Ərdoğanın Füzuli səfəri kimə mesajdır? - Artıq “top” Ermənistandadır
capar.info : - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan rayonlarına səfəri geostrateji əhəmiyyətə malik hadisədir.
Çüni sözügedən səfər həm Azərbaycanın, həm də Türkiyənin regiondakı mövqelərini gücləndirəcək. Artıq dövlət başçıları bu prosesi təmin edəcək konkret addımları da atdı.
İlk növbədə, Cənab Ərdoğanın təyyarə ilə birbaşa Füzuliyə gəlişi İkinci Qarabağ müharibəsindən sonra geosiyasi qüvvələr nisbətinin Türkiyənin xeyrinə dəyişdiyini göstərir.
Bu baxımdan, Türkiyə Prezidentinin səfəri bölgədə marağı olan dövlətlərə ciddi mesajları özündə ehtiva edir. Təbii ki, bu ismarıclar başlıca olaraq Ermənistana, Rusiyaya və İrana yönəlib. Məhz Prezident Ərdoğan işğaldan azad olunmuş ərazilərə gəlməklə Ermənistana həm də Şuşa Bəyannaməsini xatırladır. Yəni, Ermənistan Qarabağa və ətraf rayonlara ərazi iddiasından əl çəkməsə, qarşısında Türkiyəni görəcək. Bu isə nəinki Qarabağda qalan azsaylı erməninin əbədi olaraq bölgəni tərk etməsi, hətta müharibənin Ermənistan ərazisinə keçməsi ilə nəticələnə bilər.
Türkiyə Prezidentinin Zəngəzurun coğrafi baxımdan giriş qapısına qədər getməsi yalnız nəqliyyat və kommunikasiya dəhlizinin qurulması ilə bağlı deyil, eyni zamanda xəbərdarlıq mesajı idi. Rəcəb Tayyib Ərdoğan “Əgər Ermənistan Azərbaycana qarşı xoş məram nümayiş etdirərsə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına maneə qalmayacaq”, - deməklə bu fikri düşmən tərəfə çatdırmış oldu.
Bu ismarıc, eyni zamanda Ermənistanın işğalçılıq siyasətinə dəstək verən Rusiyaya və İrana da ünvanlanıb. Prezident Ərdoğan artıq geosiyasi konfiqurasiyanın dəyişdiyini, işğal faktının aradan qalxdığını və bölgədə Türkiyə amilinin nəzərə alınmalı olduğunu nümayiş etdirdi. 44 günlıük müharibənin başa çatmasından sonra Rusiyanın strategiyası yeganə güc mərkəzi bölgəyə nəzarəti əldə saxlamaqdan ibarət olub.
Lakin ABŞ-ın və Avropa Birliyinin Ermənistan-Azərbaycan münasibətlərində, o cümlədən sülhyaratma prosesində iştirak cəhdlərini artırması Rusiyanı Türkiyə ilə daha da yaxınlaşmağa vadar etdi. Hazırda Rusiya-Türkiyə tandemi Qərbin fəallığına qarşı yeganə alternativ geosiyasi güc mərkəzi hesab edilir.
Ona görə də Ərdoğanın Prezident Putinlə Soçi görüşündən sonra baş tutan səfəri Qarabağda sülhməramlı qüvvə yerləşdirmiş Rusiya ilə geosyasi mövqelərin balanslaşdırılmasından xəbər verir. Bu isə həm Qarabağda və ətraf bölgələrdə, həm də sülhyaratma prosesində Türkiyənin rolunu artıra bilər.
Prezident Ərdoğanın Füzuli və Zəngilana səfəri zamanı həmçinin, İrana yönəlik sətiraltı mesajlar vermiş oldu. Rəsmi Tehranın Azərbaycana qarşı təxribatçı davranışlarından sonra Rəcəb Tayyib Ərdoğanın Xudafərin dəhlizinə və Araz Ovalığı İqtisadi rayonuna gəlməsi aşağıdakı anlama gəlir:
-İran postmünaqişə dövrünün yeni reallıqları ilə barışmalıdır və Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq ona müdaxilə sayılacaq istənilən hərəkətdən çəkinməlidir.
-Bu bölgə Türkiyənin təsir zonasıdır və İran bu faktla barışmalıdır.
Türkiyə Prezidenti Horadiz-Zəngilan-Cəbrayıl-Ağbənd avtomobil yolunun təməlini qoymaqla, yəni Zəngəzur dəhlizinin açıldığını elan etməklə faktiki olaraq, “topu” Ermənistan hakimiyyətinə ötürmüş oldu.
Rəsmi İrəvanın bu layihədən imtina etməsi artıq yeni regional tranzit dəhlizinə qarşı çıxması deməkdir. Bu isə Ermənistana qarşı beynəlxalq təzyiqləri artıra bilər. İkincisi, Ermənistan əvvəllər Zəngəzur dəhlizindən yalnız dəmiryolu xəttinin keçməsini təklif edib. Lakin Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli komissiyasının oktyabrın 20-21-də Moskvada keçirilən iclasında avtomobil yolunun açılması məsələləri müzakirə edilib. Azərbaycan və Türkiyə prezidentlərinin Zəngəzurdan keçəcək avtomobil yolunun təməlini qoyması bu məsələdə razılığa gəlindiyinə dair ehtimalı artırır. Ən azı, Ermənistanı bu yöndə tələsdirmək üçün öhdəlik yaradır.
Qeyd edək ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasının ilk şərti kimi Zəngəzur dəhlizinin açılması şərtini irəli sürür. Artıq bu prosesin başlanması sülh sazişinin imzalanması istiqamətində əsas tələblərdən birinin yerinə yetirilməsi deməkdir. Artıq “top” Ermənistandadır. Rəsmi İrəvanın “yox” cavabı verməsi sülh prosesini pozması kimi qiymətləndirləcək.
Zəngəzur vasitəsilə Naxçıvanı Azərbaycanın qərb hissəi ilə briləşdirəcək tranzit yolun işə düşməsi Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşması deməkdir. Bu dəhlizə nəzarət uğrunda həm Rusiya, həm də Türkiyə mübarizə aparır. 2020-ci il 10 noyabr Bəyanatına görə, Moskvada Şimal-Cənub dəhlizi adlandırılanı bu yolun təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirməlidir.
Ona görə də Rusiya bu dəhlizə regionda geosiyasi üstünlüyünü təmin etmək vasitəsi kimi baxır. Türkiyə isə Şərq-Qərb dəhlizinə nəzarət etməklə Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış əldə etməyə çalışır.
Yəni Zəngəzur dəhlizi Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi və geoiqtisadi mövqelərini möhkəmlətmək baxımından, Türkiyə üçün strateji əhəmiyyət daşıyır.
Ona görə də Prezident Ərdoğan məhz Zəngilana gələrək sözügedən layihənin təməlini qoymaqla Türkiyənin bölgədə Zəngəzur dəhlizinə nəzarət edə biləcək əsas güc mərkəzi olduğu mesajını verdi.
Bu həm də Zəngəzur dəhlizinin reallaşmasına mane olmağa çalışan İrana bir cavabdır. Belə ki, Zəngəzur dəhlizinin açılması və Ermənistanın bu prosesə qoşulması İranın Fars körfəzindən Qara dənizədək nəqliyyat dəhlizi yaratmaq təklifinin sıradan çıxması deməkdir. Proseslər belə inkişaf edərsə, İran “3+3” formatına qoşulmaqla öz siyasətini Azərbaycanın və Türkiyənin yaratdığı yeni geosiyasi reallığa uyğun formalaşdırmağa məcbur ola bilər.
Türkiyə Prezidentinin Füzuliyə və Zəngilana səfəri zamanı diqqət çəkən mühüm məqamlardan biri onun Şuşa, Kəlbəcər və Laçında türk şirkətləri tərəfindən yolların inşa edilməsi ilə maraqlanmasıdır. Bu isə Türkiyə Prezidentinin səfərinin Füzuli və Zəngilanla yekunlaşmayacağı anlamına gəlir. Əhmədbəyli-Füzuli-Şuşa yolu, həmçinin Toğanalı-Kəlbəcər, Kəlbəcər-Laçın yolları və tunellərinin açılışında Prezident Ərdoğanın iştirak etməsi həm Qarabağda, həm də Şərqi Zəngəzurda Türkiyənin geosiyasi təsir dairəsinin artmasında maraqlı olduğunu göstərir.
Cebhe.info
16-06-2021, 12:51
Ərdoğanın Şuşa səfəri - Ermənistanın havadarlarına açıq mesaj - Deputatlar
9-07-2021, 11:05
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Füzuli və Şuşaya səfəri başlayıb
8-12-2020, 15:43
Ərdoğanın Bakı səfərinin təfərrüatları açıqlanıb
27-10-2021, 10:59
İrəvan Bakının şərtini qəbul etdi: Əliyevlə Ərdoğanın mesajı - TƏHLİL
17-06-2021, 10:39
Şuşa Bəyannaməsi - Başqa xülyalara düşməyə çalışan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər
24-05-2021, 14:38
Ərdoğanın Azərbaycana nə vaxt gələcəyi AÇIQLANDI
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı