ABŞ ermənilərdən istifadə etməklə Qafqazda məqsədinə çatmaq istəyir - GƏLİŞMƏ Tarix: Bu gün, 08:57 | Çap et
Gündəm / Siyasət
Oxunub: 251
23 Eyl 2021 | 09:58
ABŞ ermənilərdən istifadə etməklə Qafqazda məqsədinə çatmaq istəyir - GƏLİŞMƏ Tarix: Bu gün, 08:57 | Çap et

capar.info : - “ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin hər gün mətbuata çıxaraq Qarabağdan danışması, statusla bağlı əsassız fikirlər işlətməsi, paralel olaraq bəzi senator və konqresmenlərin ermənipərəst çıxışları təsadüfi deyil. Görünən budur ki, ABŞ 44 günlük müharibədən sonra ermənilərdən istifadə etməklə regionda fəallaşmaq və bərkimək niyyətinə düşüb. Fikrimcə, ABŞ-ın Qafqazda öz maraqları var və ermənilərdən istifadə etməklə bu regionda məqsədinə çatmaq istəyir”.

Bunu Reyting.az-a sabiq təhsil naziri Firudin Cəlilov deyib.

Professor Cəlilov xatıradıb ki, ABŞ-ın əsas marağı bir zamanlar Cənubi və Şimali Azərbaycanda yaşayan türklərlə Anadolu türkləri arasında sədd çəkmək, əlaqəni kəsmək olub: “Əslində türk-erməni qarşıdurması buradan başlayıb. Saxta erməni soyqrımı bu məqsədlə ortaya atılıb, özləri də əllərində “balta” durmaqla yeri gəldi-gəlmədi bəyanatlar verərək hayları müdafiə ediblər. Fikrimcə, indi də həmin siyasət davam edir. Düşünürəm ki, onlar bu siyasətini Qarabağa keçirməyə çalışırlar. Ona görə də Qarabağla bağlı vaxtaşırı bəyanatlar verilir, nələrisə səsləndirirlər”.

Sabiq nazirin fikrincə, Qarabağ məsələsi ortaya çıxdığı son 30 ildə Amerika nə tərəfsiz olub, nə də ədaləti müdafiə edib: “Onlar nəinki bitərəf mövqedə durublar, hətta hər il Xankəndi şəhərindəki separatçılara milyonlarla dollar yardım ediblər. Eyni zamanda humanitar yardımları da olub. Hətta separatçıların “prezidentləri” Amerikaya gedərək ianələr toplayıblar. ABŞ bu cinayətkarlarla bağlı sadəcə susub, deməyib ki, siz başqa bir dövlətin ərazisini işğal etmisiniz. Əksinə, onlar son 30 ildə Ermənistanın yanında olublar. Sadəcə, istəklərini qabarıq göstərməyiblər, əlaltdan iş görüblər”.

F. Cəlilov əlavə edib ki, indi ABŞ-da səsləndirilən belə ikiüzlü bəyanatlara və aparılan kampaniyalara ciddi diqqət etməyə dəyməz: “Belə ikiüzlülük vaxtaşırı olacaq. Bizim üçün əsas odur ki, artıq müharibə bitib, torpaqlarınmızın böyük hissəsi işğaldan azad edilib, bir qismi də azad ediləcək. Amerika qəbul etməlidir ki, Ermənistan-Azərbaycan münaqişəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə bəyanat imzalaması və kapitulyasiya aktını qəbul etməsi ilə başa çatıb. Azərbaycan Qələbə qazanıb və bu gün “Dağlıq Qarabağ” adlanan ərazi subyekti, münaqişə və digər bu kimi məsələlər gündəmdə deyil”.

Sabiq nazir diqqətə çatdırıb ki, indi gündəlikdə sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitini formalaşdırmaqla onun inkişafına təkan vermək məsələləri durur.
16-09-2021, 20:33
“Paşinyan İrana görə Azərbaycanla əlavə konfliktə girməyəcək” - GƏLİŞMƏ
22-07-2020, 12:48
Prezident: “Mən demişəm, onlar ermənilərdən də pisdirlər”
19-01-2019, 13:10
Fransada erməni mafiozlarının başçıları həbs olundu
26-11-2020, 11:11
Türkiyə Cənubi Qafqazda sülh və sabitlik üçün səylərini davam etdirəcək
24-08-2021, 10:00
Makron İrəvanda bu 4 “şərti” dilə gətirəcək - GƏLİŞMƏ
22-09-2021, 08:41
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı