Ceyranbatan 1 nömrəli məktəbdə növbəti qalmaqal-Məktəb direktoru yenə də şagirdi döyüb(?)

capar.info - Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbdə növbəti qalmaqal yaşanmaqdadır. Bu dəfə də məktəbin direktoru Çinarə Atayevanın adı şagird döyməkdə hallanır. Belə ki, qəsəbə sakini İlqar Məmmədovun Yenixeber.org-a verdiyi məlumata görə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin 9a sinifində oxuyan qızı Məmmədli Gülnar ötən gün məktəbin direktoru Çinarə Atayeva tərəfindən döyülüb və yüksək qiymətli mobil telefonu sındırılıb: “Dünən uşağı həkimə aparacaqdıq deyə mobil telefon verdim ki, əlaqə saxlaya bilim. Sinif otağına gələn məktəbin direktoru Çinarə Atayeva təsadüfən telefonu görüb, heç bir söz soruşmadan götürüb telefonu yerə vurub. Daha sonra təkrar telefonu götürüb, uşağı öz kabinetinə aparmaq üçün koridora çıxıb və yenidən telefonu divara vurub, uşağa da zor tətbiq edib, divara vurub. Daha sonra da, kabinetində bu “qoçuluğ”unu davam etdirib. Mən hadisəni bir az gec eşitsəm də, dərhal 102-yə zəng elədim. Hazırda Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində təhqiqatçı Zaur Məmmədov hadisəni araşdırır. Təhsil Nazirliyinə də məlumat vermişəm, Rayon Prokurorluğuna da məlumat verəcəyəm”.
***
Şagirdin məktəbə mobil telefon aparması qayda pozuntusu olsa da, şübhəsiz ki, məktəb direktorunun bu əməli törətməsi üçün əsas ola bilməz. Bu halda mobil telefonu alıb da, uşağın valideyini ilə çözüm aparıla bilərdi... Uşağa qarşı kobudluq və maddi zərər vurulması nə pedaqoji qaydalara, nə də bəlli qanunlara uyğun deyil.
Biz bu məlumatla bağlı Çinarə xanımla telefonla danışdıq. Maraqlıdır ki, xanım direktor belə bir hadisədən xəbərsiz olduğunu və əlavə heç bir söz deyə bilməyəcəyini bildirdi(?)
Təhqiqatçı Zaur Məmmədov isə bizimlə telefon danışığında hadisənin tərəfindən araşdırıldığını, bu saatlarda zərərçəkmiş tərəfdən izahat alınacağını dedi. Bu səbəbdən də hələlik ətraflı məlumat verə bilməyəcəyini bildirdi.
Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov da, hadisədən xəbərdar olduqlarını və müvafiq araşdırmaya start verildiyini dedi.
***
Yazının girişində “Bu dəfə də”, “növbəti qalmaqal” ifadələrini yazmağımız təsadüf deyil... Google üzərindən bir axtarış yetər ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbdə yaşanan qalmaqallar, məktəbin direktoru Çinarə Atayevanın şagird döyməsi ilə bağlı ardıcıl yazılarla rastlaşasan(?) Birini bu linkdən də oxuya bilərsiniz: https://lent.az/xeber/sosial/sagirdi-doyen-direktorun-mektebinde-jurnalistlere-hucum-etdiler-415996
Mövzu diqqətimizdədir və olacaq yeniliklərlə bağlı da məlumatlar verəcəyik. //Yenixeber.org
13-01-2022, 18:02
Bakıda məktəb direktoru dələduzluğa görə AXTARIŞA VERİLDİ
12-01-2019, 13:29
Sumqayıtda direktordan prokurorluğa şikayət etdilər
17-01-2022, 12:24
Azərbaycanda təhsil ocağında daha bir zorakılıq: Şagird döyüldüyü üçün dərsə getmir
5-04-2022, 17:00
Müəllimin internatdan göndərdiyi video qalmaqal yaratdı: - “Guya onun uşağı normal imiş?”
12-01-2022, 21:19
Bakıda şagirdin rəsm çəkməsinə əsəbiləşən müəllim onun başını divara çırpdı - DAHA BİR OLAY
8-01-2022, 18:33
Şagirdin döyülməsinə valideynlər niyə sərt reaksiya verir? - Ekspert danışır
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı