Sərhəd məsələsində hansı xəritədən istifadə olunacaq? – Bakı susur
capar.info : - Azərbaycan və Ermənistan arasında sərhədlərin delmitasiya və demarkasiyası prosesinin nə zaman başlayacağı sual altındadır. Azərbaycanda bununla bağlı hər hansı bir geniş müzakirələr aparılmasa da, Ermənistanda bütün təbəqələr mövzu ətrafdında gərgin müzbarizə içindədir.
Rusların təklif etdiyi xəritə, Bakı susur
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Azərbaycan və Ermənistan arasındakı sərhədlərin müəyyən edilməsi məqsədi ilə onlarda xəritələr var. Onun sözlərinə görə, həmin xəritələr SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahı tərəfindən tərtib edilib və hazırda arxivdə saxlanılır.
JAMAZ.İNFO xəbər verir ki, ilkin məlumatlara görə, sərhədlərin müəyyən edilməsi üçün Rusiyanın təklif etdiyi xəritə 1920-ci illərə aiddir. Həmin xəritədə isə hansı ərazilərin kimə məxsus olmasının dəqiq detalları qeyd olunub. Moskva bildirib ki, əgər tərəflər bu xəritələr əsasında yola çıxarlarsa, müəyyən güzəştlərə ehtiyac yaranacaq.
Rəsmi Bakı bu xəritələrin konkret olaraq nədən ibarət olduğu barədə hər hansı bir açıqlama vermir. Azərbaycan tərəfi ümumiyyətlə, mövzu ilə bağlı geniş müzakirələr təşkil də etmir. İrəvan tərəfi isə bəyan edir ki, Rusiyanın təklif etdiyi xəritə Ermənistanın faktiki sərhədləri ilə 99 faiz üst-üstə düşür.
“20-ci illərin xəritəsi maraqlarımıza cavab verir”
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qrioqoryan deyir ki, iki ölkə arasında demarkasiya və delimitasiya prosesinin başlanğıc nöqtəsi hesab edilən sovet xəritələri ilə bağlı heç bir dəqiq məlumat yoxdur.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan SSR arasında sərhədlərin müəyyənləşdirilməsi prosesləri məhz 1920-ci illərdən başlayıb. Qriqoryan bildirib ki, sonradan bütün digər xəritələr həmin illərin məlumatları nəzərə alınmaqla tərtib edilib. “Hazırda əlimizdə hər hansı bir xəritə yoxdur. Üçtərəfli işçi qrupu prosesin necə və haradanb başlanmasına dair müzakirələr aparır”.
İrəvan rəsmisi hesab edir ki, 1920-ci illərin xəritələri onlarım maraqlarını təmin edir. “Ermənistan əvvəllər dəfələrlə bəyan etdiyi kimi, demarkasiya və delimitasiya prosesinə hazırdır və Azərbaycan tərəfdən müsbət siqnallar gözləyir”.
“Azərbaycandan torpaqlarımızı tələb etməliyik”
Qarabağda qondarma “müdafiə ordusu”nun rəhbəri olmuş, hazırda Ermənistan Liberal Partiyasının sədri Samvel Babayan isə Azərbaycandan əlavə torpaqların alınmasının tərəfdarıdır. Onun sözlərinə görə, Ermənistanın ərazisi 31200 kvadrat kilometr olub, hazırda isə 29800 kv.km-dir. “Biz danışıqlarda 1928-1929—cu illərin xəritəsini önə çəkməliyik. Çünki həmin xəritəyə əsasən Ermənistanın ərazisi 31200 kvadrat kilometr olub. Hazırda 1400 kv.km itkimiz var. Onu Azərbaycandan geri almalıyıq”.
Babayan bir qədər də irəli gedərək iddia edib ki, hazırda 1940 və 1974-cü ilin xəritələri də var. “Həmin xəritələrdə qeyd olunan bəzi əraziləri bir türklərə qoyun otarmaq üçün vermişik. Onlar da gedib bunu sənədləşdirib, öz adalarına ediblər. İndi deyək ki, bu torpaqlar onlarındır?
O jurnalistin “uduzan tərəf bizik, güzəştə getməliyik” sualına cavab olaraq deyib ki, belə bir şey yoxdur. “Biz uduzmamışıq. Paşinyan və ya bir digəri uduza bilər, amma xalq uduzmayıb”.
Separatçilarin nümayəndəsi daha sonra bir iddia ilə də çıxış edib. O deyib ki, guya, 1992-ci ilə qədər Azərbaycan Ermənistandan çoxlu torpaq sahələri alıb. “1992-ci ildək Azərbaycan Ermənistanın İcevan və Noyemberyan rayonlarından böyük ərazilər alıb. Onları tələb etmək lazımdır”.
“Paşinyan heç bir sənədə imza atmayacaq”
Samvel Babayan deyib ki, Nikol Paşinyana vaxt lazımdır. Ona görə də, Ermənistanın baş naziri yaxın zamanlarda heç bir sənədə imza atmayacaq. “Paşinyan həmin sənədlərə o zaman imza atacaq ki, buna ehtiyacı yaranacaq. Demarkasiya-delmitasiya prosesi 10-20 il uzanacaq. Hazırda ortada heç bir sənəd yoxdur. Olmayan sənədə necə imza atacaq? Sioz deyirsiz ki, noyabrın 9-da hansısa sənəd imzalanacaq. Həmin vaxta çox qalmayıb. Özünüz hər şeyi görəcəksiz”.
26-05-2021, 10:04
Ermənilər sərhədlərlə bağlı vəziyyəti bilərəkdən gərginləşdirirlər - Deputat
26-10-2021, 15:57
Bakı-İrəvan razılaşması: Mitinq sülh sazişini əngəlləyəcək? - TƏHLİL
19-05-2021, 09:56
Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib
27-10-2021, 10:29
Rusiya Qarabağ vasitəçilərinə “yox” dedi: Bakı nə edəcək? - GƏLİŞMƏ
18-09-2021, 13:49
Ermənilər hələ də burcudur, qərara gələ bilmirlər - NƏ ETMƏLİ?
25-06-2020, 11:42
"Azərbaycanla sərhədlərin mühafizəsi məsələsində heç bir problem yoxdur"
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı