ildən 2020-ci ilədək problemin həlli üçün heç nə etmədi. Yəni bunu yenidən canlandırmağın nə mənası var?

- Ukrayna mövzusunda masa ətrafında oturub danışmağı belə mənasız sayanların Minsk Qrupu ilə bağlı bir araya gəlmək cəhdi anormallıq deyilmi?

- Əslində Minsk Qrupunu yenidən canlandırmaq münaqişəni dondurmaq, sülhə gedən yolu uzatmaq deməkdir. Ermənistanın və havadarlarının əsas məqsədi budur. Azərbaycan da buna görə Minsk Qrupundan imtina edir. Yoxsa biz ağlımızı itirməmişik ki. Bilsəydik ki, Minsk Qrupu bu problemin beynəlxalq hüquq çərçivəsində həllinə töhfə verə bilər biz daha çox maraqlı olardıq ki, Minsk Qrupu fəaliyyət göstərsin.

- Qüdrət bəy, məsələ çox uzandı. Hazırda hansı addım atılmasını zəruri sayırsınız?

- Biz Rusiyadan tələb etməliyik ki, Ermənistana təzyiq etsin! Yox, Ermənistan Rusiyanı eşitməyəcəksə... Açıq söyləyirəm, Birinci Qarabağ savaşında Rusiyanın ayrı-ayrı dairələri, hərbi birlikləri Ermənistana açıq-aşkar kömək edirdilər. İkinci Qarabağ savaşında silahla kömək etsələr də, hərbçilər neytrallıqlarını qoruyub-saxladılar. Düşünürəm ki, Azərbaycan Rusiya ilə anlaşıb 10 noyabr sazişinin Zəngəzur üzərindən yolun açılmasına dair müddəasını özü icra etməlidir. Yəni Zəngəzuru daşnaklardan təmizləməlidir. Necə ki, ermənilər 32 il bizim torpaqları işğal altında saxladılar, Azərbaycan da Zəngəzurda təhlükəsizlik zolağı yaradır, ondan sonra qoy 30 il də onlar bizim vaxtilə dediyimiz kimi, “gəlin, məsələni sülh yolu ilə həll edək, bizim torpaqlarımızı boşaldın” desinlər. Mən əminəm ki, Rusiyadan bu razılığı almaq olar və Rusiya buna getməlidir. O torpaqlar daşnaklardan, terrorçulardan, “Böyük Ermənistan” xülyası ilə yaşayan avantüristlərdən təmizlənəndən sonra dəmiryolu xəttini də çəkirik, hansısa mərhələdə 10 noyabr sazişinə uyğun olaraq, onu Rusiyanın nəzarətinə verə bilərik.

- Zəngəzur Azərbaycanın tarixi torpağıdır, bunu da xatırlatmaqda fayda var...

- Bəli. Ermənistanda sovet hökuməti 1920-ci ilin sonlarında quruldu. O vaxt Ermənistanda sovet hakimiyyətinin qurulmasına “hədiyyə” olaraq Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verdilər. O torpaqlar bizimdir.

- Ermənilər də narahatdır ki, Azərbaycan Respublikası konstitusiya ilə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu üçün 1918-20-ci il ərazilərinə də iddia qaldıra bilər. Bu mənada Cümhuriyyət ərazilərinə hüquqi iddiamızı parlament səviyyəsində qoya bilərikmi?

- Yox, biz BMT-yə bəlli sərhədlər çərçivəsində daxil olmuşuq. Hüquqi baxımdan əlbəttə, orda problem var. Söhbət ondan gedir ki, bu dəqiqə guya beynəlxalq hüquqa əhəmiyyət verən var?

- BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini ayaq altına atan Ermənistan idi.

- Azərbaycanın təhlükəsizlik və həyati mənafeləri tələb edir ki, Naxçıvanı Azərbaycanın digər hissəsinə birləşdirək. Həm də bu, artıq Ermənistanın öhdəliyiyidir. Beynəlxalq müqavilələr barədə Vyana Konvensiyası var, Azərbaycan da o konvensiyanın üzvüdür. Orda göstərilib, həm də BMT Nizamnaməsinə görə, dövlətlərin ən böyük öhdəliklərindən biri dövlətlərarası müqaviləri icra etməkdir, ona əməl eləməkdir. Ermənistan da əgər dövlətlərarası - özü də üçtərəfli 10 noyabr sazişini yerinə yetirmirsə, o müqavilədə əksini tapan öhdəlikləri icra etmirsə, Azərbaycan onu məcbur edə bilər. Yəni məcburetmə hüququ var. Bu zaman Rusiya ilə sözsüz ki, bağlı qapılar arxasında müəyyən məsələlər danışılmalıdır, bundan sonra Azərbaycan Zəngəzuru azad etməlidir. Bizim o torpaqları Azərbaycana birləşdirmək niyyətimiz yoxdur. Sadəcə olaraq o torpaqları götürürük, kommunikasiyalar açılır, müavilənin şərtləri yerinə yetirilirr. Ermənistanın etmədiyini onlara məcburi qaydada icra etdiririk. Sonra isə əsgərlərimiz həmin əraziləri ruslara təhvil verir, o şərtlə ki, yolun təhlükəsizliyinə sazişə uyğun olaraq Rusiya məsuliyyət daşıyır.

- Yəni hesab edirsiniz ki, 10 noyabr bəyannaməsindəki müddəaları da Azərbaycan təkbaşına icra etməlidir, eləmi?

- Bəli, başqa yol qalmırsa, təkbaşına icra edir. Amma Rusiyanın da razılığı ilə. Bu məsələdə ruslar da bizə kömək etməlidir. Niyə kömək etməlidir? Çünki öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyan üç ölkədən biri Rusiyadır. Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqidir. Biz Rusiya ilə bağlı qapılar arxasında hansı söhbətlərin getdiyini bilmirik. Rəsmi Bakı bunu təkidlə Rusiyadan tələb etməlidir, çünki bu, bizim haqqımızdır. Birincisi, Rusiya heç vaxt biz tərəfdən nə xəyanət, nə satqınlıq görməyib. Həmişə münasibətlərimizdə çox səmimi olmuşuq. Rusiya ilə münasibətlərimizi yüksək qiymətləndirmişik. Rus dilinə Azərbaycanda böyük hörmət olunub. Rus şirkətləri burada sərbəst fəaliyyət göstərirlər. Azərbaycanda heç vaxt ruslara pis münasibət olmayıb. Belə olduğu təqdirdə Rusiya Azərbaycanın qanuni tələblərinə niyə sayğısız yanaşmalıdır?
13-07-2020, 13:09
"Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir" - DEPUTAT
17-06-2021, 10:25
Şuşa bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri daha yüksək zirvələrə daşıyacaq - Deputat
21-08-2021, 12:43
Rusiya Ermənistanda ikinci AES-i tikir? - "Azərbaycanla Türkiyənin ciddi narazılıqları ola bilər"
11-09-2021, 12:12
Türkiyənin Qarabağda hərbi operativ qərargahları yaradılmalıdır - ÇAĞIRIŞ
10-09-2021, 16:37
Azərbaycan-Rusiya qarşıdurması açıq müstəviyə keçir - Putindən riskli Qarabağ gedişi
1-09-2021, 13:31
Lavrov Rusiya-Gürcüstan münasibətlərinin bərpası ilə bağlı şərtləri açıqlayıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı