Erməni terroruna cavab: Laçın dəhlizi bağlanacaq? - TƏLƏB!
Gündəm / Siyasət / Hadisə
Oxunub: 308
16 Kas 2021 | 11:17
Erməni terroruna cavab: Laçın dəhlizi bağlanacaq? - TƏLƏB!

capar.info : - Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində Ermənistanın hərbi təxribatının qarşısını alması düşmən tərəfdə siyasi böhran həddinə çatıb.

Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən çıxarılmasının da əsl səbəbi kimi Ermənistan ordusunun Azərbaycan Ordusu ilə qarşıdurmada məğlub duruma düşməsi göstərilir.

“Hraparak” qəzeti isə yazır ki, Arşak Karapetyan özü siyasi rəhbərlikdən Cermuk-Qarakilsə sərhədində geri çəkilmək əmri alan zaman istefa məktubu yazıb. Xatırladaq ki, “Telegram” kanallarında Azərbaycan qoşunlarının Zəngəzur və Dərələyəzlə sərhəddə irəliləməsi, nəticədə erməni mövqelərinin itirilməsi barədə məlumatlar yayılıb. Ermənistan ordusunun dörd döyüş mövqeyi Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçib. Azərbaycan hərbçiləri Laçın rayonunun Ermənistanla sərhəddində düşmən postlarını ləğv edib. Əraziyə nəzarət Azərbaycana qaytarılıb. Baş nazir Paşinyan isə növbəti məğlubiyyəti ört-basdır etmək üçün müdafiə nazirini qovub və onun yerinə özünə yaxın olan Suren Papikyanı gətirib. Azərbaycan hərbçilərinin uğurlu əməliyyatından bir sıra kütləvi infoirmasiya vasitələrində və sosial şəbəkələrdə Laçın dəhlizinin bağlandığına dair informasiyalar yayılıb.

Digər məlumatlarda isə Azərbaycanın tezliklə Laçın dəhlizində nəzarət-buraxılış və gömrük-keçid məntəqələri quracağı bildirilir. Bu məlumatlar hələlik rəsmən təsdiqlənməsə də, əraziyə nəzarətin Azərbaycan ordusuna keçməsi belə Gorus-Qafan yolunun Qubadlı rayonuna aid hissəsində olduğu kimi belə postların quraşdırılacağı qənaətini yaradır.

Yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən konfliktoloq Əvəz Həsənov hesab edir ki, baş verən hadisələr sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Azərbaycanın tarixi ərazilərini qaytarmasına kömək edə bilər. Ancaq indiki şəraitdə Laçın dəhlizini bağlamaq mümkün deyil:

“Azərbaycan müharibədən sonra sərhədlərin müəyyənləşdirilməsində çox maraqlıdır. Ona görə də sərhədlərin delimitasiyası və demarkasiyası prosesində fasilə vermək müharibənin nəticələrini öz xeyrinə təmin etmək baxımından Azərbaycan üçün əlverişli deyil. Sərhədlər müəyyənləşərsə, yekun sülh sazişində Ermənistan daha yumşaq mövqe tuta bilər. Söhbət ondan gedir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini nə zamansa imzalayacaq.

Belə bir sülh bu gün real görünməsə də, hansısa mərhələdə qaçılmaz olacaq. Bu, asan proses deyil. Ermənistan Azərbaycanı öz sərhədlərinə müdaxilə etməkdə şantaj edir. Amma Ermənistanı sülhə vadar etməyin bir yolu da sərhəd postlarını nəzarətə götürməkdir. Ermənilər özləri də başa düşür ki, sülh olmasa, onların özlərinin və Ermənistanın gələcəyi qeyri-müəyyən olacaq. Ancaq erməniləri narahat edən daha çox budur ki, Azərbaycan Rusiyanın vasitəçiliyini gözləmədən sərhəd postlarını özü müəyyən edir. Aydın görünür ki, həmin xəritələrin əldə olunmasında Rusiya Azərbaycana kömək edib. Prezident Putin də “Valday” Forumunda çıxışı zamanı dedi ki, sərhədlərlə bağlı xəritələr Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında var və tərəflər ona istinad edə bilər. Həmin xəritələr Azərbaycanın özündə də var. Amma Rusiya xəritə təklif etməklə sərhədlərin müəyyənləşməsinə dəstək verir. Görünür, Rusiya Prezidenti mesaj verir ki, siz prosesi başlayın, biz yardımçı olacağıq. Ermənistan da başa düşür ki, geriyə yol yoxdur və Rusiya da onlara sərhədlərin tanınmasında yol göstərir”.

Ekspertin fikrincə, Ermənistan bu prosesin başlanmasının astanasındadır:

“Rəsmi Bakı da Qarabağın Azərbaycanın tərkib hissəsi olması faktını Ermənistana tanıtdıracaq. Bundan sonra Ermənistanın manevr imkanları qalmır. Ermənistan da bundan sonra məcbur olub Qarabağ məsələsinin həllini beynəlxalq təşkilatların öhdəsinə buraxacaq. Ancaq Laçın dəhlizini bağlamaq indiki halda real deyil. Çünki Azərbaycan ərazini ermənlərə dəhliz kimi verib. Nə qədər ki, Rusiya sülhməramlı kontingenti oradadır, Laçın dəhlizini bağlamaqdan söhbət gedə bilməz. Ancaq həmin dəhlizə Azərbaycan və Rusiya əsgərləri birgə nəzarət edə bilər. Çünki Laçın dəhlizi Azərbaycanın ərazisidir. Dünyada belə təcrübələr var. Yəni gömrük-keçid məntəqələrinə nəzarəti həmin ölkənin özü edir, dəhlizə nəzarəti sülhməramlılar həyata keçirir. Dəhlizi bağlamaq mümkün olmasa da, Azərbaycan və Rusiya birlikdə gücləndirilmiş nəzarəti təmin edə bilər”.
26-10-2020, 10:30
Azərbaycan Ordusu Laçın rayonuna daxil olub
20-08-2021, 10:34
Ermənilər Laçın, Kəlbəcər, Şuşa və Tovuzu ATƏŞƏ TUTDULAR - Müdafiə Nazirliyi
29-09-2020, 11:22
Ermənistan ordusunun alayı darmadağın edilib - MN
17-07-2021, 10:01
Düşmən bütün sərhəd boyu atəşkəsi pozdu - RƏSMİ
24-08-2021, 14:19
Laçınlı polkovnik Laçın dəhlizinin BAĞLANMASINI TƏLƏB ETDİ - Rusiya və Ermənistan bütün razılaşmaları pozur...
17-07-2020, 13:04
Vaqif Dərgahlı: Erməni hərbçiləri pis döyüşdükləri qədər pis də saxtalıqlar yaradırlar
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı