“Mostbet” bukmeyker saytı insanların cibinə necə girir? - ARAŞDIRMA
capar.info: - Ölkəmizdə “at oynadan”, vətəndaşlarımızı cibinə girərək, onların hətta ailələrini dağıdan “Mostbet” kimi online qumar şirkətlərinin nədənsə əsarətindən çıxa bilmirik. “Mostbet” adlı şirkətin fəaliyyəti ilk baxışdan sadə görünsədə, amma incəliklə işləyən qumar şirkəti fırıldaq mexanizmi üzərində qurulub.
“Mostbet” online qumar şirkəti Azərbaycan ərazisində rəsmi qeydiyyatdan keçmiş şirkət kimi işləmir, vergi ödəməmək üçün Cəbəllütariq, Cənubi Kipr, Kuraçao kimi ölkələrdə, ofşor zonalarda saxta, yəni əslində ofisi, işçisi, avadanlığı olmayan, amma kağız üzərində mövcud olan qumar şirkətləri yaradırlar.
Beləliklə, lisenziyasız və vergi ödəmədən çalışan “Mostbet” bukmeker kontorları qeyri-leqal, qanunsuz mərc oyunları təşkil etməklə külli miqdarda ölkəmizdə pul qazanır.
Əslində “Mostbet” kimi qumar şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçməsinin konkret səbəbləri var. Cəbəllütariq, Kuraçao, Malta, Cənubi Kipr kimi ofşor zonalarda qeydiyyatdan keçən bukmeyker kontorları bu ölkələrin vergi qanunvericiliyindəki boşluqdan yararlanır, fəaliyyət dairəsini isə dünyanın bütün ölkələrinə yayırlar.
Beləliklə, “Mostbet” kimi adı çəkilən kontorlar dövlət nəzarətindən tam kənarda işləyirlər ki, bu da onların etibarsızlığına dair ən ciddi sübutdur. İkincisi, dövlət qarşısında heç bir məsuliyyət və öhdəlik hiss etməyən kontorlar müştərilərə ən geniş xidmətlər, o sıradan onlayn kazino da təklif edir.
Təbii ki, belə online kazinoların işində əyləncəli oyunlarla bağlı hansısa qadağa yoxdu, yəni müştərilər intəhasız sonluğa qədər oynaya və uduza bilərlər. Ölkəsinin vergi orqanlarında problemlə üzləşən istənilən müştəri artıq kontorun yardımına bel bağlamamalı, günahı özündə axtarmalıdır.
Konkret nümunə əsasında danışaq. “Mosbet”in yaradıcıları qeyri-qanuni yolla Rusiyada 63 milyard rubldan artıq pul qazanıb. “Mosbet”in yaradıcıları Rusiya vətəndaşlığı ilə yanaşı, Kipr vətəndaşlığına da malikdi və hazırda beynəlxalq axtarışdadılar.
Lisenziya almağı, vergiləri ödəməyi lazım bilməyən, yəni Azərbaycanın dövlət büdcəsinə qara qəpik də xeyir verməyən “Mostbet” kimi online qumar şirkəti konkret oyunlar üçün əmsalları ölkəmizdəki qanuni mərc operatorları ilə müqayisədə bir qədər yüksəltmək imkanı qazanır.
Düzdü, bunun da arxasında fırıldaq dayanır. Konkret nümunə əsasında göstərək. Məsələn, istifadəçiyə 100 manat “xoş gəldin” bonusu verirlər. Amma o bonusu 10 qat artığını almadan vermirlər. Yəni 100 manat bonus almaq istəyən adam 1000 manat yatırmalıdı.
Həmin 100 manatla oynayırsan, 1000 manata yüksəlməyincə ala bilmirsən, təbii ki, yüzdə 99 halda da itirirsən o bonusu. Kəsəsi, “Mostbet”in bonusunu sistemdə xərcləməlisən, xərcləmək üçün də öz cibindən pul yatırmalısan.
“Mostbet”lə bağlı onu da qeyd edək ki, Moskvada qanuni əsasda fəaliyyət göstərən bu şirkətin ofşor zonada qeydiyyatdan keçən adaşı da var. Tam fərqli hüquqi şəxsin, daha doğrusu, yunanların adına qeydiyyatdan keçiriblər, bu şirkət də azərbaycanlıların pulunu xaricə daşımaqla məşğuldur.
Bundan başqa, çox vaxt “Mostbet”lə qumar oynayan vətəndaşlar udduqları pulları ya çıxara bilmirlər, ya da həmin hesabların bloklayaraq pullar ödənilmir.
Mövzuya qayıdacağıq…
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq
Xəbəral.az
22-11-2018, 13:58
Cəbəllütariq üzrə razılığa gəlindi
17-01-2019, 13:13
"Barselona" türk şirkətini məhkəməyə verdi
27-04-2020, 12:05
Serdar Ortaç: “Demet Akalın Ebru Gündeşlə aramızı vurdu”
10-08-2021, 14:10
Vergi Xidməti tanınmış iş adamına məxsus şirkəti məhkəməyə verdi – REAL TV-nin də sahibidir
22-12-2018, 15:14
Ər-Riyad şəhərində keçirilmiş növbəti ixrac missiyasında 28 Azərbaycan şirkəti iştirak edib
19-08-2021, 16:16
Daha bir deputatın mandatı ləğv oluna bilər – Biznesi var, ayda 18 min maaş alır
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı