Özünü doğramaq istəyən həkimdən AÇIQLAMA - "Məni Maştağaya yerləşdirmək istədilər"
capar.info : - Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 4 ildən çoxdur ki, Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri ilə işçilər arasında insident yaşanır.
Bu gün isə İnstitutun həkimi Aynur Əsədli sözügedən labaratoriyanın şöbə müdiri Nuriyyə Səlimovanın özbaşınalıqlarından və böhtanlarından bezdiyi üçün özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə müdaxilə ediblər.
Bizim.Media-ya olayla bağlı danışan Aynur Əsədli Nuriyyə Səlimovanın onun haqqında rəhbərliyə qərəzli məlumat verdiyini iddia edib:
"Oktyabrın 16-da Nuriyyə Səlimova rəhbərliyə təqdimat yazıb ki, guya mən reaktivləri yararsız olan soyuducudan başqa bir soyuducuya keçirmişəm. Bununla bağlı videogörüntü də var və sosial şəbəkələrdə paylaşılıb. Labaratoriyalarda mövcud olan tibbi avadanlıqlara və vasitələrə, reaktivlərə mən cavabdeh deyiləm. Buna baxmayaraq təqdimat yazılıb və məndən növbəti dəfə izahat tələb olunub. Bu qədər böhtan, şər olmaz axı...Üstəlik 6 işçinin aktı var ki, bu məsələdə mənim heç bir günahım yoxdur. İlk hadisə deyil, dəfələrlə bu böhtanlarla qarşılaşmışam. Psixi gərginlik keçirdim və intihar həddinə çatdım. Olayla bağlı hüquq mühafizə orqanlarına məlumat verilib və iş Nizami Rayon Prokurorluğuna verilib".
Aynur Əsədlinin sözlərinə görə olaydan sonra ona psixiatrik briqada göndərilib və 1 saylı Respublika Psixiatriya xəstəxanasına (Maştağa) yerləşdirilməsi cəhdi olub:
"Bu şəkildə təzyiqlərlə məni işdən çıxarmaq istəyirlər. Xəstəxanada yaşanan ümumi problem və insidentlər orada yatan xəstələrin vəziyyətinə də təsir edir. Bu günkü olaydan sonra isə vəziyyət daha da ciddiləşib. Hazırda labaratoriyada 32 qan hələ də müayinə olunmayıb.
Bu isə o deməkdir ki, xəstələrin müalicəsi vaxtında həyata keçmir. Konkret olaraq tibbi fəaliyyət bir kənarda qalıb, işçilər arasında konflikt yaşanır. Bu dama heç bir işçi ilə yola getmir. Məsələ burasındadır ki, Nuriyyə Səlimova barəsində İnstitut direktoru Həqiqət Qədirova da mənfi rəy verib ki, labaratoriyada işini düzgün qurmayıb. O zaman ortaya sual çıxır. Bunu bu vaxta qədər xəstəxanada saxlamağın adı və mənası nədir? Təssüf ki, bu günə qədər institutda baş verənlərlə bağlı nə TƏBİB-dən, nə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən hər hansı addım atılıb", - deyə həkim əlavə edib.
Aynur Əsədli 10 gün müddətində 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında müalicə alacağını da əlavə edib.
Məsələ ilə bağlı olayda adı çəkilən Nuriyyə Səlimova ilə əlaqə yaratmaq mümkün olmayıb. Gün ərzində şöbə müdirinin telefonuna zəng çatmayıb. Onun da da mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda maliyyə fırıldağı və İnstitutun Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri ilə işçiləri arasında yaşanan qalmaqalla bağlı məsələni ilk olaraq Bizim.Media gündəmə gətirib.
Yazıda Labaratoriya həkimi Aynur Əsədlinin saytımıza açıqladığı Nuriyyə Səlimovadan şikayəti, işçilər arasında ayrıseçkilik və fəaliyyətində yol verdiyi özbaşınalıqlarla bağlı iddialarını qeyd etmişdik.
Onu da bildirək ki, Aynur Əsədli institutda baş verənlərlə bağlı ölkə başçısı İlham Əliyevə, TƏBİB idarə heyətinin sədri Ramin Bayramlıya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə, İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman xanım Səbinə Əliyevaya, Baş Prokuror Kamran Əliyevə açıq məktub ünvanlayıb. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova isə məhz Aynur Əsədlinin dövlət başçısına müraciətinə görə onu məhkəməyə verib.
Məhkəmə prosesi oktyabr ayının 21-də keçiriləcək.
13-08-2021, 10:49
Ağciyər Xəstəlikləri İnstitutundan NARAZILIQ - Həkimi cana doyurublar...
10-09-2021, 16:55
BDU-nun şöbə müdiri vəfat edib - FOTO
21-12-2018, 14:51
Azərbaycanda gənc şair intihar etdi - FOTO
23-08-2021, 11:53
"Semaşko" xəstəxanası koronavirusa görə BAĞLANDI - AÇIQLAMA
15-08-2020, 13:39
Xaricdən gələn tibbi mütəxəssislərə nə qədər pul verilir? - TƏBİB-dən AÇIQLAMA
26-06-2020, 15:28
Toyların bərpası ilə bağlı açıqlama - Nə vaxt icazə veriləcək?
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı