Bayden-Ərdoğan danışığının pərdəarxası və yeni dünya reallığının dərki - GƏLİŞMƏ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub. Qeyd edək ki, bu, Baydenin prezident seçilməsindən sonra Ərdoğanla ilk təmasıdır. Bir neçə dəfə onların arasında görüş keçiriləcəyi barədə məlumatlar yayılsa da, öz təsdiqini tapmayıb.
Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya Sammiti”nə Türkiyənin dəvət olunmaması, ona qarşı təzyiqlər Ağ Evin Ərdoğana mənfi münasibəti kimi qiymətləndirilir. Analitiklərin qənaətinə görə, Ərdoğanın müstəqil siyasət yürütməsi, Rusiya və digər dövlətlərlə normal münasibətləri Qərbi qıcıqlıdır.
capar.info -ın məlumatına görə, Azərbaycan Milli Məclisinin üzvü Bəhruz Məhərrəmov AYNA-ya açıqlamasında deyib ki, Türkiyənin beynəlxalq müstəvidə yüksələn nüfuzu ABŞ-ı narahat edir və onlar bunu dilə gətirməkdən belə çəkinmirdi: “Türkiyənin artan nüfuzu, , NATO daxilində əlahiddə hərbi gücə və müstəqil müdafiə sənayesi nəhənginə çevrilməsi böyük güclər, xüsusən, ABŞ tərəfindən sakit qarşılanmırdı və Vaşinqton bunu açıq dilə gətirməkdən belə, çəkinmirdi. Türk-müsəlman amilinə özünəməxsus və xoş olmayan münasibəti ilə seçilən Demokratların hakimiyyəti dövründə isə Tükriyə-Amerika münasibətləri daha kəskin xarakter aldı”.
“Lakin, Ərdoğanın zamanında formalaşdıra bildiyi alternativlər, o cümlədən iqtisadi müstəqilliyin bərqərar olması, güclü müdafiə sənayesinin, xüsusən insansız texnologiyalar hesabına bölgə səmasının hərbi liderinə çevrilməsi Ankaraya nəinki davam gətirməyə imkan verdi, hətta, bu təzyiqlərlə mübarizədə Türkiyə əsaslı gücə çevrildi”, - deyə deputat bildirib.
Onun fikrincə, ilkin dövrlərdə Vaşinqton bununla barışmaq istəməsə də, artıq realllığı qəbul etmək məcburiyyətindədir: “Kəskin antitürk mövqeyi ilə seçilən Bayden administrasiyası artıq Anlara ilə münasibətlərin bərpası üçün bütün mümkün fürsətləri axtarmağa və imkanları dəyərləndirməyə başlayıb. Hesab edirəm ki, bu günlərdə İsrailin dövlət başçısının Türkiyəyə səfəri və Ankara ilə Təl-Əviv arasındakı münasibətlərin normallaşması yolunda hərəkətliliyə də məhz bu vahid prosesin tərkib hissəsi kimi baxılmalıdır. Proseslərin sonrakı məcrasına gəlincə, bundan sonrakı dövr ərzində Türkiyə mövcud tempi qoruyarsa - hansı ki, qoruyacağı da şübhə doğurmur - yeni dünya düzənində tamamilə fərqli mənzərənin və Ankaranın fərqli və indikindən daha ciddi çəkiyə malik mövqeyə yüksələcəyinin şahidi olacağıq”.
Məhərrəmov bu məsələdə Azərbaycanın da rolunun əhəmiyyətli olduğunu söyləyib: “Əlbəttə, burada Azərbaycanın da əhəmiyyətini unutmaq olmaz. Cənubi Qafqaz kimi çətin və mürəkkəb geosiyasi məkanda Azərbaycanın diqtə etməsi Türkiyənin gücünə güc qatır. O cümlədən, cənab İlham Əliyevin Azərbaycanı Rusiya ilə Türkiyə, eləcə də keçmiş Sovetlər Birliyi üzvləri ilə Türkiyə arasında əlaqələrin inkişafını təmin edən həlledici vasitəçi-gücə çevirməsi Ankaranın regionda mövqeyinin təməlində dayanan amillərdən biridir”.
Politoloq Rasim Ağayev AYNA-ya şərhində qeyd edib ki, Türkiyə dünyanın önəmli dövlətlərindən biridir və bu, Ukrayna böhranı zamanı bir daha öz təsdiqini tapdı: “Məlumdur ki, Türkiyə NATO üzvləri arasında hərbi gücünə görə ikinci yerdə dayanır. İqtisadiyyatı, istehsalatı baxımından da Türkiyə kifayət qədər güclü ölkədir. Bu baxımdan Türkiyədən küsmək, incimək olar, lakin heç zaman onu kənarda qoymaq mümkün deyil”.
“Təsəvvür edin ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Türkiyə və Azərbaycandan başqa üçüncü bir dövlət tapılmadı ki, bu prosesdə neytral mövqe nümayiş etdirə bilsin. Zelenski Putinlə görüş üçün iki neytral şəhərin adını çəkir. Bunlardan biri İstanbul, digəri isə Bakıdır. Eyni zamanda Putinin də hər iki qardaş dövlətin liderinə münasibəti loyaldır. Belə olduğu təqdirdə həm ABŞ, həm də Avropa maraqlıdır ki, Türkiyə ilə münasibətləri normallaşdırsın”, - deyə analitik vurğulayıb.
Həmsöhbətimiz hesab edir ki, ABŞ Rusiyaya təzyiqləri artırmaq üçün xarici siyasətinə ciddi korrektələr edəcək: “Amerikanın ticarət naziri Çinə xəbərdarlıq etdi ki, sanksiyaların əleyhinə fəaliyyət göstərsələr, bu halda onlara qarşı da sanksiyalar tətbiq edilə bilər. ABŞ Çini özünə əsas rəqib elan etsə də, hazırkı şəraitdə onunla da əməkdaşlığa hazırdır. Eyni sözləri Venesuela və İran haqqında da söyləmək olar. Türkiyə isə müstəqil dövlətdir və kifayət qədər imkanları var ki, Rusiya-Ukrayna münaqişəsində barışdırıcı tərəf olsun. Lakin nə Amerikanın, nə də Avropanın belə bir imkanı var. Çünki hər ikisi Rusiya ilə bütün körpüləri yandırıb və bu xüsuda Türkiyənin beynəlxalq miqyasda rolu artıb. Baş verənlər bir daha göstərdi ki, Türkiyə bu günə qədər çox düzgün siyasət yürüdüb və artıq uğurlu nəticələri ortadadır”.
“Rusiyanı tamamilə dağıtmaq mümkün deyil” qənaətində olan Ağayevin sözlərinə görə, sanksiyalar Rusiyanı, hərbi hücumlar isə Ukraynanı zəiflədəcək: “Bundan qazanan isə müəyyən qüvvələr olacaq. O qüvvələr ki, onlar üçün insanların həyatının, gələcəyinin heç bir əhəmiyyəti yoxdur. Əsas məqsədləri öz maraqlarını daha çox həyata keçirmək və dünyaya daha çox nəzarət etməkdir”.
4-03-2022, 23:25
Zelenski Ərdoğana təşəkkür etdi
6-11-2018, 17:02
Rəcəb Tayyib Ərdoğan: "ABŞ-ın İrana qarşı sanksiyaları dünya balansını pozur"
24-02-2021, 11:04
Bayden İraqın baş naziri ilə beynəlxalq koalisiyaya raket hücumlarını müzakirə edib
25-04-2021, 11:13
Milli Məclisin Sədri Sahibə Qafarovanın TBMM Sədri ilə telefon danışığı olub
8-11-2020, 15:20
Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər
3-01-2022, 13:51
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı