Xalq artistindən “Yuğ” teatrı haqda sərt sözlər: - “Vaqif İbrahimoğlu haranın rejissorudur?”
Gündəm / İqtisadiyyat / Mədəniyyət
Oxunub: 425
6 Eyl 2021 | 16:25
Xalq artistindən “Yuğ” teatrı haqda sərt sözlər: - “Vaqif İbrahimoğlu haranın rejissorudur?”

capar.info : - Tez-tez işğaldan azad olunan ərazilərə, eləcədə Şuşaya səfərlər təşkil edilir. Amma oğlu - Baş leytenant Rövşən Nurzadə Qarabağda, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nurun dediyinə görə, o, həmin tədbirlərin heç birində olmayıb. Elə aktyor özü söhbətə körpünü buradan saldı.

Şəhid atası diqqətdən kənar qalmalarının səbəblərini Qaynarinfo-ya danışdı. Müsahibəni təqdim edirik.

- Əli bəy, narazılığınız nədən qaynaqlanır?

- Akademik Milli Dram Teatrı ana teatrdır, teatrın baş ocağıdır. Ancaq Azərbaycan mədəniyyət sahəsindən tədbirlərə elə adamları göndərirlər ki, görəndə dəhşətə gəlirsən. Məsələn, elə bilin, Məhəmmədəli dura-dura döyüşə adi bir boksçu göndərirlər. O döyüş necə olar? Şuşa… Yaralı yerimiz. Əsas da ki, mənim yaralı yerim. Oğlum orada şəhid olub. Şuşada dövlət əhəmiyyətli tədbir keçirilir, amma ora oğlu şəhid olan Xalq artisti dəvət olunmur. Ora Akademik Milli Dram Teatrının aktyorları getməli idi. Çünki "Azdrama”nın aktyorlarının səsi, sözü, sözünün enerjisi, çəkisi var. Onlar sözü qulağa yox, bir başa ürəyə vururlar. Həmin tədbirdə "Azdrama”nın aktyorları başda olmalı idi. Səhnədə Xalq artisti Nurəddin Mehdixanlı Vaqif rolunda, Xalq artısti Ramiz Novruz da Qacar rolunda, müğənnilər də geyinib oturmalı idilər. "Deyirlər, ağladır yeri sizin Qarabağ xanəndələri” - bunu Qacar deyərdi. Bu həmin tədbirə ən böyük hədiyyə, görünüş, forma, ən böyük baxış olardı və əbədi yadda qalardı. Nəinki "Yuğ” teatrının artistlərinin şeir deməsi. "Yuğ” da teatrdır, Allah rəhmət eləsin Vaqif İbrahimoğluna. Vaxtı ilə Həsən Səbbah bir "Xaşxaşilər” hərəkatı yaratmışdı, 300 il Əlamut qalasında oturdular və insanları narkotiklə məst edirdirlər. Onlar nə bilirdilər, edirdilər. "Yuğ” teatrının stili də ona bənzəyir. Bu tarixdir. Nurəddin Mehdixanlının və mənim şeir deməyim hara, onların şeir deməsi hara? Mənim tarixdən danışmağım hara, Nurəddin Mehdixanlının danışmağı hara, onların danışmağı hara?..

"Azdrama”nın aktyorlar bilirsiniz nədir! Onlar bizim yanımızda itirlər, görsənmirlər. Biz tamam başqa tərbiyə almışıq, başqa bir talant sahibiyik, Allah bizə başqa bir vergi verib. Allah bizə elm verib, zəhmət çəkmişik. Bilirsiniz, şöhrət nəyin sayəsində yaranır? Sonsuz əməyin və misilsiz cəsarətin nəticəsində. Biz bu şöhrəti elə-belə almamışıq. Çalışırlar ki, Akademik Milli Dram Teatrını gözdən salsınlar, yaddan çıxartsınlar, tamaşaçıdan uzaqlaşdırsınlar. Bu, Azərbaycan mədəniyyətinə, teatrına və əsasən də xalqına, millətinə qarşı qərəzdir.

- Yəni o boyda Akademik Milli Dram Teatrından Şuşa səfərlərinə bir adam dəvət almayıb?

- Yox. Məsələn, Nurəddin ömür boyu Şuşada olub. Birinci Qarabağ müharibəsində də vuruşub, hətta ikinci savaşda da orada olub. Mən şəhid atasıyam, oğlum Şuşada şəhid olub. Şuşa haqqında mən nələr bilmirəm! Şuşa şairlərinin bütün yaradıcılıqlarını mən əzbərdən bilirəm. Şəhidlər haqqında bilmədiyim şeir yoxdur. Stanislavskinin bir söz var, deyir ki, talantsız, istedadsız, böyük olmayan aktyora rol vermək düşmən üstünə silahsız gedən əsgərə bənzəyir. Çağırmırlar. Mən orada olsam… Mənim çıxışlarımı görmürlər? Bilmirlər ki, mən vulkanam. Ört-basdır etmək, unutmaq istəyirlər. "Xasxaşilər” hərəkatını reklam edirlər. Bizim aktyor müsahibə verir, ona sual verirlər ki, Azərbaycanda rejissor kim olub, deyir, Vaqif İbrahimoğlu ilə Hüseynağa Atakişiyev. Vaqif İbrahimoğlunun hansı tamaşası hadisə olub, dünya miqyasına çıxıb və xarici səhnələrdə oynanılıb? Bir tamaşası vardı - "Lənkəran xanının vəziri” onu Adanada oynadılar, bizi daşa basdılar, ikinci günü bizə heç su da vermədilər. Hansı ki, "Azdrama” orada tamaşa oynayanda aləm qarışırdı, səhərə kimi banket, hədiyyələr. Bir də Yuğçular onu 2013-cü il Stokholmda oynadılar. Orada azərbaycanlılar yığılıb səfirə bəyanat verdilər ki, bu nə tamaşadır, azərbaycanlıları hörmətdən saldınız. Vaqif İbrahimoğlu haranın rejissorudur? Hüseynağa Atakişiyev Vaqif Abbasovun tör-töküntüsünü yığan rejissor idi. O, rejissorluğu bitirməyib, aktyor idi, ayıbdır, Azərbaycanda bəyəm rejissor yoxdur? Azərbaycanda böyük rejissor məktəbi var ki, tamaşaları hadisə olub. Həmin tamaşalara Heydər Əliyev ən yüksək qiyməti verib, türk dünyasının ən yüksək mükafatına layiq görülüblər, dünya ictimaiyyəti yüksək qiymətləndirib. Avropada bütün 60 teatr arasında ən yüksək mükafatı "Azdrama”ın tamaşaları alıb. Onların rejissorlarının da adını çəkin də, nə oldu? Ağakişi Kazımovun qoyduğu tamaşalardan dünya yazırdı. "Büllur saray”, "Özümüzü kəsən qılınc” dünyanın ən böyük tamaşası olub. Bəhram Osmanov, Mərahim Fərzəlibəyovun tamaşaları teatrı tanıtdırıb, bunlardan danışın, ayıbdır. Bunları ört-basdır edib, zornan kimisə gündəmə gətirməyin. Vaqif İbrahimoğlu "Azdrama”da 3 tamaşa qoyub üçü də bağlanıb. Ayıb deyil, uşaq kimi, "Tülkü həccə gedir” və s. Nəyə görə Şuşaya Nurəddin Mehdixanlını, məni aparmırsınız? Özü də sıradan aktyor deyilik. Niyə bizi aparmırlar? Çünki bizim orda sözümüz insanların qulağında deyil, ürəyində əbədi qalacaqdı. Elə bil 37-ci ildir. Zorla çalşırlar ki, Akademik Milli Dram Teatrını unutdursunlar. Hamı elə bil bu teatrın düşmənidir. Allah nə veribsə, bu teatra verib. Niyə bu teatrı məhv etməyə çalışırsınız? Bu teatrın keçmişi kimi gələcəyi də var, onu məhv etməyin.

- Bir müddət öncə Prezident Sizə və şəhid oğlunuza - Baş leytenant Rövşən Nurzadəyə ev hədiyyə etmişdi. Yəqin artıq orada yaşayırsınız?

- Prezidentin bağışladığı evə köçməmişəm, hələ hazır deyil. Gözləyirəm, hazır olsun, sonra. Hazırda evin təmir işləri gedir. Bu ilin axırı, gələn ilin əvvəli yəqin ki, hazır olar. Təmir pul tələb edir. Pul varsa, problem də olmayacaq. Bakı şəhər İcra Hakimiyyəti söz verib, təmir işlərinə kömək edəcək. Prezident göstəriş verib. 40 ildir məni aldadırdılar. Bu il verəcəyik, gələn il verəcəyik, deyə-deyə yola verirdilər.

- Şəhid oğlunuz Baş leytenant Rövşən Nurzadənin ailəsi necə?

- Rəhmətlik oğlumla mənə Prezident bir gündə ev verib. Onun da ailəsi noyabrda köçəcək. Ona verilən ev əla təmirlidir, özü də yaxşı yerdədir. Onların evinə hələ qaz verilməyib. Yəqin ki, onu da köçənə kimi həll edərlər.
22-12-2020, 13:57
Azərbaycanın xalq artisti dünyasını dəyişib
26-04-2021, 10:29
Şəhid hərbi qulluqçumuz son mənzilə yola salınır
28-12-2020, 11:10
Xocavənddə qanunsuz erməni silahlı qrupu ordumuza hücum edib, şəhid və yaralı var- MN
30-12-2020, 12:14
Bu şəhid anaları Azərbaycan vətəndaşlığını qəbul etdilər
6-11-2020, 10:29
Oğlanları ilə birgə döyüşüb şəhid olan ata...
3-02-2021, 15:55
Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı