“Sülhməramlıların sayı 1960 olmalı idi, amma 7-8 min nəfərə çatır” – Deputatdan skandal açıqlama
capar.info : - “Beynəlxalq səviyyəli dövlətlarası münaqişədə sülhməramlılıq missiyasını həyata keçirəcək quruma mandat BMT tərəfindən verilir. Bizdə isə elə olmadı, yəni heç bir beynəlxalq qurum rus sülhməramlılarına mandat verməyib. Sadəcə olaraq üç dövlət arasında olan qarşılıqlı razılaşma əsasında, vasitəçiliyi Rusiya öhdəsinə götürdü. Ancaq təəssüflə qeyd etməliyəm ki, rus hərbi kontingenti sülhməramlı adı ilə ərazimizə daxil olduğu gündən bu günədək sadəcə erməniməramlılıq missiyası həyata keçirir, getdikcə də bu məsələni gücləndirir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib. O qeyd edib ki, bu, gizli fakt deyil, nə də biz kiminsə ünvanına şər-böhtan söylənilmir:
“Təbii ki, bu da Azərbaycan tərəfindən böyük narazılıqla qarşılanır. Mən istəmirəm ki, dediklərim Azərbaycan-Rusiya münasibətinə bir kölgə salsın, soyuqluq gətirsin. Lakin həqiqət ondan ibarətdir ki, Rusiyanın bizim ərazimizdə olan hərbi kontingenti həmin ərazilərdə 1991-ci ilin sentyabrından yaradılmış separatçı rejimə himayədarlıq edir, onunla əməkdaşlıq edir, bu azmış kimi, Ermənistan dövlətinə aid müəyyən hərbi birləşmələrin tör-töküntülərinin Azərbaycan ərazisində qalmasına şərait yaradır.
Əgər belə deyilsə, siz vasitəçi dövlət kimi 10 noyabr bəyanatındakı bəndlərə əsasən, ötən 10 ay ərzində zəhmət çəkib cinayətkar qurumu, onlara və Ermənistan dövlətinə aid silahlı tör-tökütüləri ərazimizdən çıxarmalıydınız, bu sizin öhdənizə düşürdü. Amma bunu etmirsiniz, əksinə, dediyim qüvvələrin yeganə təminat-təchizat yolu olan Laçın dəhlizindən onlara silah-sursat, ərzaq, yanacaq daşınmasına şərait yaradırsınız”.
Millət vəkili vurğulayıb ki, Rusiya sülhməramlıları münaqişənin sönməsinə maraqlı deyil:
“Əksinə, alovlanması üçün əlaltından işlər görürlər. Belə olan halda Azərbaycan təbii ki, bunların qarşısını almaq üçün tədbirlər görməlidir və görəcəyik də.
Hikmət Hacıyev müəllim bu məsələlərə toxunub, yəqin, bizim bilmədiyimiz bəzi məqamlar var. Dövlətlər, dövlət başçıları arasında bu müzakirələr gedir ki, mövcud durumun qarşısı alınsın. Əks təqdirdə həmin qüvvələr Azərbaycanın müstəqilliyi üçün böyük təhlükə mənbəyinə çevriləcək. Çünki bunlar gəldikləri gündən harada erməni varsa, onlara pul, çörək verəcəklərini, məktəb tikəcəklərini deyərək tapıb gətirdilər. Axı bu, sülhməramlının işi deyil. Sənin nə işinə qalıb ki, camaatı ordan- burdan yığıb gətirirsən? Humanitar yardım adı ilə yüz milyonlarla pul xərcləyiblər.
Deyirdilər ki, sülhməramlıların sayı 1960 nəfər olacaq, ancaq onların böyür-başında bu müddət ərzində xidmət personalı, Rusiyanın başqa nazirliklərinin - Rusiya Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin 7-8 min əməkdaşı gəlib oraya yığışıb. Axı bu, razılaşmada əks olunmamışdı, siz nə etmək fikrindəsiniz? Bu suala cavab vermək lazımdır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, konkret olaraq sülhməramlılıq missiyasına aid olan məsələlər var və bunlar beynəlxalq hüquqda öz əksini tapır:
“BMT-nin müvafiq sənədlərində əks olunub, onlar bundan qırağa çıxmamalıdırlar. İkincisi, belə canıyananlıqla humanitar yardım göstərən, ev-eşik tikən, müharibə dövründə qaçıb gedən erməniləri təzədən oraya yerləşdirəndilərsə, bunu 30 ildə bizə niyə etmədilər? 30 ildir məni ev-eşiyimdən qovublar. Mənim kimi Xocalıdan, Xankəndindən Ağdərədən didərgin düşmüş on minlərlə insan var, bizi niyə qaytarmır, bu 30 ildə bizə niyə humanitar yardım göstərmədi? Mənim evimə niyə ermənini gətirib yerləşdirir? Mən öz doğma yurduma qayıtmaq istəyirəm, sən əgər ədalətli sülhməramlısansa, niyə mənim qayıtmağımla məşğul olmursan? Niyə məcburi köçkünlərin haqqını-hüququnu tapdalayırsan? İndi 10-15 gün ərzində qaçıb gedən cinayətkar, işğalçı erməninin qayğısına qalırsan, amma biz yada düşmürük. Bu ədalətsizlikdir, bizə elə sülhməramlılıq lazım deyil”.
21-04-2021, 13:05
“Xocalıdakı hərbi paradın qarşısı ALINMALIDIR!”
6-09-2021, 13:56
“Sən kimsən ki, Qarabağdakı ermənilərə ev tikirsən, su daşıyırsan?“ - ETİRAZ
2-09-2021, 12:36
Xankəndini bu gün BOMBALAMALIYIQ? - Deputatdan AÇIQLAMA
17-01-2020, 15:17
Nəriman Əliyev yerinə deputat seçdirir - LAL mandat sahibi olmuş biznesmenin namizədi Məhşur Məmmədov KİMDİR?
8-04-2021, 10:10
Deputat sülhməramlıların fəaliyyətindən danışdı: “Təzyiq vasitəsi kimi istifadə edirlər”
18-08-2021, 11:54
Rusiya Dağlıq Qarabağda pasport paylamağa hazırlaşır? - BU QƏRAR SAVAŞA SƏBƏB OLA BİLƏR...
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı