“İran “əqrəb siyasəti” yeridir! – “Azərbaycanı “sancır”, amma...”
Gündəm / Siyasət / Hadisə
Oxunub: 345
27 Eyl 2021 | 18:05
“İran “əqrəb siyasəti” yeridir! – “Azərbaycanı “sancır”, amma...”

capar.info : - Prezident İlham Əliyev İran yük maşınlarının qanunsuz olaraq Qarabağa yük daşımasından danışıb. İlham Əliyev “Anadolu”ya müsahibəsində deyib ki, İran TIR-larının qanunsuz şəkildə Qarabağa getməsi ilk belə hal deyil. “Bu, işğal vaxtı da baş verdi. Bu TIR-lar ardıcıl şəkildə ora gedirdi. Bizim məlumatlarımız var idi, amma indiki kimi dəqiq bilgi, əlbəttə ki, yox idi”, - deyə İlham Əliyev əlavə edib. İlham Əliyev daha sonra bildirib: “Biz bunu göz önünə gətirərək müxtəlif kanallarla İrana narazılığımızı ifadə edirdik. Lakin bu proses davam edirdi. Müharibə bitdikdən sonra artıq Laçın dəhlizi gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola olan məsafə 5-6 metrdir.

Biz Laçın dəhlizi boyunca Şuşa ətrafında və digər bölgələrdə kifayət qədər texniki izləmə imkanlarına malikik. Orada kameralar var. Peykdən istifadə edirik. Pilotsuz uçuş aparatlarını istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra ora getməyə davam edir. Mən Prezident Administrasiyasının vəzifəli şəxslərinə təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə gətirmək istəmirdik. Dedik ki, dostca görüşsünlər və buna son verilməsinin vacibliyini söyləsinlər. Çünki, bu, bizə qarşı, ərazi bütövlüyümüzə qarşı hörmətsizlik idi, buna son verilməlidir. Bu görüş səhv etmirəmsə, iyul ayında oldu.

Bundan sonra təbii ki, biz məsələni izləməyə davam etdik, hər ayın əvvəlində bizə məlumat gəlirdi ki, İran TIR-larına ermənicə yazılar yapışdırmağa çalışırlar. Yəni, belə saxtakarlığa əl atdılar, bizi aldatmağa çalışdılar. Bunu elə səriştəsizliklə etdilər ki, avtomobilin üzərində yazılar farsca, aşağı hissədə isə ermənicə idi”.

Politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev İranın əməlinin faş olunması barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Prezidentin müsahibəsində Aəzrbaycanın xarici siyasətinin əsas prioritetləri göstərildi. Lakin ilk dəfədir ki, İranın siyasəti açıq şəkildə, konkret faktlarla ifşa edilirdi. Biz Tehrana qarşı daim dostcasına yanaşdıq, şifahi xəbərdarlıq verdik. Amma nəticəsi olmadı. Cənub qonşumuz ənənəvi siyasətini indi də davam etdirir. Əlbəttə, bu, onun öz seçimidir. Sadəcə İranın müsəlman ölkəsi ola- ola xristian dövlətini bu qədər dəstəkləməsi təəssüf doğurur. Ümumiyyətlə, İran iki yüz ildir ki, “əqrəb siyasəti” yeridir, Azərbaycanı vaxtaşırı “sancır”. Bu, Tehranın bir növ “hobbisidir”.

C.Nuriyevin fikrincə, rəsmi Tehran bundan sonra daha diqqətli davranmalıdır:

“Prezident İrana ciddi mesaj verdi. Tehran nəzərə almalıdır ki, Türkiyə və Pakistan da bizim yanımızdadır. 310 milyonluq müsəlman ictimaiyyətinin qarşısında hətta Rusiya- İran- Ermənistan üçlüyü belə, tab gətirə bilməz. Bu mənada cənub qonşumuz reallıqları anlamalıdır. Azərbaycan Qafqazda siyasi aktordur. Və bizim razılığımız olmadan kimsə Qafqazla bağlı siyasət yeridə bilməz. Tehran deyilənlərdən nəticə çıxarmasa, bunun nəticəsini görəcək”.
6-01-2021, 10:34
“Füzulidə beynəlxalq aeroport tikiləcək” - İlham Əliyev
17-08-2021, 11:31
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq
14-09-2021, 20:52
“Tehran ondan narahat olsun ki...”
3-10-2020, 13:52
Ali Baş Komandan: “Biz nə ediriksə, özümüz edirik, bizim qabil ordumuz var!”
17-08-2021, 11:21
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İstisu” sanatoriyasında olublar
13-09-2021, 15:32
İran TIR-ları YENƏ DƏ Qarabağda... - "Azərbaycanın İrana nota verməsinə baxmayaraq..."
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı