Azərbaycanda jurnalistlər “özümüzünkülər və özgələr”ə bölünəcək - FAKT BUDUR!
Gündəm / Siyasət
Oxunub: 325
20 Ara 2021 | 16:57
Azərbaycanda jurnalistlər “özümüzünkülər və özgələr”ə bölünəcək - FAKT BUDUR! Azərbaycan Milli Məclisi dekabrın 14-də jurnalistlərin və ekspertlərin ciddi tənqidinə səbəb olan “Media haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. AYNA yeni qanun layihəsinə mütəxəssislərin münasibətini öyrənib.
capar.info AYNA-ya istinadən məlumatına görə, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, bu qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib ki, yeni qanun layihəsinin hazırlanmasında məqsəd informasiya təhlükəsizliyinin artırılması, medianın inkişafı və stimullaşdırılmasıdır.
“Əgər biz dövlət qurumlarından adi məlumat ala bilmiriksə, hansı informasiya təhlükəsizliyindən danışa bilərik?!”, - deyə Mehman Əliyev sual edib.
Onun sözlərinə görə, “Media haqqında” qanun bir sıra KİV-lərin dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur: “Lakin media orqanı QHT deyil, özünü maliyyələşdirməli olan kommersiya təşkilatıdır. Medianın İnkişafı Agentliyi də media ilə müzakirələr aparacağına söz vermişdi. Lakin bu qanun layihəsinin müzakirəsi demək olar ki, aparılmadı”.
Media eksperti Zeynal Məmmədli də mövcud vəziyyətdən razı deyil. Onun fikrincə, çox gözəl qanunlar qəbul etmək olar, lakin şəffaf reklam bazarı olmadan medianın müstəqilliyini təmin etmək mümkün deyil: “Azərbaycanda azad reklam bazarı yoxdur. Mediaya hakimiyyət orqanları nəzarət edir. Əbəs yerə deyil ki, Azərbaycanda jurnalistlərə dövlət mənzil verir. Digər KİV nümayəndələri isə öz mənzillərini özləri almağa məcburdurlar. Çox vaxt jurnalistlər özləri məmurların təsiri altına düşməyə çalışırlar”.
Ekspert təəssüflə qeyd edib ki, yeni qanunda media ombudsmanı və onun səlahiyyətləri ilə bağlı maddə yoxdur: “Ona görə də yeni qanunun qəbulunun Azərbaycanda media müstəqilliyinin inkişafına töhfə verəcəyinə inanmıram”
Media hüququ eksperti Ələsgər Əhmədoğlunun dediyinə görə, jJurnalistləri nəzarətdə saxlamaq üçün hakimiyyət onlara 600-ə yaxın mənzil verib: “Həmçinin bir sıra KİV-lərə 30 milyon manat məbləğində maliyyə dəstəyi göstərilib. Ancaq bunun mənasız bir təşəbbüs olduğu ortaya çıxdı. Bu gün bir çox blogerlər çox populyardır və dövlətdən pul alan mediadan daha çox oxunurlar”.
Hüquqşünas söyləyib ki, yeni qanun layihəsində jurnalistlər üçün yeni məhdudiyyətlər nəzərdə tutulub: “Ancaq bu, yanlışdır. Jurnalistlər yalnız dövlətdə qüvvədə olan etik normalara və hüquq normalarına əməl etməlidirlər”.
Əhmədoğlu vahid sertifikatların tətbiqinə də mənfi münasibət bəsləyir: “Beləliklə, jurnalistləri “özümüzünkülər və özgələr”ə bölmək istəyirlər”.
Deputat və “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas isə hesab edir ki, “Media haqqında” yeni qanunun qəbulunu cəmiyyətdə baş verən dəyişikliklər diqtə edib: “İlk dəfə “KİV haqqında” qanun 22 il əvvəl qəbul edilib. Halbuki o vaxt nə sosial şəbəkələr, nə də internet televiziyaları var idi”
Ə.Əhmədoğludan fərqli olaraq, A.Abbas jurnalistlər üçün vahid vəsiqənin tətbiqini müsbət qiymətləndirir: “Bu, reket jurnalistika ilə mübarizədə bizə kömək edəcək”.
Deputat media qurumlarının dövlət tərəfindən maliyyələşdirilməsinin də tərəfdarıdır: “Axı qəzetlər özünü maliyyələşdirə bilmir, çünki ölkədə reklam bazarı yoxdur. Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də monopoliya hökm sürür”.
6-01-2021, 10:44
KİVDF-nin fəaliyyəti dayandırılır?
18-06-2021, 11:13
Əlilliklə bağlı qanun layihəsinə yeni maddə əlavə olundu
17-12-2021, 13:40
"Media haqqında qanunu Troya atı ilə müqayisə etmək olar'' - Mehman Əliyev
12-12-2021, 21:32
Media çəpərləmələri:yeni qanun, köhnə problem…
26-05-2021, 16:27
Milli Məcliskomitələrinin birgə iclasında Şuşa şəhəri haqqında qanun layihəsi müzakirə olunub
11-06-2021, 14:35
13 deputat əlilliklə bağlı yeni qanuna SƏS VERMƏDİ – Mübahisəli qanun layihəsi yenidən müzakirə olunacaq
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı