“Azərbaycanla gərginlik İran daxilindəki qruplararası çəkişmənin təzahürüdür” - TƏHLİL
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin müsahibəsində Azərbaycanla bağlı söylədiklərinin şərh edilməsi ilə bağlı yerli KİV-in sualını cavablandırıb.
capar.info XİN-in mətbuat xidmətinə istinadən bildirir ki, L.Abdullayeva 44 günlük müjharibədə Azərbaycan tərəfdən terrorçuların döyüşməsi barədə fikirləri şərh edərkən deyib:”Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirik, çünki bu fikirlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, Azərbaycan ərazisində nə dövlətimizə, nə də qonşu ölkələrə təhdid doğura biləcək hər hansı qüvvələrin, o cümlədən terrorçu ünsürlərin mövcudluğu müzakirə mövzusu belə ola bilməz. Əfsuslar olsun ki, hələ 44 günlük Vətən müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi. O zaman da bəyan etmişdik, indi də təkrar edirik ki, bu kimi iddiaların heç bir əsası yoxdur və bu günədək Azərbaycan tərəfinə bu xüsusda heç bir dəlil təqdim edilməyib. Beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı Azərbaycanın hər zaman rəhbər tutduğu fundamental prinsiplərdən biridir. Məlumdur ki, məhz Azərbaycan, ərazilərinin bir hissəsinin hərbi işğalından və beynəlxalq sərhədlərinin pozulmasından onilliklər ərzində əziyyət çəkib. O cümlədən, bizim İran ilə sərhədimizin 130 km. dən çox hissəsi uzun illər ərzində Ermənistanın işğalı altında olub. Təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksıyasını eşitməmişik”.
XİN sözçüsü vurğulayıb ki, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesi ikitərəfli məsələdir və son zamanlar qarşı tərəfdən bu xüsusda müsbət siqnalların verilməsi prosesin konstruktiv istiqamətdə inkişafına ümid yaradır: “Kənar qüvvələrin Azərbaycana müdaxiləsi fikrinə gəldikdə vurğulamaq istərdik ki, Azərbaycan Respublikası hər zaman milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirib və 30 il ərzində atdığı konkret addımları ilə bunu dəfələrlə sübut edib. Qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi xarici siyasətimizin əsas prioritet məsələlərindəndir və tərəfimizdən bu istiqamətdə davamlı addımlar atılmaqdadır”.
L.Abdullayeva əlavə edib ki, Azərbaycan İslam həmrəyliyi məsələsinə böyük həssaslıqla yanaşır və İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal mövqeyi ilə seçilir: “Hesab edirik ki, Azərbaycan ərazilərinin işğalına son qoyulması, həmin bölgədə Ermənistanın qanunsuz əməllərinə, o cümlədən böyük həcmdə silah-sursat cəmləşdirməsi, qeyri-qanuni iqtisadi və digər əməllər, narkotik qaçaqmalçılığı, terrorçuların hazırlanması, İslam dini və mədəniyyət abidələrinin təhqir və məhv edilməsi hallarının dayandırılması və 30 illik həsrətdən sonra azərbaycanlı məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması İran İslam Respublikasının maraqlarına cavab verən şərait olmalıdır”.
Yaranmış vəziyyəti Bizimyol.info saytına şərh edən politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan-İran münasibətlərinin normal saxlanması və həmçinin İranın xarici siyasət maraqları nöqteyi-nəzərindən, rəsmi Tehranın daha praqmatik yanaşmasını gözləyirdi: “Açığı, bu münasibətlərin gərginləşməsi nə Bakının, nə də Tehranın maraqlarına cavab vermir. Lakin ritorika və gərginlik davam edir. Bunun da bir sıra səbəbləri var. Əslində, Azərbaycana qarşı səsləndirilən bütün ittihamlar bəhanədir. Prezident İlham Əliyevin də dediyi kimi, 25 min nəfərlik bir bazara görə İranın bu qədər sərt reaksiya göstərməsi məntiqli deyil. O ki qaldı İsrailə, Suriyada İran əsgərləri, SEPAH birlikləri var. Suriya da İsraillə həmsərhəddir, amma İsrailə bir güllə də atmırlar. Amma bizim sərhədlərdə “siyonist rejim” axtarırlar. Yəni, İsraillə bağlı ittihamlar da bəhanədir. Bəli, regionda geopolitik vəziyyət dəyişir, Azərbaycanın Türkiyə və Pakistanla yaxınlaşması da Tehranda müəyyən narahatlıq yaradır. Digər tərəfdən, İrandakı bəzi dairələrin illərlə Ermənistana qoyduqları yatırımlar batır və Zəngəzur dəhlizi açılsa, onlar üçün önəmli bir bazar əldən çıxmış olacaq. Amma bundan da mühüm, pərdəarxasında qalan səbəblər var”.
Politoloq qeyd edib ki, uzun illər boyu, sanksiyalar səbəbilə, İrandan neft ixracatı və maliyyə resursları SEPAH-ın əlində cəmləşib: “Onlar bu işlərdən külli miqdarda mənfəət götürüb və öz dayaqlarını möhkəmlədiblər. Yaxınlarda, Vyana görüşü gözlənilir. Əgər razılıq əldə olunsa, İran artıq dünya bazarına leqal şəkildə çıxa biləcək, yəni, sanksiyalar aradan qalxacaq. Digər tərəfdən, Tehran qarşısında şərtlər də qoyulacaq. Məsələn, MAQATE-nin yenidən yoxlamaları olacaq, nüvə zənginləşdirilməsi birbaşa beynəlxalq təşkilatların nəzarətilə həyata keçiriləcək. Hazırda isə müxtəlif məlumatlar dolaşır ki, İran artıq nüvə silahını əldə etməyə hazırdır. Bu istiqamətdə İranın daxilindəki radikal dairələr “suyu bulandırır” və müəyyən qədər zaman qazanmağa çalışırlar. Təbii ki, onlarla razı olmayanlar da var. Azərbaycanla olan gərginlik də, məhz İran daxilindəki qruplararası çəkişmələrin təzahürüdür. Heç düşünmürəm ki, İran xalqı da hadisələrin bu cür inkişafını dəstəkləyəcək. Sadəcə müəyyən qruplar “xarici düşmən” və “siyonist rejim” bəhanəsi ilə İrandakı inanclı insanların dəstəyini qazanmağa çalışırlar”.
T.Zülfüqarov əlavə edib ki, Azərbaycan daxilində radikal qrupların aktivləşməsi və hər hansı ciddi dəyişikliklərin olacağı perspektivli görünmür: “Azərbaycanda dünyəvi dövlət modeli artıq oturuşub və cəmiyyət bütövlükdə hər hansı dini təmayüllü dəyişiklikləri dəstəkləməyəcək. Siyasi müxalifətin də bu proseslərə qoşulmayacağını düşünürəm. Azərbaycanda bütün dini icmalar üçün azadlıqlar təmin olunub”.
11-03-2021, 17:21
Hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur - Leyla Abdullayeva
21-04-2021, 10:04
Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır - XİN
6-07-2021, 11:26
Azərbaycan beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır - XİN
2-09-2020, 12:20
XİN: Ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycanın kənar qüvvəyə ehtiyacı yoxdur
5-10-2020, 12:52
Leyla Abdullayeva: 24 mülki şəxs ermənilərin atəşi nəticəsində qətlə yetirilib
5-10-2020, 13:04
İran XİN: Ermənistan hərbçiləri işğal olunmuş şəhərlərdən çıxmalıdır
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı