YAP bu deputatlarla yollarını ayıracaq.... - Hakim partiya parlament vitrinini yeniləyir

capar.info : - VI çağırış Azərbaycan Parlamentinin fəaliyyətə başlamasından iki ilə yaxın zaman ötür. 2020-ci ilin fevral ayında baş tutan növbədənkənar parlament seçkilərindən sonra dəfələrlə ali qanunverici orqanın buraxılacağı, yenidən formalaşdırılacağı ilə bağlı müzakirələr gündəmə gəlsə də, öz təsdiqini tapmadı. İddialara görə, hakim komanda tədricən dəyişmək yolunu tutub və bu özünü son parlament seçkilərində də aydın göstərdi. Seçkilər öncəsi parlamentin əsasən yeni simalardan ibarət tərkibdə formalaşacağı ehtimal olunsa da, bu baş vermədi. Yalnız 41 yeni deputat ilk dəfə olaraq yolunu ali qanunverici orqandan saldı. Digərləri isə uzun müddət deputat təcrübəsi olan şəxslər idi.
Hokm.az-a daxil olan məlumata görə, yenidən parlament seçkilərinin keçirilməsi ilə bağlı qəti qərar olmasa da, artıq hakim partiyada gələcək deputatlığa namizədlərin hazırlığı prosesinə başlanılıb. Nəzərə alanda ki, Milli Məclisin üzvlərinin yarıdan çoxu hakim partiyanı təmsil edir, bu mənada Yeni Azərbaycan Partiyasının (YAP) parlament vitrinini yeniləmək istiqamətində fəaliyyəti diqqətdən yayına bilməz.
Daxil olan məlumata görə, partiyanın yeni rəhbərliyi hazırki YAP-çı deputatların fəaliyyətindən narazıdır və növbəti seçkilərdə onların əhəmiyyətli hissəsini yeniləmək niyyətindədir. Uzun müddətdir YAP rəhbərliyində təmsil olunan şəxslərin partiyanın siyasi rəhbərliyindən uzaqlaşdırılması, partiyanın rəhbər seçkili orqanlarına seçilməməsi də gələcək seçki hazırlığının tərkib hissəsidir.
Düzdür, iddia oluna bilər ki, son növbədənkənar qurultaydan sonra YAP-ın Mərkəzi Aparatında və yerli təşkilatlarının rəhbərliyində çalışan şəxslərin icra və qanunverici orqanlarda təmsilçiliyi faktiki olaraq qadağan edilib. Və məhz bu səbəbdən onları deputat olduqlarına görə, partiya rəhbərliyindən uzaqlaşdırıblar. Lakin mənbəmiz bütün hallarda xeyli YAP-çı deputatın bu dəfə parlament siyahısından kənarda qalacaqlarını söyləyir. Qaynağımızın bildirdiyinə görə, onların deputat kimi ömrü növbəti seçkilərə, maksimum 2025-ci ilin fevral ayına qədər davam edəcək.
Partiya rəhbərliyinin fəaliyyətindən narazı qaldığı və növbəti dəfə namizədliyi irəli sürülməyəcək YAP-çı deputatların siyahısı:
İsa Həbibbəyli
Aydın Hüseynov
Siyavuş Novruzov
Hikmət Məmmədov
Məlahət İbrahimqızı
Sədaqət Vəliyeva
Oqtay Əsədov
Naqif Həmzəyev
İlham Məmmədov
Aydın Mirzəzadə
Əhliman Əmiraslanov
İqbal Məmmədov
Anar İsgəndərov
Elman Nəsirov
Şahin İsmayılov
Ramil Həsən
Ağalar Vəliyev
Nizami Cəfərov
Bəxtiyar Sadıqov
Aqiyə Naxçıvanlı
Kamilə Əliyeva
Elman Məmmədov
İmamverdi İsmayılov
Mahir Abbaszadə
HOKM.AZ
9-12-2018, 13:49
YAP: Gündəmdə növbədənkənar parlament seçkisi məsələsi yoxdur
30-01-2020, 13:12
Deputatlığa namizədliyini geri götürənlərin sayı 302 nəfərə çatıb
27-01-2020, 13:57
Parlament seçkilərində namizədlərin sayı məlum oldu - Ən çox namizəd hansı dairədəndir?
4-08-2021, 16:13
Xanbabayev Səlimovu NECƏ YETİŞDİRDİ... - Məhsul ortadadır...
4-02-2020, 12:13
Oqtay Əsədov xalqa "yuxarıdan aşağı baxır?" yoxsa əhaliyə deməyə sözü yoxdur?
11-06-2020, 16:08
İlk dəfə Milli Məclisdə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirilib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı