"Kremldə hesab edirlər ki, torpaqların qaytarılması Gürcüstanın tamamilə itirilməsi ilə nəticələnə bilər" - ekspert
capar.info : - Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Rusiya-Gürcüstan münasibətlərinin bərpası ilə bağlı şərtləri açıqlayıb. XİN rəhbəri bildirib ki, əgər Gürcüstan Rusiya ilə qonşu kimi normal yaşamaq istəyirsə, Moskva münasibətləri bərpa etməyə hazırdır. O qeyd edib ki, əgər Gürcüstan həqiqətən də Qərbin himayəsini qorumaq üçün Rusiya kartını oynamasa, eyni zamanda, qonşu kimi normal yaşamaq istəsə, Rusiya münasibətləri hər an bərpa etməyə hazırdır.
Lavrovun açıqlamasını “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov bildirib ki, Rusiya XİN başçısının məhz indiki vaxtda belə açıqlama verməsi təbii və normaldır. Analitik deyib ki, həm Gürcüstana, həm də Ukraynaya görə, Qərb ölkələrinin Rusiyaya təzyiqləri artmaqdadır:
“Bununla paralel olaraq çoxsaylı sanksiyalar da tətbiq edilir. Kreml fərqindədir ki, Gürcüstan və Ukrayna yavaş-yavaş Qərbə inteqrasiyanı sürətləndirir. Digər tərəfdən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan “altılıq” platformasını təklif etdi və Gürcüstanı orada görmək istədiyini vurğuladı. “Altılıq” platforması əslində Rusiya üçün daha çox əhəmiyyətlidir. Əgər Tiflis bunu qəbul edərsə, Moskvanın əl-qolu açılacaq. O baxımdan Gürcüstan Rusiya ilə birlikdə hər hansı platformada yer almaq fikrində deyil. Çünki Gürcüstanın ərazisi hələ də işğal altındadır. Faktiki olaraq Abxaziya və Osetiya Rusiya tərəfindən zəbt olunub. Əgər bu ərazilər Gürcüstanın suverenliyinə qayıdarsa, yalnız ondan sonra birgə əməkdaşlıq və normal qonşuluq münasibətləri baş tuta bilər. İndiki halda isə bu, mümkün görünmür. Çünki Rusiyanın Gürcüstana güzəştə getmək niyyəti yoxdur”.
Siyasi şərhçiyə görə, Kremldə hesab edirlər ki, torpaqların qaytarılması Gürcüstanın tamamilə itirilməsi, Qərbin regiona nüfuz etməsi ilə nəticələnə bilər:
“Bu da Cənubi Qafqazın əldən çıxmasına səbəb olar. Ziddiyyətlər kifayət qədər dərindir. Hətta qarşıdakı dönəmlərdə münaqişənin aktiv fazaya keçmə ehtimalı da var. Lavrovun açıqlamasının arxasında isə Qərbin Rusiyaya təzyiqləri və sanksiyaların çoxalması dayanır. Baş diplomat vəziyyəti bir qədər yumşaltmağa, Rusiyanı sığortalamağa çalışır”.
1-09-2021, 13:31
Lavrov Rusiya-Gürcüstan münasibətlərinin bərpası ilə bağlı şərtləri açıqlayıb
20-08-2021, 09:51
Ermənistan KTMT-dən çıxa bilər - Ekspert danışır
18-08-2021, 11:54
Rusiya Dağlıq Qarabağda pasport paylamağa hazırlaşır? - BU QƏRAR SAVAŞA SƏBƏB OLA BİLƏR...
8-08-2020, 13:48
Qonşu ölkədə dövlət bayraqları endirildi
19-05-2021, 09:56
Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib
14-01-2019, 14:22
Tramp: “Gələcəkdə ABŞ və Rusiya xoş münasibətlərini bərpa edə bilər”
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı