Ziya Məmmədovun qohumu İnam Kərimovun SEVGİSİNİ NECƏ QAZANIB? - NƏ BAŞ VERİR?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 256
3 Kas 2021 | 12:45
Ziya Məmmədovun qohumu İnam Kərimovun SEVGİSİNİ NECƏ QAZANIB? - NƏ BAŞ VERİR?

capar.info : - Kənd Təsərrüfatı Nazirliyinin (KTN) “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru vəzifəsinə adı bir sıra korrupsiya və dələduzluq əməllərində hallanan Zamin Məmmədov adlı şəxsin təyin ediləcəyi ilk başdan yerli KİV-də TƏHLÜKƏLİ formada anons edildiyindən bir çox dairələrin diqqətini cəlb eti. Burada məsələ o deyildi ki, Zamin Məmmədov ölkənin sabiq baş nəqliyyatçısı Ziya Məmmədovun qohumlarından biridir, səbəb tamam fərqli idi...

DİA.AZ xatırladır ki, nəhayət gün yetişdi və Zamin Məmmədov kənd təsərrüfatı naziri İnam Kərimovun 1 iyun 2021-ci il tarixli əmri ilə artıq adıçıkilən qurumun direktoru vəzifəsində işə başladı. Nazirin bu təyinatı bir daha təsdiqlədi ki, KTN-də “islahatlar”, sadəcə, nazirin şəxsi maraqlarına uyğun qaydada həyata keçirilir.

Yerli KİV-də yer alan məlumatlara görə, yeni iş yerinə 10-KK-100 seriyalı son model “Land Rover” markalı avtomobili ilə gələn Zamin Məmmədov özü barəsində məmur yox, əsl oliqarx təəssüratı yaradıb.

Yeni direktor Beyləqandakı Dövlət Aqrar-İnkişaf Mərkəzinin (DAİM) binasında işçilərlə qısamüddətli söhbətdən sonra təcili Bakıya gedəcəyini və paytaxtda yeni tikdirdiyi obyektinin inşasını tamamlayıb geri qayıdacağını bildirib.

İddialara görə, “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasov ilk günlər Zamin Məmmədovun o vəzifəyə təyin olunmasına qarşı çıxsa da, indi mövqeyini 180 dərəcə dəyişərək, öz müavini Rövşən Əliyevi yeni direktorun “əmri”nə verib. Abbasovun bu “kəskin dönüşü”nün səbəbi isə onun və ətrafının Zamin Məmmədova “yağlı tikə” kimi baxması ilə əlaqələndirilir.

“Azəraqrar”ın dəhlizlərində dolaşan məlumatlarda o da iddia edilir ki, Zamin Məmmədov artıq Fəda Abbasov və ətrafı üçün onların xəyal belə edə bilməyəcəkləri səviyyədə təmtəraqlı məclislər təşkil edib.

Saytımıza verilən başqa bir məlumatda isə qeyd edilir ki, Zamin Məmmədovun “əsas adamı” sayılan Vaqif İsmayılov və onun çevrəsindəki şəxslər Mərkəzi Aran Regional İdarəsinin “gözdən uzaq, könüldən iraq” ərazilərində yerləşən münbit torpaqların siyahısını tutmağa başlayıblar. Bunda əsas məqsəd gələcəkdə dövlətin yüz hektarlarla torpaq sahələrini əkərək, yaxşı qazanc əldə etməkdir.

Məlumatda iddia edilir ki, Mərkəzi Aran Regional İdarəsinin münbit torpaqlarında gözü olan məmurlardan biri də Zamin Məmmədovun “əmri”nə verilən “Azəraqrar” direktorunun yeni müavini Rövşən Əliyevdir. Bu, həmin Rövşən Əliyevdir ki, uzun müddət işlədiyi İmişli Şəkər Zavodundan yol verdiyi ciddi nöqsanlara görə qovulub.

“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyində son vaxtlar gerçəkləşən bəzi təyinatlar isə qurumun yeni direktoru Fəda Abbasovun “ona pul qazandıra biləcək kadrları” yanına çəkdiyinə dair iddiaların ortaya çıxmasına yol açıb.

Mövzuya qayıdacağıq.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
29-07-2020, 09:32
Su problemi necə həll olunacaq? - İnam Kərimov açıqladı
3-02-2020, 13:28
Eks-nazirin adamı Qulam Ələkbərovun kürəkəni deputatlıq iddiasında
13-08-2021, 11:36
Nazir direktoru işdən çıxardı - Lənkərandakı meşə qalmaqalına görə
6-10-2021, 09:49
Nazir Şirzad Abdullayevə yeni vəzifə verdi - Onu isə direktor təyin etdi
8-09-2021, 11:44
İnam Kərimovun bu FERMERLƏRDƏN XƏBƏRİ YOXDUR? - Ağdamda ÖZBAŞINALIQ...
27-01-2021, 10:57
Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı