Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam veriləcəkmi? - VƏKİLDƏN AÇIQLAMA
capar.info: - Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirləndirilərək həbs olunan Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev sentyabrın 8-də Gəncə şəhər modul tipli xəstəxanada koronavirusdan vəfat edib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ölümündən əvvəl təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi. Bəs N.Quliyevin ölümündən sonra onun cinayət işinə xitam veriləcəkmi?
Vəkillər Kollegiyasının üzvü Anar Məmişov “Report”a bildirib ki, cinayət işinə xitam verilməyin iki cür əsası var - bəraətverici əsasla və bəraətverici əsas olmadan xitam verilmə.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs vəfat edəndə məhkəmədə əvvəl onun yaxınlarından biri hüquqi varis kimi tanınır: “Hüquqi varis müəyyən olunana qədər isə işə baxılması dayandırılır. Məhkəmə onun ailə üzvlərinə, yaxınlarına məlumat verir. Ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən şəxsin hüquqi varisi hesab olunur. Əgər həmin hüquqi varis razılıq verərsə ki, cinayət işinə xitam verilsin, onda cinayət işinə bəraətverici əsas olmadan xitam verilir. Və ya məhkəmə qərar verir ki, bu şəxs cinayəti törədib, ancaq təqsirləndirilən öldüyü üçün cinayət işinə xitam verilsin.
Bundan başqa, təqsirləndirilən şəxsin hüquqi varisi hesab edirsə ki, həmin şəxs cinayəti törətməyib, onda bəraət alması üçün işi davam elətdirirlər. Məhkəmədə sübut olunsa ki, həmin şəxsin günahı yoxdur, o zaman ölən şəxslə bağlı cinayət işinə bəraətverici əsasla xitam verilir”.
Qeyd edək ki, N.Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəsmi məlumatına əsasən, son günlər N.Quliyevin bədən hərarətinin 37.1-37.4C0 olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə alıb.
Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar olunaraq "COVID-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.
Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən N.Quliyev orada vəfat edib.
8-09-2021, 14:12
Həbsdə olan sabiq icra başçısı öldü - SƏBƏB - FOTO
13-04-2020, 12:15
Nizaməddin Quliyev və müavininin həbs müddəti uzadılıb
4-12-2018, 14:28
Mənimsəmədə təqsirləndirilən şirkət rəhbəri apellyasiya şikayəti verib
19-08-2020, 11:56
Eldar Həsənov apellyasiya şikayəti verdi
31-08-2020, 14:29
Elmar Vəliyevin sabiq işçisinin apelyasiya şikayəti təmin edilmədi
25-12-2020, 13:51
Kürdəmirin sabiq icra başçısı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı