AZAL ölkə prezidentini eşitmir - bahalı qiymətlər və inhisarçılıq davam edir...
Gündəm / Siyasət
Oxunub: 378
11 Ağu 2021 | 11:02
AZAL ölkə prezidentini eşitmir - bahalı qiymətlər və inhisarçılıq davam edir...

capar.info: - AZAL şirkətinin bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?!”

Azərbaycan Hava Yolları Dövlət Konserni Qapalı Səhmdar Cəmiyyəti (QSC) haqqında bu iradları 2020-ci ilin avqust ayında prezident İlham Əliyev hökumətin iclasında bildirmişdi. Həmin tarixdən 1 il ötüb, amma görünən odur ki, AZAL tənqidlərdən heç bir nəticə çıxarmayıb. Biletlər hədsiz baha olaraq qalır, Azərbaycanın hava məkanı tamamilə bu şirkətin inhisarındadır, büdcədən aldığı dotasiya davam edir, onun borclarını isə dövlət ödəyir.

Ölkədə hava sərnişin daşımasının 97 faizi AZAL-ın nəzarətindədir. Türk Hava Yolları (THY) yeganə şirkətdir ki, ona Azərbaycanda sərnişindaşıma ilə məşğul olmağa icazə verilib, amma inhisarçının şərtlərinə görə, THY-nin təklif etdiyi qiymətlər AZAL-ın qiymətlərindən ucuz ola bilməz. Buna baxmayaraq, şirkət yenə də ziyanla işləyir, xərclərini ödəmək üçün dövlət büdcəsindən yardım, Mərkəzi Bankdan isə qaytarmaq iqtidarında olmadığı kreditlər götürür.

1992-ci ildə yaradılmış AZAL-ın 25 ölkədəki 40 təyinat məntəqəsinə uçuş edən 25 hava gəmisi var. İl ərzində şirkət 2-2,5 milyon nəfər sərnişin daşıyır. Onun aviaparkı digər hava şirkətləri ilə müqayisədə bahalı avialaynerlərlə zəngindir. Təkcə 2017-ci ildə ABŞ-ın “Boeing” şirkətindən dəyəri 918 milyon dollar olan olan 4 ədəd “Boeing 787-8 Dreamliner” təyyarəsinin alınması ilə bağlı müqavilə imzalanıb. Bu alqı-satqın əhəmiyyətli hissəsi dövlət zəmanəti ilə alınmış xarici kreditlər hesabına reallaşdırılır. Həmin borclar isə büdcə hesabına ödənilir. Məsələn, 2020-ci ildə AZAL-ın yığdığı borcun həcmi bir il əvvəlki 101,3 milyon manatdan 160 milyon manata qalxıb. Həmin məbləğ dövlət xəzinəsi hesabına kreditorlara ödənilib.

Sərt karantin dövründə ən ağır zərbə almış turizm sektorunun dirçəlməsinə ciddi maneələrdən biri məhz AZAL-dır. Ölkəyə gəlmək və ölkədən getmək kifayət qədər bahalı olduğu üçün bir çox vətəndaş, eləcə də əcnəbilər bu niyyətindən vaz keçir. Məsələn, Gürcüstandan İstanbula uçuş adambaşına 110 manat olduğu halda, Azərbaycandan İstanbula aviabiletin qiyməti günlərdən asılı olaraq 300-400, bəzən 500 manat arasında dəyişir. Geri dönüşlə birgə Azərbaycandan İstanbula səyahət üçün təkcə bilet qiyməti azı 800 manat təşkil edir. Bu da nəticə etibarilə ölkəyə gələ biləcək turistlərin də istiqamətini digər ölkələrə yönəldir.

Xatırladaq ki, AZAL-da avibiletlərin bahalığından Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də şikayətlənmişdi. O qeyd etmişdi ki, xarici turistlərin ölkəyə cəlb olunması üçün təyyarə biletlərinin qiymətlərinin uyğun olması vacibdir: “İnanırıq ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq. Nəinki Bakı, digər ölkələrin hədəf bazarlarına çıxış çox vacibdir. Bu gün onlayn platformanı açıb baxsanız, Türkiyə-Avropa, Türkiyə-Gürcüstan ilə Türkiyə-Azərbaycan uçuşları arasında kifayət qədər fərq var”.

AZAL-ın yaratdığı rəqabətsizlik mühitini qonşu Gürcüstanla müqayisə etdikdə həqiqətən heyrətamiz mənzərə yaranır. Qonşu ölkədə aviauçuş sahəsində 14 xarici şirkət birbaşa fəaliyyət göstərir. Orada təkcə Türkiyənin 4 şirkəti çalışır. Buna görə Gürcüstanda aviauçuşların qiyməti çox ucuzdur. Azərbaycanda isə bütün uçuşları ya AZAL özü həyata keçirir, yaxud da o, uçuşları həyata keçirəcək şirkətləri özü ilə birgə çalışmağa vadar edir.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında hazırda müzakirə edilən Tərəfdaşlıq Sazişində də əsas problemlərdən biri hava məkanının açılması ilə bağlıdır. Aİ Azərbaycandan hava məkanının açılmasını, başqa şirkətlər üçün maneələrin aradan qaldırılmasını istəyir.

İqtisadçı Qubad İbadoğlu bildirir ki, 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş bütün sahələrdə və bütün müəssisələrdə muzdlu işçilərə əmək haqlarının ödənilməsi üçün 245,9 milyon manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi qismində 112,2 milyon manat vəsait xərclənib. Təkcə AZAL-a isə 215,5 milyon manat, Milli Aviasiya Akademiyasına 15 milyon manat ödənilib:

“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir. “Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir. Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir. Misal üçün, beşinci qrup “hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Və yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər. Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Məsələn, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər. Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirə bilərlər.

Yeni şərtlərə əsasən Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər AZAL-la eyni hüquqlara sahib ola bilərlər. Bu sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verir”. //PRESSKLUB.AZ//
26-07-2020, 14:25
Bu tarixdən Bakıdan İstanbul, Berlin və Londona xüsusi aviareyslər yerinə yetiriləcək
1-08-2021, 14:58
AZAL-ın ilk qadın pilotları - VİDEO
11-01-2019, 14:03
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirib
7-12-2018, 15:43
AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması
10-08-2021, 09:25
Göynən gedən AZAL şefini endirən OLACAQMI? - Kimsəni saya salmırlar...
17-01-2019, 13:21
Hava şəraiti Bakıdan uçuşlara təsir edibmi?
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı