"Ermənistanın artan nifrət hissi hələ də səngiməyib" - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri
Gündəm / Siyasət
Oxunub: 285
28 Eyl 2021 | 13:29
"Ermənistanın artan nifrət hissi hələ də səngiməyib" - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri

capar.info : - "Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə 2020-ci ilin noyabr ayında Azərbaycan və Ermənistan dövlət başçılarının razılaşdırdıqları atəşkəs iki Avropa dövləti arasında gedən qızğın müharibəni dayandırmış olsa da, bu ölkələrin hərbi qüvvələri hələ də bir-birinin ölkə sərhədlərini pozmaqda davam edirlər".

"Report"un xəbərinə görə, bunu "Xəzər Siyasət Mərkəzi"nin Məşvərət Şurasının üzvü, ABŞ-nın Azərbaycandakı keçmiş səfiri Robert Cekuta "Amerika Azərbaycanla Ermənistan arasındakı qeyri-sabit sülhü möhkəmləndirə bilər" adlı məqaləsində bildirib.

Onun sözlərinə görə, imzalanmış müqavilə silahlı qüvvələrin bir-birinə atəş açmasının qarşısını ala bilmir və üstəlik, Ermənistanın Dağlıq Qarabağı və Azərbaycanın ətraf ərazilərini işğal etdiyi onilliklər ərzində artan nifrət hissi hələ də səngiməyib: "Azərbaycan onilliklər ərzində Ermənistanın işğalı altında qalmış Ağdamın və digər şəhərlərin, demək olar ki, tamamilə dağıdıldığını və əhalisinin didərgin düşdüyünü göstərir; Ermənistan isə bu yaxınlarda "Beynəlxalq Ədalət Məhkəməsi"nə müraciət edərək, rəsmi Bakını dövlət tərəfindən maliyyələşdirilən "etnik və ya milli mənşəli ermənilərə qarşı" yönəlmiş proqramların icrasında və bununla da, Bütün Növ İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması haqqında Beynəlxalq Konvensiyanı pozmasında ittiham edir".

Sabiq səfir qeyd edib ki, bu atəşkəs Rusiya qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsinin əsasını qoyub və Rusiyanın Ermənistanda mövcudluğunu artırıb: "Hələ də davam edən düşmənçilik və münaqişənin həllində irəliləyişlərin əldə olunmaması, Rusiyanın maraqlarına xidmət edir. Sirr deyil ki, Rusiya keçmiş Sovet İttifaqına daxil olan dövlətlər üzərində öz nəzarətini gücləndirmək, ABŞ-nı diskreditasiya etmək, qanunlara əsaslanan beynəlxalq asayişi pozmaq və öz qlobal statusunu möhkəmləndirmək məqsədi ilə periferiyasındakı ölkələrin daxilində və həmin ölkələr arasında baş verən münaqişələrdən istifadə edir və hətta bu münaqişələri stimullaşdırır. Ukraynada, Moldovada, Gürcüstanda və digər ölkələrdə olduğu kimi, Rusiya Azərbaycanla Ermənistan arasındakı münaqişədən də öz mənafeyinə uyğun istifadə edib və istifadə etməkdə də davam eləyir.

Bundan əlavə, ABŞ liderlərinin Rusiya, Çin və İranın ambisiyalarının məhdudlaşdırılması haqqında səsləndirdikləri fikirlərə rəğmən, regiondakı rəsmi şəxslər, alimlər və ictimai xadimlər dönə-dönə təkrarlayırlar ki, ABŞ-a ehtiyac olsa da, onun mövcudluğu görünmür. Regionda bir çoxları bildirirlər ki, Moskva ilə əməkdaşlıq etməkdən başqa çarələri yoxdur. Bu vəziyyət çox davam edə bilməz".
2-09-2020, 12:58
Tomas Qolts: İşğal olunmuş ərazilərə qanunsuz köçürmə hərbi cinayətdir
27-09-2020, 12:48
Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır - Prezident
21-05-2021, 09:52
Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun inkişafı bölgəyə fayda gətirəcək - ABŞ-ın keçmiş səfiri
12-07-2020, 15:03
XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir
28-10-2020, 10:53
İranın Azərbaycandakı səfiri Azərbaycan Mətbuat Şurasında olub
7-12-2020, 11:03
Ermənistan və Azərbaycan arasındakı atəşkəs Peru mətbuatında
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı