BU NƏDİ BELƏ: Qarabağda Donbass ssenarisi? – Ya erməni təxribatıdır, ya da...
Erməni mediasında Rusiyanın Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə başladığı haqqında məlumatlar yayılıb. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu erməni mənbələrinə istinadən qeyd edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordov Qarabağdakı "rus icması"na rəhbər seçilib.Analitik bildirib ki, dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başalanıb: "Bunu separatçı rejim yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri təşkil edir. Qarabağda yaşayan rusların sayı çox deyil, onlar ermənilərlə qarışıq ailələrdə yaşayırlar. Belədirsə Qarabağda təşkilatlanmış rus icmasına nə ehtiyac var?".
“Görünür, bu, həm Moskvaya, həm də erməni separatçılarına lazımdır. Bu, “Donbass ssenarisinə” bənzəyir. Rusiya əvvəlcə Donbasda separatçılığı dəstəklədi, bundan sonra orada yaşayanlara Rusiya pasportları payladı. Hazırda Rusiya Ukraynanı hədələyir ki, Donbassa hücum olarsa, Rusiya bu bölgədəki vətəndaşlarını qorumaq üçün Ukraynaya müdaxilə edəcək. Abxaziya və Cənubi Osetiya da eyni yolla Gürcüstandan qopardılmışdı”, - deyə Mərkəz rəhbəri vurğulayıb.
Onun fikrincə, Moskvanın Qarabağdakı ermənilərə də Rusiya pasportları paylaması təhlükəsi var: “Belə olarsa, Rusiya Qarabağda Rusiya vətəndaşı olan erməni separatçılarını qorumaq bəhanəsiylə Azərbaycanın Xankəndi və ətrafını nəzarətə götürməsinə mane olacaq. Moskvaya Qarabağdakı ermənilərə Rusiya pasportlarının paylaması həm də ona görə lazımdır ki, 2020-ci ildə bölgədə yerləşdirdiyi hərbçilərinin varlığını daimi edə bilsin”.
Şahinoğli Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin rusiyalı hərbçilərin Qarabağa daxil olduğu gün Rusiyanın televiziya kanalında dediklərini xatırladıb: "Jirinovski demişdi: “Biz Qarabağda əbədi qalacağıq, oradan çıxmayacağıq”. Məlumdur ki, Kreml bir sıra ideyalarını Jirinovski vasitəsilə səsləndirir. Azərbaycanın icazəsi olmadan rusiyalı hərbçilərin Xocalıda provaslav kilsəsi açması, rus sərkərdəsi Aleksandr Nevski başda olmaqla rus yazıçılarının abidələrini qoyması bu siyasətin tərkib hissəsidir. Rusiyalı hərbçilərin 4 ildən sonra Qarabağı tərk etmələrini istəyiriksə, Moskvanın erməni separatçılarıyla birgə həyata keçirdiyi planları pozmağa çalışmalıyıq. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı bir sıra iddiasını rədd etdi. Ancaq müxtəlif istiqamətlərə təhlükələr ard-arda gəlir. Erməni lobbisi və ona dəstək verən siyasi mərkəzlər Azərbaycana qarşı məkrli planlarından əl çəkən deyillər. Qarşımızda həll ediləsi xeyli məsələ var. Eyforiyaya varmağa isə vaxt yoxdur".
DİA.AZ xəbər verir ki, Milli Məclisin üzvü Asim Mollazadə isə sözügedən məlumatın dəqiqləşdirilməsini vacib hesab edir. Onun AYNA-ya dediyinə görə, ciddi yoxlamaq lazımdır ki, həqiqətən də belə bir addım atılıb, yoxsa yox: “Erməni mediası və mənbələri hər zaman yalan, dezinformasiya xarakterli məlumatları ilə seçilib. Onlar əksər vaxtlarda bu cür məlumatlar yayaraq təxribat niyyəti güdürlər”.
Deputat istisna etmir ki, separatçılar kimisə tapıblar və indi "rus icması" oyununu oynamaq istəyirlər: "Amma inanın ki, bu, uğursuz oyun olacaq və heç bir nəticə verməyəcək".
Mollazadə xatırladıb ki, bu gün Azərbaycanda böyük rus icması var: "Cənubi Qafqazın ən böyük rus icması Azərbaycandadır. Rus icmasının, səhv etmirəmsə” 5 nümayəndəsi Azərbaycanın Milli Qəhrəmanıdır. Demək istədiyim odur ki, rus icmasının nümayəndələri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün canlarından keçiblər. 44 günlük Vətən müharibəsində Azərbaycanın rus əsilli vətəndaşlarının ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gözlərini qırpmadan döyüşə getdiklərinin, şəhid olduqlarının şahidiyik".
"İstisna deyil ki, Qarabağ uğrunda döyüşmüş, şəhid olmuş rus vətəndaşlarımızın ailə üzvlərindən, rus əsilli qazilərimizdən, veteranlarımızdan kimsə Qarabağda yaşamaq istəsin. Təbii ki, Qarabağda bərpa-quruculuq işləri bitəndən, qayıdış başlayandan sonra. Demək istədiyim budur ki, Azərbaycan ərazisində real rus icması məhz budur. Separatçılar kimisə ortaya atıb hansısa oyun oynayırlarsa, bunun nəticəsini görməyəcəklər. Çünki Qarabağ Azərbaycandır!", - deyə həmsöhbətimiz fikrini tamamlayıb.
9-12-2021, 13:15
Qarabağdakı RUS İCMASI HOQQASI: Kimin marağındadır? - Kremlin xəbəri yoxdur?
14-01-2021, 11:19
Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb - Rusiya MN də erməni KİV-in iddialarını təkzib etdi
26-08-2021, 14:17
Separatçı rejimin seçki OYUNU - "Sülhməramlıların qarşısında tələb qoymalıdır ki,.."
10-09-2021, 16:37
Azərbaycan-Rusiya qarşıdurması açıq müstəviyə keçir - Putindən riskli Qarabağ gedişi
18-08-2021, 11:54
Rusiya Dağlıq Qarabağda pasport paylamağa hazırlaşır? - BU QƏRAR SAVAŞA SƏBƏB OLA BİLƏR...
12-11-2020, 11:14
Dağlıq Qarabağda ortaq mərkəzin yaradılması barədə memorandum imzalanıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı