Rusiyadan Ermənistana “YOX” cavabı... – Son döyüşlərin PƏRDƏARXASI
capar.info : - Nikol Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlməsinin ardından Moskva-İrəvan münasibətləri əvvəlki axarını ciddi formada dəyişdi. Belə ki, Kremlin Cənubi Qafqazdakı piyadası gözü ilə hərəkət etdirdiyi Ermənistanda rəhbərlik Qərbin xeyir-duasını almış Nikola nəsib olduqdan sonra Rusiya daha fərqli strategiya ilə manevrlərini davam etdirdi.
Ötən ilin payızında Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfər isə bölgəki prosesləri 180 dərəcə dəyişdi.
Xüsusilə də, Moskvanın dəyişən maraqları fonunda Ermənistandakı hökumət böhranının davam etməsi uzun illərdir, Rusiyanı xilaskar rolunda görməyə alışmış sıravi ermənilər üçün də bir sürpriz oldu.
Artıq hər nə qədər, Ermənistanın əsas sahibi kimi Rusiya öz statusunu qorusa da, reallıq tam fərqli şəkildə cərəyan etməkdədir.
Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklər fonunda isə, bir sıra erməni siyasətçilər yenidən Kremlə sığınmaqdan başqa çıxış yolu tapa bilməyiblər. İlk nicat yeri kimi isə, “rus NATO”su adlandırılan KTMT seçilib. Belə ki, Paşinyan hökuməti Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib.
Xatırladaq ki, bu ilin mayında Qaragöl ətrafında baş verən sərhəd narazılıqlarından sonra da Paşinyan üzünü KTMT-yə tutmuş, lakin “yox” cavabı aldıqdan sonra seçkilərdə qələbə qazanaraq öz kreslosunu qorumağa yönəltmişdi.
İndiki situasiya da, ermənilərin seçim alternativləri içərisində Rusiyadan başqa variantın mövcud olmadığını bir daha nümayiş etdirdi. Əksər erməni siyasətçilər, Rusiyanın dəstəyindən yaltaqcasına dəm vursalar da, reallığın fərqli olmasından onlar da agahdır.
Erməni xalqı ilə də vəziyyət heç də fərqli deyil. Əhalinin kiçik bir hissəsini təşkil edən revanşistləri çıxmaqla, artıq bütün ermənilər Rusiyanın gözündə İrəvanın heç bir dəyərinin qalmadığını başa düşməkdədir.
Bu cür vəziyyətin meydana gəlməsinin əsas səbəbi isə, Rusiyanın bölgədəki maraqlarının dəyişməsidir.
İlk növbədə Rusiya Ermənistanı ovucunun içində saxlamaqla regionda dəyişən geosiyasi maraqlar fonunda uğur qazana bilməyəcəyini dərk etdi. Xüsusilə də, Türkiyə ilə münasibətlər inkişaf edərkən Cənubi Qafqazın əsas gücü olan Azərbaycanın ziddinə siyasət yeritmək Qərb qarşısında təklənməyə doğru sürüklənən Moskvanı heç cür qane edə bilməzdi.
İkinci vacib nüans isə, Kremlin iqtisadi maraqlarından qaynaqlanırdı. Belə ki, Ermənistana göstərilən əvəzsiz yardımların nəticəsizliyi ilk növbədə Qərbin adamının hakimiyyətə gəlməsinə mane ola bilmədi.
Eyni zamanda, blokada şəraitində qalan Ermənistan da Rusiyanın logistik marşrutlarına maneə kimi qalmaqda idi. Bu səbəbdən də, Zəngəzur dəhlizi ilə bağlı danışarkən əksər ekspertlər, Rusiya üçün regionda kommunikasiyaların bərpasının nə qədər faydalı olması məsələsini ön plana çıxarırlar.
İndiki situasiyada üçüncü meydana çıxan məqam isə, Kremlin hərbi maraqları ilə bağlıdır. Ələxsus da, sərhəd münaqişəsinə KTMT-ni qarışdırmağa çalışan İrəvanın maraqları çərçivəsində hərəkət etmək, təşkilata üzv olan digər ölkələr tərəfindən heç də birmənalı qarşılanmayacaq.
Çünki sözügedən ölkələrin əksəriyyətinin Azərbaycanla əlaqələri Ermənistanla olandan daha yüksək səviyyədədir.
Dördüncü və bəlkə də ən vacib amil isə, Rusiyanın vasitəçi rolunun sual altına düşmək təhlükəsinin yaranmasıdır. Belə ki, ötən il 44 günlük müharibənin bitməsindən sonra Azərbaycan-Ermənistan münaqişəsinin həllində Rusiya masadakı tək vasitəçidir.
Eyni zamanda, Qarabağda da süıhyaratma missiyası məhz rus hərbçiləri tərəfindən həyata keçirilir. Belə olan halda isə, Azərbaycana qarşı İrəvanı dəstəkləmək, onsuzda fəaliyyətsizliklərindən narazılıq pik həddə olan sülhməramlıların sonunu gətirməklə yanaşı, Rusiyanın tək qaldığı masada digər “qonaqlar”ın da peydə olması ilə nəticələnə bilər.
Ümumilikdə isə, bütün sadalananları nəzərə alaraq söyləyə bilərik ki, Rusiyanın sərhəddə mövcud olan gərginliklər fonunda Azərbaycanın maraqlarının ziddinə hərəkət etməsi ehtimalı açıq planda aparılmayacaq.
22-02-2021, 10:46
Ermənistandakı revanşizm çağırışları iflasa məhkumdur - Qafqazşünas alim
28-09-2021, 14:03
"Müharibədə Rusiyadan istədikləri dəstəyi ala bilməmələri erməniləri qəzəbləndirib..." - ekspert
8-10-2021, 11:21
İranın batacağı ünvan AZƏRBAYCANDIR... - FAKT BUDUR!
27-10-2021, 12:04
Ermənistanda inqilab gözləntisi:Azərbaycan və Rusiyaya müharibə elanı? - NƏ BAŞ VERİR?
16-11-2020, 10:02
Fransanın “Causeur” portalı: Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
29-12-2020, 10:28
Azərbaycanın qələbəsi Ermənistanda dərin mənəvi-psixoloji sarsıntı yaradıb - Deputat
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı