İrandan Ermənistana bitməyən dəstək: “Qafqaz dəhlizi”, yoxsa Zəngəzur? - GƏLİŞMƏ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 263
2 Kas 2021 | 23:58
İrandan Ermənistana bitməyən dəstək: “Qafqaz dəhlizi”, yoxsa Zəngəzur? - GƏLİŞMƏ

capar.info : - Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurini qəbul edib.

Adıçəkilən nazirliyin mətbuat xidmətindən verilən məlıumata görə, Sanosyan və Zohuri regiondakı vəziyyəti müzakirə ediblər. Eyni zamanda, səfir Zohuri Zəngəzur vilayətinin İran üçün çox önəmli olduğunu vurğulayıb.

“Yaxın vaxtlarda İran nümayəndə heyətləri regionda həyata keçirilən müxtəlif layihələrdə iştirak etmək üçün Zəngəzura səfər etməyi planlaşdırır” -Zohuri belə deyib.

Qnel Sanosyan, öz növbəsində, Zəngəzur vilayətinin infrastrukturunun inkişafının vacibliyini vurğulayaraq, bu kontekstdə regionda fəal yol tikintisi işlərinin aparıldığını qeyd edib.

“Tatev-Ağbənd yolunun tikintisi başa çatmaq üzrədir, Tatev-Ltsen hissəsinin tikintisi isə davam edir. Nazir həmçinin Qarakilsə-Qacaran və Qacaran-Əkərək yollarının tikintisinin strateji əhəmiyyətini vurğulayıb” - Sanoyan səfirə belə məlumat verib.

Görüş zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini, nəqliyyat və enerji infrastrukturu sahəsində birgə proqramların həyata keçirilməsini müzakirə ediblər” - məlumatda belə qeyd edilir.

Həmsöhbətlər Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də İranın Ermənistan vasitəsilə ittifaq bazarına daxil olması perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Həmçinin, Qnel Sanosyanın İran İslam Respublikasına gözlənilən səfərinin bəzi təfərrüatları müzakirə edilib. Bu səfər çərçivəsində bir sıra strateji əhəmiyyətli proqramların müzakirəsi planlaşdırılır.

Səfir Zohurinin erməni nazirlə apardığı müzakirələr göstərir ki, Azərbaycan və Türkiyə prezidentlərinin Füzuli hava limanının açılışını etməsi və Zəngəzur dəhlizinin avtomobil yolu hissəsinin təməlini qoyması Tehranda kifayət qədər narahatlıqla qarşılanıb.

Bu baxımdan, İran nümayəndə heyətinin Zəngəzurda infrastruktur layihələrinin inşası məqsədilə Ermənistana səfəri rəsmi Tehranın Azərbaycana və Türkiyəyə qarşı növbəti demarşı kimi qiymətləndirilə bilər. Yəni, İran Zəngəzur dəhlizinin açılmasını qəbul etmədiyini və bu layihənin qarşısını almaq üçün səylərini davam etdirəcəyinə dair mesaj verir.

Çünki Avrasiya nəqliyyat dəhlizinin işə düşməsi Türkiyənin və Rusiyanın regiondakı mövqelərini gücləndirə bilər. İran “3+3” regional əməkdaşlıq formatına dəvət edilsə də, Cənubi Qafqazdakı geosiyasi pay bölgüsündə Tehran kənarda qalır. Bölgədəki proseslər son bir ildə Türkiyə-Rusiya tandemi müstəvisində həll olunur. Zəngəzur dəhlizinin açılması Ermənistanla Azərbaycan sülhün əldə olunması, Türkiyə ilə sərhədlərin açılmasına gətirib çıxaracaq. Bu da öz növbəsində, Ermənistan üzərində Türkiyənin təsirinin artması deməkdir. Çünki nəqliyyat və kommunikasiyaların açılması Türkiyənin Ermənistan bazarından İranı sıxışdırıb çıxartmasına səbəb ola bilər. İranın Cənubi Qafqazda əsas regional dayağı olan Ermənistanı itirməsi bölgədə geosiyasi mövqelərini xeyli zəiflədəcək.

İranın Cənubi Qafqazdan öz sərhədləri daxilinə çəkilməsində Rusiya da maraqlıdır. Səbəb İranın “Qafqaz dəhlizi” layihəsinin Rusiyanın maraqlarına cavab verməməsidir. İran Zəngəzur dəhlizini özünün “Qafqaz dəhlizi” adlanan nəqliyyat və kommunikasiya layihəsinə maneə hesab edir.

Qeyd edək ki, həmin təklif yüklərin Ermənistan ərazisindən keçməklə Fars körfəzindən Qara dənizə, oradan da Bolqarıstana və Yunanıstana çatdırılmasını nəzərdə tutur. Bununla da Tehran “3+2” formatını, yəni İran-Ermənistan-Gürcüstan-Bolqarıstan-Yunanıstan platformaslını reallaşdırmağa çalışır. Ona görə də səfir Zohurinin nazir Sanosyanla danışıqlarda Zəngəzur vilayətinin İran üçün çox əhəmiyyətli olduğunu vurğulaması rəsmi Tehranın Ermənistana təzyiqi kimi başa düşülə bilər.

İran Ankaranın təklif etdiyi “3+3” fortmatına maraq göstərmir və daha çox “3+2” variantına üstünlük verir. Bu baxımdan, hazırda Azərbaycanın daxil oldmaq istədiyi “Altılıq” platforması əvəzinə “Beşlik” formulu barədə danışmaq daha real görünür. Gürcüstanın da bu regional əməkdaşlıq prosesində yeri tam müəyyənləşmədiyindən hələlik “4+1” formatından danışmaq olar. Yəni Gürcüstan nə əməkdaşlıqdan kənarda qalmaq, nə Rusiya ilə birbaşa nəqliyyat-kommunikasiya əlaqəsi qurmaq istəyir.

Gürcüstan bu prosesdə Rusiya ilə ikitərəfli nəqliyyat-ticarət münasibətləri olmayan tranzit ölkə kimi yer almaqda maraqlı görünür.
İranın isə Ermənistan ərazisindən yüksək dağlıq ərazilərdə yol infrastruktur layihələrini reallaşdırması üçün lazım olan maliyyə vəsaiti yoxdur. Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan oktyabrın 29-da İranın şəhərsalma və yollar naziri Rüstəm Qasemi ilə görüşündə də bu məsələni müzakirə edib.

Alternativ Qorus-Qafan yolunun inşası ilə bağlı işlərin yekunlaşmaq üzrə olduğunu bildirən Tumanyan, Ermənistanda 2022-ci ildə başlanacaq böyük yol tikintisi proqramının olduğunu vurğulayıb. O, İran şirkətlərinin bu proqramda iştirak imkanının vacibliyini qeyd edib. Səbəb isə aydındır. İranın təklif etdiyi layihəni həyata keçirməsi üçün Ermənistanın maddi imkanları çox zəifdir. Tehran isə şirnikləndirici vədlər verməklə Ermənistanı “3+3” formatından kənarda saxlamağa çalışır.

Bununla da İran Türkiyəni və Azərbaycanı regional nəqliyyat-kommunikasiya layihələrindən təcrid etməyi qarşıya məqsəd qoyur. Qeyd edək ki, İranın bu siyasəti Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə həyata keçirdiyi yükdaşımalara zərbə vurur. İranın Rusiya ilə ticarət dövriyyəsinin 70 faizi Azərbaycan ərazisindən daşınır. Ona görə də son zamanlar İranın bölgədə təşəbbüsü təkbaşına ələ almaq və Cənubi Qafqazda əsas tədarükçü olmaq iddiasına düşməsi Rusiya ilə münasibətlərin “soyuması”na səbəb olub.

Ermənistana bu məsələdə İranla müqayisədə Rusiyanın və Qərbin təsiri daha çox olduğundan Paşinyan hökumətinin son mərhələdə Zəngəzur dəhlizinə üstünlük verəcəyi şübhə doğurmur. Çünki Zəngəzur dəhlizi reallaşmadan bölgədə sülhü təmin etmək mümkün ola bilməz. Sərhədlər və nəqliyyat-kommunikasiya əlaqələri açılmadan Avropa Birliyinin Ermənistana ayırdığı 2,6 milyard avro ünvanlı şəkildə xərclənə bilməz. Ona görə də Paşinyan iqtidarı sülh platformasını qəbul etməli olacaq. Gürcüstana isə ABŞ, NATO və Avropa Birliyinin təsir imkanları yüksəkdir. Bu səbəbdən İranın müəllifi olduğu layihədə əsas yer almasına Qərbin razılıq verəcəyi inandırıcı görünmür.
Cebhe.info
26-10-2021, 16:04
İran bölgədəki reallığı qəbul etmir: Tehranın gizli niyyəti - GƏLİŞMƏ
9-08-2021, 11:43
ABŞ-ın Ermənistan səfiri faşist Njdenin Tatev məbədindəki otağını ziyarət etdi?.. - FOTOLAR
1-06-2021, 09:52
Zəngəzur dəhlizi: Regionda sülhün və inkişafın əsas lokomotivi
28-10-2020, 10:53
İranın Azərbaycandakı səfiri Azərbaycan Mətbuat Şurasında olub
8-07-2021, 10:41
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi davam edir
29-10-2021, 09:27
Rusiya tərəfi Naxçıvanla əlaqəni təmin edəcək yolu ilk dəfə “Zəngəzur dəhlizi” adlandırdı
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı