Bərdədə həkim səhvi bir can aldı... - FOTO
capar.info: - Bərdərayon Qaradırnaq kənd sakini Quliyev Əlizamin Baloğlan oğlu mətbuat vasitəsilə Prezidentə müraciət edib.
Bir nüsxəsi də "DogruXeber.az" informasiya agentliyinin elektron poçt ünvanına daxil olan müraciətdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.
Bərdə rayon Qaradırnaq kənd sakini Quliyev Əlizamin Baloğlan oğlu tərəfindən
ŞİKAYƏT.
Hörmətli cənab Prezident, mən mətbuat vasitəsi ilə Sizə bildirirəm ki, Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi Bəhruz Abbasovun səhvi nəticəsində anam Quliyeva Xalidə Hüseyn qızı dünyasını dəyişmiş, Bərdə rayon Prokuroru Rəşad İsgəndərov isə həkim səhvi nəticəsində baş vermiş bu ölüm hadisəsinə sanki insan deyil bir çolpa ölümü kimi baxır. Belə ki, anam Xalidə Quliyeva babasil xəstəliyindən əməliyyat olunması üçün Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi Bəhruz Abbasova müraciət etdik. Müayinələrdən sonra 04.02.2021-ci il tarixində mərhum anam əməliyyat olundu. Lakin əməliiyat olduqdan sonra onda olan ağrılar azalmaq əvəzində dahada artdı və şiddətləndi. Belə ki, anam Xalidə Quliyevanın səhhətində umumi halsızlıq, zəiflik, huşun pozulması, qarın içi şiddətli ağrılar, ürəkbulanma və qusma halları başladı. Dəfələrlə həkim Bəhruz Abbasova anamın vəziyyətinin pisləşməsi ilə bağlı müraciətlər etsəkdə o bu ağrıların əməliyyatdan sonra adi hal olmasını deyirdi. 20 fevral 2021-ci il tarixində anamın vəziyyəti kəskin dərəcədə pisləşdini görüb onun müayinə olunmasi üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət etdik. Müayinə zamanı məlum oldu ki, əməliyyat zaman bağırsağın beş yerdən qeyri-tarvmatik deşilməsi halı baş verib. Lakin həkim Bəhruz Abbasov əməliyyatı belə sona çatdıraraq yaraya tikiş qoymuşdur. Nəticədə anamın qəbul etdiyi qidalar çölə yox qarın nahiyyəsinə ifraz olunmuşdur. Sonda anamın ölümünün səbəbi Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi Bəhruz Abbasov məsuliyyətsizliyi və səhvidir. Anamın heç bir orqaınında problemi yox idi. Yeganə problemi babasil xəstəliyi idi. Bu xəstəlikdəndə insan ölüm bir faizdir ki, bunuda Bəhruz Abbasov kimi bacarıqsız və savadsız həkimləri səhvlərinə görə olur.
Sizi məlum edirəm ki, Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi Bəhruz Abbasovun səhvi nəticəsində anamın həyatı uğrunda mübarizə aparmaq üçün ailəmiz əlimizdə olan qəbzlərə əsasən Gəncə Beynəlxalq Xəstəxanasına 8162 (səkkiz min bir yüz altmış iki) manat, faktiki olaraq daha artıq pul (15-16 min manat) pul xərcləmişik. Bu pulun çox hissəsini borc almışıq. Anamda həyatda yoxdur. Çox acınacaqlı bir vəziyyətdəyik.
Bütün bu yazdıqlarımı rəsmi sənədlərlə subut olunur. Bu qədər faktlar və sənədlər olduğu halda Bərdə rayon prokuroru Rəşad İsgəndərov Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkim Bəhruz Abbasovun törətdiyi bu cinayət əməlini ört-basdır etmək istəyir və ya bu əməli səhlənkarcasına araşdırır ki, bunun nəticəsində bu əməli törədən həkim törətdiyi cinayət əməlinə görə cəzasız qalır. Hər iki halda Bərdə Müalicə-Diaqnostika Mərkəzinin cinayət törətmiş həkim Bəhruz Abbasov heç nə olmamış kimi öz işini görməyi davam edir. Onun növbəti qurbanları kimlər olacaq bunu Allah bilir.
Möhtərəm cənab Prezident, mən anamı itirmişəm. Bu mənim üçün ağır dərddir. Heç olmasa onun ölümündə günahı olan şəxslər cəzalandırılarsa bu mənim üçün təskinlik olar. Eyni zamanda həmin cinayətkarların əməlləri nəticəsind digər insanların ölümlərinin qarşısı alınar. Əməliyyata götürülməmişdən əvvəl anamın üzərində aparılan müayinə və analizlərdən görünür ki, onun babasil xəstəliyindən başqa heç bir xəstəiyi olmayıb. Anam tibb elmində ən asan hesab olunan babasildən əməliyyat olunub. Lakin həkim məsuliyyətsizliyinə görə bağrsağın deşilməsi onun ölümünə səbəb olub. Bərdə rayon prokuroru Rəşad İsgəndərov onun ölümünə çolpa ölümü kimi baxır. Ona görədə Sizdən xahiş edirəm mənim anamın həyatına son qoymuş Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkim Bəhruz Abbasov barəsində qanuni tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna ciddi tapşırıq verəsiniz və onun icrasını şəxsi nəzarətinizə götürəsiniz. Allah Sizə Yar Olsun.
Quliyev Əlizamin Baloğlan oğlu"
19-12-2018, 14:53
"Bu gün anam əməliyyat olunacaq"
24-06-2020, 10:07
Ata traktoru aşırdı, oğlu öldü
5-08-2021, 10:27
Narkotiklə tutulan şəxsin oğurluq əməllərinin üstü də açıldı.
29-05-2020, 10:44
Azərbaycanda OLAY: İki nəfər birləşib qadının başına oyun açdılar
12-03-2021, 11:05
Bərdədə qız sevgilisini niyə yandırdı? - TƏFƏRRÜATLAR
25-02-2021, 10:59
Bərdədə əməliyyat keçirilib, vəzifəli şəxs həbs edilib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı



