Operativ Qərargah Azərbaycana milyonların yolunu bağladı - NƏ ETMƏLİ?

Qış turizm mövsümü başa çatır.
Eyni zamanda, ölkədə Novruz bayramı ilə bağlı qeyri-iş günləri olduğunu nəzərə alsaq, bu ərəfədə əvvəlki illərdə xarici ölkələrdən, xüsusilə də İrandan daha çox turistlərin gəlişinin şahidi olurduq. Bu il ötən illərlə müqayisədə ölkədə hava şəraiti qeyri-sabit keçsə də, bölgələrə güclü qar yağması da turistlərin marağına səbəb olur. Ancaq hazırda turist səfərləri ilə bağlı mövcud problemlərdən biri quru sərhədlərinin bağlı olmasıdır.
Bəs quru sərhədlərinin bağlı olması bayramda turist səfərlərinə necə təsir edib? Bu istiqamətdə mövcud vəziyyətlə bağlı müvafiq qurumlar Operativ Qərargaha müraciət edibmi? capar.info-nın məlumatına görə, Azərbaycan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva Cebhe.info-ya bildirib ki, qış turizm mövsümü hələ başa çatmayıb:
"Xüsusilə də baharımız qış kimi gəldi və qış mövsümü daha da canlandı. Vətəndaşlarımız daha çox turizm mərkəzlərinə üz tutdular. Bayram ərəfəsində daxili turizm daha da canlandı. Paytaxtdan bölgələrə axın baş verdi. Xüsusilə də qarın yağması, hava şəraiti insanları paytaxtı daha çox tərk etməyə sövq etdi. Bu ərəfədə hər zaman bölgələrdən də paytaxta axın baş verir. Bu ənənəvi olaraq Novruz bayramı ilə bağlı olan amillərdir. Bayran günlərində qeyri-iş günlərinin sayının çox olması insanların bölgələrə üz tutmasına səbəb olur. Bayramda ölkəmizə gələnlərlə bağlı statistikanı təqdim etmək hələ tezdir. Çünki mart ayının başa çatmasını gözləməliyik. Aylıq hesabatlar ay başa çatdıqdan sonra növbəti ayın ortasınadək verilir.
Ümumilikdə isə pandemiyadan əvvəlki axını proqnozlaşdırmırıq. Bunun da obyektiv səbəbləri var. Ən əsas səbəblərdən biri quru sərhədlərinin bağlı olması və pandemiya şərtlərinin hələ də davam etməsidir. Ancaq ümumən xarici turistlərlə bağlı canlanma müşahidə edilir. Pandemiya ilə bağlı qərarlar Operativ Qərargahın səlahiyyətlərindədir. Quru sərhədlərinin açılması müvafiq orqanlarla aidiyyəti görüşlərdə səsləndirilir, ancaq yenə də Operativ Qərargahın səlahiyyətində olan məsələdir".
Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov isə bildirdi ki, ümumiyyətlə, pandemiya şəraitini nəzərə alsaq, son illər ölkəmizdə turizm zəifləməyə başlamışdı :
"2020-ci ildən bu yana turistlərin sayı artmaq yox, əksinə azalmağa doğru gedirdi. Buna baxmayaraq son illərdə daxili turizmin canlanması ilə ölkədəki turizm potensialını daha da üzə çıxara bildik. Turizmlə bağlı yalnız xaricə səfər etmək, yaxud xaricdən turist gətirmək deyil, ölkəmizdə öz vətəndaşlarımızın istirahətini də daha yaxşı təmin etməyə nail ola bildik. Qış turizmi hazırda son vaxtlarını yaşayır və bu il ötən ilə nisbətən daha yaxşı şəkildə keçdi. Həm sərhədlərin açılması ilə bağlı müəyyən qədər ölkəyə xarici turistlər gəldi. Həm də yerli tursitlər öz vətənimizdə istirahətlərini təmin edə bildilər".
Ə.Qurbanov deyib ki, Azərbaycan Novruz bayramında hər il İrandan daha çox turist qəbul edirdi:
"Bu il Novruz bayramı ərəfəsində İrandan daha çox turist gözlədik. Bu il də ötən ildən daha çox turist gəldi. Quru sərhədləri açılsaydı, gələn turistlərin sayı daha çox olardı. Ancaq hazırkı vəziyyətdə həm ötən ilə nisbətən İrandan daha çox turist qəbul etdik, həm digər xarici ölkələrdən gələnlər oldu, həm də yerli vətəndaşlarımız regionlara səfər etdilər. Bunu da otellərin doluluq sayında müşahidə etdik. Biz hər zaman qeyd edirik ki, quru sərhədlərinin açılması mütləqdir. Təbii ki, bu da dövlətin birbaşa özündən asılı olan məsələ deyil, insanların sağlamlığını düşünərək quru sərhədlərinin bağlanması ilə bağlı qərar verilib. Ancaq artıq pandemiyanın daha da yumşaldığını nəzərə alsaq, yəqin ki, bu yaxınlarda sevindirici xəbəri alaraq quru sərhədlərinin açılmasının şahidi olacağıq. Bundan sonra da həm yaxın ölkələrə gediş-gəliş daha da rahat olacaq, həm də ölkəmiz daha çox turist qəbul edə biləcək. Ümumilikdə isə mart ayına qədər 250 minə qədər əcnəbi vətəndaş ölkəımizə səfər edib ki, hazırda sırf bayram günləri ilə bağlı statistik rəqəm yoxdur".
12-08-2021, 09:52
Cahangir Əsgərov GÖRƏVDƏN ALINIR... - Bu qərarın verilməsinə az qalıb...
7-06-2021, 14:56
Bu il Azərbaycana gələn xaricilərin sayı artacaq - Ekspert
9-09-2021, 08:42
Azərbaycanı milyonlardan məhrum edən iki səbəb: - AZAL VƏ BAHALIQ
30-06-2020, 22:44
Azərbaycanda yay mövsümü çox isti keçəcək - AÇIQLAMA
25-01-2019, 12:55
Baş nazir: İspaniya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
8-01-2021, 10:08
Füzulidə yeni hava limanının olması Azərbaycan iqtisadiyyatının artım tempini yüksəldəcək
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı