Moskvaya şikayətə gedən Abdullahian nəylə qayıdır? - TƏHLİL
Gündəm / Siyasət / Hadisə
Oxunub: 319
7 Ekm 2021 | 14:03
Moskvaya şikayətə gedən Abdullahian nəylə qayıdır? - TƏHLİL

capar.info : - Müxtəlif əsassız bəhanələrlə regionda vəziyyəti gərginləşdirən və tez-tələsik öz xarici işlər nazirini Moskvaya şikayətə göndərən İranın bu səfərdən gözlədiyi nəticəni alıb-almadığı hələlik bəlli deyil. Ancaq iki ölkə nazirinin görüşdən sonrakı açıqlamaları müəyyən ilkin nəticələr çıxarmağa əsas verir.

İlk olaraq qeyd edilməlidir ki, İranın yeni nazirinin Rusiyanın erməni əsilli kimi tanıdığımız XİN rəhbərini də ermənipərəstlikdə, anti-Azərbaycan ritorikasında qat-qat üstələdiyi hələ bu görüşdən əvvəl də məlum idi. Moskvada da bu “xətti” saxlayan Hüseyn Əmir Abdullahian yenə mücərrəd “sionizm”, hətta “terrorçular” təhlükəsindən danışıb və Azərbaycanı işarə edib. Nazir Moskvada jurnalistlərə ilk açıqlamasında bunları deyib: “İran bölgədə sərhədlərin dəyişdirilməsinə, terrorçuların və sionistlərin varlığına Rusiyanın da kəskin reaksiya verəcəyini gözləyir”. Lakin görüşdən sonra Serqey Lavrovun iranlı həmkarının iddialarına münasibəti rəsmi Tehranın gözlədiyindən fərqli olub. Belə ki, Moskva bir daha onun üçün qətiyyən itirmək istəmədiyi ölkə olan Azərbaycanın ünvanına, İrandan fərqli olaraq, hər hansı irad, ittiham səsləndirməkdən çəkindi.

İranın erməni xislətli jurnalistinin Azərbaycanın Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirməsi və Azərbaycan-Türkiyə-Pakistan təlimləri ilə bağlı sualına isə Lavrov belə cavab verib: "Rusiya regionda hərbi fəallığın artırılmasının və hansısa təlimlərin təxribat xarakteri daşımasının əleyhinədir. Azərbaycan tərəfinin də İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı narahatlığı var. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya Xəzər dənizində xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağan edir. Konvensiyanın qüvvəyə minməsi üçün İranın sənədi ratifikasiya etməsi lazımdır. Hazırda bu məsələyə İran parlamentində baxılır. Ümid edirəm ki, ratifikasiya haqqında qərar tezliklə qəbul ediləcək. O zaman Konvensiya Xəzər dənizində müvafiq rejimi təmin edəcək tam beynəlxalq hüquqi sənəd olacaq."

Göründüyü kimi, Lavrov İranın iddialarından və gözləntilərindən fərqli olaraq, Azərbaycan ərazisində hansısa terrorçu, sionist olması barədə cəfəng və boş ittihamlardan uzaq durur. Eyni zamanda, hərbi təlimlər məsələsində müsəlman qonşusundan Moskvaya şikayətə gedən İrana öz məsuliyyətini xatırladır və İranın da keçirdiyi təlimlərin regionda narahatlıq yaratdığını bildirir.

Təbii ki, Rusiyadan olsa, ümumiyyətlə, regionda ondan başqa heç kim nə hərbi təlim keçirər, nə də hərbi aktivlik göstərər. Lakin işğala məruz qalmış və hələ də onun nəticələrini tam aradan qaldırmamış Azərbaycanın öz suveren haqlarından istifadə edərək istədiyi ölkə ilə birgə təlimlər keçirməsi kimsənin, xüsusilə də İranın burun soxacağı mövzu deyil. Bu baxımdan Lavrovun təlimlərlə bağlı nisbətən neytral mövqe ifadə etməsi hardasa məqbul yanaşma sayıla bilər.

Xəzərdəki təlimlərə gəlincə isə, Rusiyanın XİN rəhbəri Azərbaycana yox, elə İranın özünə irad bildirərək, Tehranın hələ də məlum konvensiyanı imzalamadığını xatırladıb və dolayısı ilə Azərbaycanın Xəzərdə Türkiyə ilə birgə təlim keçirməsində hüquqazidd heç nə olmadığını ifadə etmiş olub. Zatən bu təlimlərlə bağlı İrandan başqa heç bir Xəzəryanı ölkənin iradı olmamışdı. Lavrovun bu açıqlaması isə bir daha İranın etirazının cığallıq və saxtakarlıqdan başqa bir şey olmadığını təsdiqlədi. Bu arada Abdullahianın İranın xarici siyasətdəki riyakar siyasətini ifadə edən daha bir neçə fikri maraq doğurur. Belə ki, görüşdən sonra keçirilən brifinqdə Abdullahian Lavrovla “Cənubi Qafqazda sionistlərin və terrorçuların mövcudluğu” mövzusunu müzakirə etdiklərini deyib. Hansı ki, Lavrov həmin brifinqdə bu absurd mövzuya ümumiyyətlə toxunmadı.

Digər yandan İran XİN rəhbəri ölkəsinin Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə haqq qazandırmaq, don geyindirmək üçün deyib ki, İranın təlimləri “regionda sülh, stabillik və təhlükəsizlik ismarıcıdır”. Sual yaranır ki, birincisi, bu “sülh, stabillik və təhlükəsizlik ismarıcı” Azərbaycanın torpaqları 30 il erməni işğalı altında olanda və İran rejimi faktiki olaraq terrorçular, separatçılarla qonşuluq edəndə niyə verilmirdi? Yəqin yeri rahat idi, ona görə?...

İkincisi, necə olur ki, İran hərbi təlim keçirəndə bu, “sülh, stabillik və təhlükəsizlik ismarıcı”, Azərbaycan və Türkiyə keçirəndə isə “təhlükə” hesab olunur? Haralarından çıxarırlar bu məntiqi?... Nəhayət, Lavrovun sözügedən brifinqdə regionda məhz Azərbaycan Prezidentinin irəli sürdüyü “3+3” formatını xatırladaraq, İranın da bu formata qoşulmasının vacibliyindən danışması bir daha Rusiyanın Tehranın son dövrlər regionda aparmağa çalışdığı aqressiv siyasətə isti yanaşmadığını ortaya qoyur.
16-09-2021, 20:33
“Paşinyan İrana görə Azərbaycanla əlavə konfliktə girməyəcək” - GƏLİŞMƏ
30-11-2018, 13:29
Tramp Putinlə görüşdən imtina etdi
11-09-2021, 14:33
Robert Koçaryan Moskvaya çağırılıb
9-12-2020, 11:05
Moskvada erməni nazirin sərsəm açıqlamasına deputatdan cavab
13-10-2020, 12:44
İranlı general: Qarabağ işğaldan azad edilməlidir
12-01-2021, 10:05
Prezident İlham Əliyev regionda yeni reallıq yaratdı - Moskva görüşünün təfərrüatları
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı