Paşinyan niyə Saakaşvili ola bilmədi? - TƏHLİL
Gündəm / Siyasət / Hadisə
Oxunub: 281
30 Ekm 2021 | 19:42
Paşinyan niyə Saakaşvili ola bilmədi? - TƏHLİL

capar.info : - “Əliyev Düşənbədə onunla bir neçə kəlmə danışan kimi, dərhal kiminlə işi olacağını anladı...”. Bunu hərbi ekspert Karen Vrtanesyan İrəvanda müxalifyönlü siyasi qüvvələrin və ekspertlərin təşkil etdikləri “İtirilmiş qələbə; satqınlıq, yoxsa savadsızlıq” adlı konfransda çıxışı zamanı Nikol Paşinyan barədə deyib.

Əslində, Ermənistanda bu cür düşünənlər az deyil və müharibə zamanı Baş nazirin Azərbaycan Prezidenti ilə müqayisə olunmayacaq qədər zəif, səriştəsiz və savadsız təsir bağışladığını hər kəs gördü. Elə indi də müxalifətin Paşinyana qarşı istifadə etdiyi əsas silah müharibədəki rüsvayçı məğlubiyyət və Baş nazirin savaşdan öncəki və savaş günlərindəki səhv qərarları, açıqlamaları, davranışlarıdır...

Hələ də erməni müxalifətinin Paşinyana tutduğu iradlardan biri, bir dəfə də olsun İlham Əliyevin Ermənistanın və şəxsən onun ünvanına söylədiyi sərt fikirlərə adekvat cavab verməməsidir. Əslində isə bu, o deməkdir ki, Paşinyan artıq koçaryanlardan sarqsyanlardan və digər bu tipli məxluqlardan daha ağıllı və adekvatdır, necə deyərlər, “ayağını yorğanına görə uzadır”.

Azərbaycanla ultimatum, təhdid, təzyiq dilində danışmağın Ermənistanın “başı üçün olmadığını” anlayır. Elə uzun illər ordunun gücü, Rusiyanın, Fransanın, ABŞ-ın, diasporanın və s. dəstəyi barədə nağıllardan, eləcə də Koçaryanın, Sarqsyanın, Ohanyanın özündən razı, yekəbaş üslubundan “qaza gələrək”, başından böyük danışmağın, Şuşada atlanıb-düşməyin yaxşı heç nə vəd etmədiyini necə dəyərlər, öz dərisində hiss edib...

Ancaq Paşinyan Əliyevə cavab verməyə cəsarət etməsə də, müxalifətin cavabını artıqlaması ilə verir. Bəzən onların liderlərini ələ salmaqdan belə çəkinmir. Qorxmadığı, geri çəkilmək fikrində olmadığını hər imkanda ortaya qoyur.

Bu da təsadüfi deyil, o, 10 noyabr kapitulyasiyasına imza atandan sonra qaçıb gizləndiyi günlərdə “cəhənnəmin dibini” görüb qayıtmış adamdır, artıq onu müxalifətin parlamentdəki qalmaqallı çıxışları, təhqirləri, təhdidləri ilə qorxutmaq mümkün deyil.

Həm də unudulmamalıdır ki, axı, o da həyasızlıq, abırsızlıq, qıp-qırmızı yalan danışmaq, lazım gələndə “xoruzlanmaq”, lazım olanda isə yaltaqlanmaq və s. kimi xislətlərinə görə heç bir digər həmvətənindən, erməni liderindən geri qalmır. Elə parlamentdəki son çıxışında onlara “kapitulyant da sizsiniz, satqın da sizsiniz” deyə cavab verməsi də bunu təsdiqləyir.

Növbədənkənar seçkidən xeyli vaxt keçsə də, çoxları üçün bir sual hələ də açıq qalır ki, nədən ermənilər milli faciələrinə çevrilmiş məğlubiyyətə, böyük sayda itkilərə, geniş miqyas alan köçə, sosial və iqtisadi durumlarının daha da ağırlaşmasına baxmayaraq, yenə Paşinyanın ətəyindən yapışdılar. Bunu hərə bir cür izah edir və ən çox da səbəb olaraq Paşinyanın qarşısına ciddi rəqib çıxarılmamasını və hazırda müxalifətdə olan əvvəlki hakimiyyətə uzun illərdən bəri yığılıb qalan nifrəti göstərirlər. Təbii ki, bunlar real dəyərləndirmələrdir.

Lakin Paşinyanın qarşısına nüfuzlu rəqibin çıxarılmaması ilk növbədə ondan xəbər verir ki, Ermənistanda sadəcə, belə bir lider, şəxsiyyət yoxdur. Olsaydı, üzə çıxardı, onu üzə çıxarardılar, çünki müharibədən məğlub çıxan Paşinyanı devirmək üçün həmin növbədənkənar parlament seçkisindən gözəl şans ola bilməzdi.

Əvvəlki hakimiyyətə nifrətə gəlincə, əgər ermənilər Paşinyana nifrət etsəydilər, onun birmənalı olaraq getməsini istəsəydilər, hər nə qədər Koçaryandan, Sarqsyandan zəhlələri getsə də onları qoyub, Paşinyana səs verməzdilər, “kim olursa olsun, bircə kapitulyant olmasın” deyərdilər. Ancaq olmadı, hansısa ikinci, üçüncü qüvvəni yox, yenə də Paşinyanı seçdilər.

Deməli, səbəb təkcə əvvəlkilərə olan nifrət və Paşinyanın ciddi alternativinin olmaması deyil. Əsl səbəb ermənilərin məhz Paşinyanın dövründə azadlığın nə demək olduğunu az-çox hiss etmələridir.

Paşinyan 30 ilə yaxın quldur, oğru, korrupsioner klanın hakimiyyəti altında yaşayan, Qarabağ bəhanəsindən bezən erməni toplumuna hər nə qədər “sorosçu”-filan olsa da, müəyyən azadlıqlar, açılım, az-çox müstəqil məhkəmələr, siyasi azadlıqlar, polemika, rəqabət mühiti və s. gətirə bildi. Və bu, cəmiyyət olaraq, ermənilərin əhvalını xeyli yüksəltdi. Hətta müharibədəki faciəvi məğlubiyyət də bu əhvalı tam mənada, bütünlükdə korlaya bilmədi.

Müharibədən bir neçə ay sonra İrəvana səfər edən Rusiyada yaşayan erməni bloqer öz səhifəsində İrəvan gecələrinə aid videolar paylaşaraq, onları şərh etmişdi. Həmin bloqer müharibənin gətirdiyi faciələrə baxmayaraq, İrəvan restoranlarının, gecə klublarının, əyləncə məkanlarının aşıb-daşdığını və isanların üzündə sevinc, rahatlıq işartıları gördüyünü bildirirdi. Və bunu onların “azadlığın dadını çıxarmaları” ilə izah edirdi.

Bu yanaşma bir qədər şişirdilmiş olsa da, hər halda həqiqətə yaxındır. Doğrudan da Paşinyanın əsas üstünlüyü ondadır ki, ermənilərə hər nə qədər faciə, məğlubiyyət gətirsə də, ondan öncə az-çox azadlıq və şəffaflıq gətirmişdi. Və seçki də göstərdi ki, ermənilər hərbi canilərin- Koçaryan-Sarqsyan dövrünün boyunduruğunu heç bir halda öz üzərlərində bir daha sınamaq istəmirlər...

Çoxları hesab edirlər ki, Paşinyan hələ də əvvəkli hakimiyyətə olan nifrətin yaratdığı mühitin kefini çəkir. Ancaq bu da çox davam etməyə bilər. Çünki Paşinyan şəxsiyyət, siyasətçi, dövlət başçısı olaraq yarımçıq olduğu kimi, demokrat kimi də yarımçıqdır. Onun azadlığı, islahatları, yenilikləri və s. də özü kimi yarımçıq və belə demək mümkünsə, şikəstdir.

Bu səbəbdən o, məsələn Gürcüstan üçün Mixeil Saakaşvilinin oynadığı tarixi rolu Ermənistan üçün oynaya bilmədi və böyük ehtimalla bilməyəcək də. Bunun üçün lazım olan göstəricilər onda sadəcə, yoxdur. Ona görə də erməni tarixində ziddiyyətli fiqur kimi qalacaq – kimlər üçünsə satqın və kapitulyant, kimlər üçünsə islahatçı və demokrat kimi...

“AzPolitika.info”
30-12-2018, 16:11
Elçin Mirzəbəyli: Nikol Paşinyanın Rusiyaya səfərinin nəticələrini onun növbəti uğursuzluğu kimi qiymətləndirmək olar
24-11-2020, 11:40
Azərbaycan Prezidenti: “Paşinyan mənim sözümə qulaq assaydı, indi belə rəzil durumda olmazdı”
2-03-2021, 10:32
Nikol Paşinyan konstitusiyaya dəyişiklik təşəbbüsü irəli sürəcəyini bildirib
14-08-2020, 16:22
Paşinyan BBC-nin efirində pis vəziyyətə düşüb
19-10-2020, 10:53
Əliyev şərtini açıq dedi, Paşinyan isə... - Moskalenko
8-12-2018, 14:27
Lukaşenko Paşinyanı itələdi - VİDEO
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı