TİBBİ SIĞORTANIN 8-Cİ AYI: həkimlər narazı, vətəndaşlar inamsız... - NƏ BAŞ VERİR?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 288
29 Kas 2021 | 12:43
TİBBİ SIĞORTANIN 8-Cİ AYI: həkimlər narazı, vətəndaşlar inamsız... - NƏ BAŞ VERİR?

capar.info : - Azərbaycanda ilk dəfə 2017-ci ildə pilot layihə kimi tətbiqinə başlanılan icbari tibbi sığorta xidməti 2021-ci il aprelin 1- dən bütün ölkə ərazisində fəaliyyət göstərir. Xatırladaq ki, bu tarixdən etibarən, hər bir Azərbaycan vətəndaşı tibbi xidmətlərdən ödənişsiz yararlana bilər.

Tibbi sığortayla bağlı müəyyən olunmuş qaydalara əsasən, 1 yanvar 2021-ci il tarixindən işəgötürən və işçilər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər sığorta haqqı ödəməlidirlər. Pensiyaçılar və işsiz vətəndaşlar isə 2024-cü ilə kimi sığorta haqqından azad olunublar.

Sığorta vasitəsilə tibbi xidmətlərdən yararlanmaq üçün bəzi prosedurlardan keçmək lazımıdr. Əvvəlcə vətəndaşlar qeydiyyatda olduqları ərazi üzrə ailə həkiminə yaxınlaşaraq göndəriş almalı, sonra tibb məntəqəsinə gedərək orada təyin olunmuş həkim tərəfindən müayinə olunmalıdırlar.

Sığorta vasitəsilə vətəndaşlara 2550 tibbi xidmətin göstərilməsi və 1100-dən artıq cərrahi əməliyyatın ödənişsiz həyata keçirilməsi qeyd olunub. Bu xidmətlərə təcili və təxirə salınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator müalicə, laboratoriya, fizioterapiya, stasionar və ilkin səhiyyə xidmətləri daxildir.

Satasionar terapevtik xidmətlər isə 3500-dən artıq diaqnozu əhatə edir. Bura həmçinin infarkt, beyin insultu, ürək-damar xəstəlikləri, mədə-bağırsaq, uroloji, infeksion travmalar, yanıqlar, zəhərlənmələr də aiddir. Qeyd edək ki, hamiləlik və doğuş dövründə də müayinə-müalicə xidmətləri, icbari tibbi sığorta tərəfindən qarşılanır.

Atıq 8 aydır ki, bütün vətəndaşların xidmətində olan icbari tibbi sığorta necə işləyir? Bu suala aydınlıq gətirmək üçün paytaxt sakinləri ilə sorğu keçirdik. Söhbət zamanı aydın oldu ki, xidmətdən narazı qalan vətəndaşlar və bu sahədən ümumiyyətlə xəbərsiz olanlar var.

Azər Rüstəmov “AzPolitika.info”ya bildirib ki, bir ilə yaxındır maaş kartından icbari tibbi sığorta tərəfindən pul çıxılır: “Bununla bağlı mənə heç bir məlumat verilməyib. Düşünürəm ki, adıçəkilən xidmət haqqında maarifləndirmə zəif aparılıb. Həmçinin xidmətdən istifadə edən pasientlərin də təəssüratları ürəkaçan deyil”.

Əfqan Quliyev deyir ki, sahibkarlıqla məşğul olduğundan hər ay tibbi sığorta üçün ödəniş edir: “Hər ay ödəniş etsəm də, düşünürəm ki, nə vaxtsa bu xidmətə ehtiyac duyub, müraciət etsəm, keyfiyyətli tibbi xidmət ala bilməyəcəm”.

Habil Azərovun sözlərinə görə, icbari tibbi sığorta tətbiq ediləndən sonra xəstəxanalarda laboratoriya xidmətləri dayandırılıb: “Bir çox xəstəxana laboratoriya testi üçün pasientləri özəl xəstəxanalara yönləndirir. Ordada müayinə ödənişli olduğundan xeyli xərcimiz çıxır”.

Xalid Mikayılov qeyd edir ki, bu sahədə ciddi maarifləndirmə işlərinə ehtiyac var: “İcbari tibbi sığortadan istifadə edən vətəndaşa heç bir kitabça və ya sənəd verilmir. Ona görə də, vətəndaşlar hansı tibbi xidmətlərin göstərildiyindən xəbərsizdirlər. Düşünürəm ki, bu sahədə əhali arasında ciddi məlumatsızlıq var”.

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu yaxınlarda ictimaiyyətə açıqlamasında deyib ki, icbari tibbi sığorta vasitəsiylə 2550-dən çox tibbi xidmət göstərilir: “Lakin buna baxmayaraq çatışmazlıqlar çoxdur. Elə sahələr var ki, orada göstərilən xidmət səviyyəsi çox aşağıdır. Məsələn, onlardan biri orqan transplantasiyasıdır ki, bir çox sığortalı vətəndaş aylarla növbədə gözlədilir. Düşünürəm ki, agentlik təxirəsalınmaz tibbi xidmətlər zamanı daha operativ fəaliyyət göstərməlidir”.

Sığorta mütəxəssisi Şahin İsmayılov “AzPolitika.info”ya bildirib ki, icbari tibbi sığorta əhalinin gözlədiyi xidməti həyata keçirə bilmədi: “Layihəyə start verildiyi gündən ortaya bir çox problemlər çıxdı. Poliklinikalarda tibbi personal bu xidmətin tətbiqinə hazırlıqlı deyildi və müraciət edən vətəndaşlara, “biz hələ bu xidmətə qoşulmamışıq” kimi cavablar verirdilər. 8 ay keçməsinə baxmayaraq problemlər hələ də qalmaqdadır”.

Ş.İsmayılov qeyd edir ki, vətəndaşların əksəriyyəti icbari tibbi sığorta barədə məlumatsızdırlar və tibbi ehtiyac yarandıqda nə etməli olduqlarını bilmirlər: “Ancaq düşünürəm ki, bu sahədə yetəri qədər maarifləndirmə işləri aparılıb. İcbari tibbi sığorta barədə kifayət qədər danışılıb, əksər telekanallar və mətbuat bu məsələyə ətraflı yer verib. Mən və bir çox sığorta ekspertləri öz fikirlərimizi, təkliflərimizi bölüşmüşük. Vətəndaşlar məlumatsız olduqlarını bildirirsə, artıq burada onların özləri günahkardır. Çünki vətəndaş öyrənmirsə, sual vermirsə, tələb etmirsə, müraciət etmirsə, bu haqda məlumatları necə əldə edə bilər? Düşünürəm ki, əhalinin passivliyi xidmətin inkşafını ləngidir və səviyyəsini aşağı salır. Ancaq bu xidmətdən məlumatlı olanlar tələb edərək istədiklərinə nail olurlar. Müştərilərim arasında artıq iki nəfərin çox bahalı ürək əməliyyatları İcbari Tibbi Sığorta Agentliyi tərəfindən qarşılanıb və əməliyyat uğurlu keçib”.

Ekspertin sözlərinə görə, sığorta şirkətlərinin bu sahədən uzaq tutulması yanlış qərar idi: “Dövlət Agentliyi yaradıldı və bütün səlahiyyətlər də o quruma verildi. Düşünürəm ki, bu sahədə sığorta şirkətlərinin təcrübəsindən istifadə etmək olardı. Bu yanaşma təbliğat və maarifləndirmə işinə də töhfə verərdi. Əvəzində digər yanaşma seçildi və nəticəsi də göz qabağındadır. İnsanlarımız icbari tibbi xidmət üçün necə müraciət etməli olduqlarını belə bilmirlər. Vətəndaşların əksəriyyəti birbaşa xəstəxanalara müraciət edirlər və nəticədə müayinə və müalicə üçün böyük məbləğdə vəsait ödəməli olurlar”.

Ekspert əlavə edir ki, insanların xidmətdən narazı qalması labüddür: “Çünki bir çox tibb müəssisəsi sığorta fəaliyyətini təmin edəcək strukturla təmin olunmayıb. Problemlərdən biri də, xidmətin tətbiqindən sonra həkimlərin qazanclarının kəskin azalmasıdır. Həkimlərin əksəriyyəti qazanclarından narazıdırlar. Bu da tibbi xidmətin səviyyəsinə öz neqativ təsirini göstərir. Digər tərəfdən, insanlar arasında bu xidmətə qarşı inamsızlıq da var. Vətəndaşlarda belə bir fikir formalaşıb ki, pul verməsələr, onları düzgün müalicə etməyəcəklər”.

Ş.İsmayılov sonda qeyd edib ki, icbari tibbi sığorta xidmətinin arzu olunan səviyyədə həyata keçməsi üçün ən böyük məsuliyyət xəstəxanaların üzərinə düşür: “İlk müraciət anında poliklinikalarda işləyən tibbi personal insanlara xidmətin mövcudluğu barədə məlumat verməli, onları istiqamətləndirməlidirlər. Praktikada isə bunu müşahidə etmirik və nəticədə insanların pulsuz tibbi xidmətdən yararlanma şansı minimuma enir. Digər tərəfdən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirdiyi ödənişlər və xidmətdən yararlanan insanlar barəsində mətbuatda, televizyada gündəlik məlumatlar paylaşmalı, bu işin əhəmiyyətini cəmiyyətin diqqətində saxlamalıdır. Təəssüf ki, biz bu yanaşmanı da görmürük. Vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, icbari tibbi sığorta xidməti var, fəaliyyət göstərir və tibbi xidmətlər uğurla həyata keçirilir. Vətəndaşlarımız məlumatlı olmalı, müraciət etməli və bu xidmətdən yararlanmalıdırlar”.

İcbari Tibbi Sığorta Agentliyindən, “AzPolitika.info”ya bildirildi ki, cari ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə 3 milyon 495 min 907 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 18 milyondan çox tibbi xidmət göstərilib: ”Bu xidmətlərdən 14 157 075-i (78%) 18 yaşdan yuxarı, 3 943 346-sı (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir. İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi, sistemin əhəmiyyəti, üstünlükləri barədə əhalini məlumatlandırmaq məqsədilə Agentlik tərəfindən 2019-cu il və 2020-ci ilin əvvəlində 91 maarifləndirmə tədbiri keçirilib”.
18-03-2021, 09:43
İcbari tibbi sığortadan istifadə üçün ayrıca kartın verilməsinə ehtiyac yoxdur - Agentlik
9-01-2019, 18:19
Gələn ildən etibarən icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq ediləcək
18-08-2021, 12:02
Deputat bahalı obyektlərini DÖVLƏTƏ İCARƏYƏ VERİR... - Müqviləyə oğlu imza atır...
21-12-2018, 14:53
Azərbaycanda TƏBİB adlı qurum yaradılır
11-03-2021, 17:43
Qida məhsulları sahəsində fəaliyyət göstərən işçilər icbari tibbi müayinədən keçəcək
5-08-2020, 12:05
40 minədək işsiz şəxs sığorta ödənişinə cəlb edilə bilər
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı