Sərhəddə intensivləşən erməni təxribatları: - “Paşinyan vaxt qazanmağa çalışır”
capar.info : - Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Bəs Brüssel görüşü ərəfəsində törədilən erməni təxribatlarının məqsədi nədir?
Məsələ ilə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Bakupost.az -a bildirib ki, müəyyən xarici dövlətlər regionu daim münaqişə regionu kimi saxlamaq və bundan öz məqsədləri üçün istifadə etmək istəyirlər:
“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda uzunmüddətli sülh yaratmaq və post münaqişə mərhələsinə keçməklə bağlı təşəbbüsləri həm Ermənistanın daxilindəki müəyyən qruplar, həm də bəzi digər dövlətlər tərəfindən tam adekvat qarşılıq almır. Azərbaycan istəyir ki, artıq regionda normal münasibətlər qurulsun. Normal münasibətlər ona deyirik ki, Beynəlxalq Hüququn prinsiplərinə əsaslanan, Beynəlxalq Təşkilatların qərarlarına uyğun olan, mehriban qonşuluq ruhunda, yəni, Cənubi Qafqaz və onun ətrafı sülh-əməkdaşlıq bölgəsinə çevrilsin. Amma müəyyən xarici dövlətlər var ki, onlar regionu daim münaqişə regionu kimi saxlamaq və bundan öz məqsədləri üçün istifadə etmək istəyirlər.
Araz Aslanlı qeyd edib ki, Ermənistanda müəyyən qruplar, təbəqələr və bir az da ziyalı təbəqələr Azərbaycanın təkliflərinin daha real olduğunu anlayır:
“Azərbaycanın yanaşması qəbul olunsa, bu, Ermənistanın da lehinədir. Amma Ermənistanda digər bir təbəqə də var ki, onlar daha radikal yanaşmaya malikdirlər və hələ də Ermənistanı revanşizmə meyl etdirmək istəyirlər. Hesab edirəm ki, həm Ermənistan ordusu, həm də erməni siyasətçiləri daxilində revanşizmə meyilli və regionu daim münaqişədə saxlamaq istəyən qüvvələr var. Revanşizmdən əlavə, hətta “böyük Ermənistan” fantaziyası ilə davam etməyə çalışanlar da az deyil. Amma eyni zamanda onları kənardan təhrik edənlər də var. Yəni, post münaqişə dövrünə keçidə mane olmaq istəyənlər qüvvələr çoxdur. Həm Ermənistan, həm region , həm də qlobal müstəvidə bu ab-havanı saxlamağa çalışırlar. Demək istəyirlər ki, “münaqişənin bitdiyini düşünməyin, daim hazır qalın, yenidən nə vaxtsa, 44 günlük müharibədən biri daha olacaq və guya o Ermənistanın müharibəsi olacaq” kimi absurd fikirlərlə yaşayıralar. Azərbaycan rəhbərliyi israrla bunu deyir ki, gəlin bir an əvvəl post münaqişə dövrünün şərtlərinə uyğun addım ataq. Quruculuğa, transport, infrastruktur layihələrini reallaşdıraq, sovet dövründən mövcud olan kommunikasiya xətlərini açaq və əlavə yeni kommunikasiya xətləri yaradaq. Azərbaycan onsuzda muxtar kommunikasiya xətlərinin bir parçasıdır və özünün reallaşdırdığı kommunikasiya xətləri var. Qapalı kommunikasiyalar ilə zərər görən Ermənistandır və açılması isə əksinə Ermənistanın lehinədir. Amma təəssüf ki, həm Ermənistanda, həm də xaricdə sülh mühitini parçalamaq və münaqişə davam edirmiş kimi bir atmosfer yaratmaq istəyən qüvvələr var. Bu provokasiyalar onların niyyətlərindən qaynaqlanır”.
Politoloq Məhəmməd Əsədullazadə məsləyə münasibət bildirərkən qeyd edib ki, Brüssel görüşü ərəfəsində Ermənistan tərəfi konkret olaraq belə pozucu fəaliyyəti davam etdirəcəksə, təbii ki, həmin görüşə Azərbaycan qatılmaya bilər:
“Brüssel görüşü ərəfəsində Ermənistan yenidən təxribatlara əl atır və Soçi bəyannaməsinin vədlərini yerinə yetirməməyə çalışır. Eyni zamanda Ermənistan Brüsseldə Azərbaycanla keçiriləcək görüşdə gərginliyi böyütmək, digər əlavə şərtlər irəli sürməklə prosesi pozmağa çalışır. Brüssel görüşü ərəfəsində Ermənistan tərəfi konkret olaraq belə pozucu fəaliyyəti davam etdirəcəksə, təbii ki, həmin görüşə Azərbaycan qatılmaya bilər. Vəziyyət həddindən artıq gərgindir. Ermənistan tərəfi heç bir razılaşmaya əməl etmək istəmir, baxmayaraq ki, 10 noyabr, 11 yanvar və 26 noyabr bəyannamələri var. Həmçinin Ermənistan öhdəlik götürüb amma öhdəlikləri yerinə yetirmir. Yerinə yetirməməkdə əsas səbəb Ermənistan tərəfi əlavə, özünə uyğun şərtlər əldə etməyə çalışır və bunu təxribatlar yolu ilə həyata keçirmək istəyir. Həmin təxribatlar Azərbaycan tərəfinin adekvat addımları nəticəsində baş tutmur. Eyni zamanda erməni lobbisi də Brüssel görüşünə çalışırdı amma Soçi bəyannaməsi demək olar ki, Brüssel görüşünün üstündən xətt çəkdi. Azərbaycanın təklif etdiyi bəndlər konkret olaraq Soçi bəyannaməsində qəbul edildi, amma Ermənistan tərəfinin heç bir şərti qəbul olunmadı. Ermənistan tərəfi Brüssel görüşündə Qarabağ, status, Minsk qrupu məsələsini danışıqlar masaına gətirmək istəyirdi. Azərbaycan tərəfi də qəti buna razı ola bilməzdi. Ona görə də Ermənistan bu kimi təxribatlarla vaxt qazanmağa və vəziyyəti gərginləşdirməyə çalışır ki, bu da Ermənistanın əleyhinədir”.
28-12-2020, 11:10
Xocavənddə qanunsuz erməni silahlı qrupu ordumuza hücum edib, şəhid və yaralı var- MN
25-07-2020, 15:28
Komitə sədri Səməd Seyidov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi artilleriya atəşindən istifadə edərək hücuma keçmək cəhdini qətiyyətlə pisləyib
15-11-2021, 13:27
İntensivləşən təxribatlar regionu hara aparır? - AKTUAL
17-06-2021, 10:39
Şuşa Bəyannaməsi - Başqa xülyalara düşməyə çalışan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər
8-09-2020, 13:14
Hikmət Hacıyev: Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar
18-07-2020, 12:55
Ermənilərin sərhəddə törətdiyi təxribatlarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı