Ermənilərin Putin düşmənçiliyi, Yeltsin sevgisi... - GƏLİŞMƏ
İkinci Qarabağ müharibəsindən sonra ermənilər uğradıqları məğlubiyyətə görə Rusiya hakimiyyətini və prezidenti Vladimir Putini ittiham etməkdə davam edirlər. Erməni mediası indi də belə bir yalan uydurub ki, guya Vladimir Putin prezident olana qədər Qarabağdakı separatçılar danışıqlar masasında tərəf olub. Putin prezident olandan sonra bu aradan qalxıb: “Bütün bəlalarımızın, faciələrimizin əsas səbəbkarının konkret adı və soyadı, vəzifəsi var. Putin hakimiyyətə gələnə qədər ”artsax" danışıqlar masasında idi, Azərbaycan buna qarşı bir söz deyə bilməzdi. Putin buna son qoydu. Prezident Boris Yeltsin Ermənistana qarşı əsl rus vətənpərvərinin ən isti hisslərini yaşayırdı. Putinin Ermənistanı səmimiyyətlə sevməməsi onsuz da aydındır. Əslində buna görə də Putin ölkəmizin suverenliyini və müstəqilliyini məhdudlaşdırmaq üçün hər şeyi etdi.”Erməni mediasının iddiası nə dərəcə əsaslıdır? Yeltsinin hakimiyyəti dövründə Qarabağ erməniləri danışıqlar masasında olubmu? Putin hakimiyyətə gələndən sonra danışıqlar formatında nə dəyişib ki, ermənilər Yeltsin dövrünün xiffətini edir?
capar.info "Yeni Müsavat"a istinadən xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev burada Azərbaycan və Rusiya rəhbərlərinin münasibətlərinin də önəmli rol oynadığını söylədi: “Mənim fikrimcə, Yeltsin demokrat olsa da, Qarabağ məsələsində Qorbaçovun yolunu davam etdirirdi. Hamıya məlum idi ki, Qorbaçovun ətrafında çoxlu erməni olub. Şahnazarov, Aqanbekyan və s. kimi ”məsləhət" verənlər. Qorbaçovun vaxtında başlanan Qarabağın işğalı Yeltsin dövründə davam olundu. Putin dövründə isə Qarabağ münaqişəsi donduruldu. Əslində bəlkə də bu bizim xeyrimizə oldu. Biz ordu quruculuğu ilə yanaşı, iqtisadiyyatımızı da gücləndirdik.
Xarici investorları dəvət etdik. Tədricən aparıcı ölkələrdən dəstək aldıq. Xarici siyasətdə paritetliyi saxladıq. Ermənistan isə baxmayaraq ki, Rusiyaya donor ölkə kimi baxıb, Rusiya təsirindən çıxmaq üçün, Qərbə meylli olub. Qərbyönüllü siyasət yürüdüb. Bu da təbii ki, rəsmi Moskvanın xoşuna gəlməyib. Bunlar hamısı Azərbaycanın xeyrinə oldu. Digər bir məqamı da qeyd etmək lazımdır – İlham Əliyevin və Vladimir Putinin şəxsi münasibətlərini. Ermənilər bunları bilirdilər, ona görə də işğal etdiyi ərazilərdə bir iş görməyiblər, ancaq dagıdıblar. Düzdür, bir neçə məsələ hələ də açıq qalıb. Rusiya sülhməramlılarının mandatdan kənar fəaliyyəti, heykəllərin qoyulması və s. kimi məsələlər. Amma bunlar da vaxtında öz həllini tapacaq".
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli deyilənlərin cəfəng olduğunu bildirdi: “Erməni mediasında nə qədər Putinə, Rusiyaya qarşı yazılar gedirsə, rus səfirliyi önündə aksiyalar keçirilirsə, telekanallarda verilişlər həsr olunursa, bunlar Azərbaycanın xeyrinədir. Kreml erməni ictimaiyyətini izləyir. Azərbaycan da eynən belə edir. Ermənilərin dediyi cəfəngiyyatdır. Qondarma rejim heç vaxt Azərbaycanla bərabərhüquqlu qəbul edilməyib. Düzdür, bir müddət Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi yazıldı. Amma bundan o yana getmədi. Yəni burada da münaqişə tərəfləri kimi Azərbaycanla Ermənistan göstərildi, qondarma rejim yox. Doğrudur, Yeltsinin dövründə ermənilər parlaq qələbə qazandılar. Amma bu, Yeltsinin erməniləri sevməsindən irəli gəlmirdi. O zaman Azərbaycanda mərkəzdənqaçma meylləri çox idi. Ölkəmizdə sabitlik yox idi. Hökumət dəyişiklikləri ard-arda olurdu. Ermənistan tərəfindən Rusiya çıxış edirdi. 366-cı alay və digər qüvvələr, kazaklar, kazak muzdluları bizə qarşı döyüşdü. Amma birmənalı şəkildə Rusiyanın o zamankı rəhbərinin ermənilərə qarşı simpatiyasının olduğunu demək olmazdı. Putinin də Azərbaycana xüsusi sevgisi, yaxud ermənilərə nifrəti yoxdur. Sadəcə, Azərbaycan çox güclənib. Burada Ermənistanın da səhvləri az rol oynamadı. Bir sözlə, 90-cı illərdə Azərbaycan rəhbərliyinin etdiyi səhvləri Paşinyan hökuməti təkrarladı. Güclü Ərdoğan Türkiyəsinin ölkəmizin yanında olması o yerə gətirib çıxardı ki, Azərbaycan revanşı qazandı. Amma bütün bunları Putinin erməniləri sevməməsinin üzərinə atmaq da doğru deyil. Ermənilər gözləyirdi ki, Rusiya onlara görə Azərbaycan və Türkiyə ilə vuruşacaq. Amma bu olmadı və onların bu gözləntiləri kökündən səhv idi. İndi həmin səhv gözləntilərinin acısını yaşayırlar”.
0
18-11-2020, 11:08
“Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub ” - Putin
1-10-2020, 11:06
Putin və Makron Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər
23-11-2020, 10:27
Putindən Qarabağla bağlı son söz
18-12-2020, 10:34
Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir - Putin
29-11-2018, 14:33
Putin Tahir Salahovu təbrik etdi
11-04-2020, 12:32
Putin və Tramp arasında yenidən telefon danışığı olub
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı