Ağstafada gənc başçı BELƏ YEYİR... - İDDİA
Gündəm / Sosial
Oxunub: 396
3 Ağu 2021 | 14:00
Ağstafada gənc başçı BELƏ YEYİR... - İDDİA


capar.info: - Azərbaycan vətəndaşları uzun illər vəzifə kreslosunu zəbt etmiş, insanların gözünü az qala “mazol” etmiş məmurlardan, icra başçılarından bezmişdi.
Cəmiyyətdə bir ictimai sifariş var idi. Yəni cəmiyyət kadrların gəncləşməsini, qocalarla vidalaşmasını arzu edirdi. Əslində bütün dünyada olduğu kimi, bizim cəmiyyətdə də kadrların gəncləşməsi istəyi var idi. Yəni bu zamanın və cəmiyyətin sifarişi idi.
Ta qədimlərdən cəmiyyətlərdə “Atalar və oğlullar” problemi olub. Yəni söhbət konkret ata və oğuldan deyil, gənclərin yaşlı nəsli əvəz etməsindən gedir.
Və son 2-3 ildə xeyli sayda yaşlı kadrlar cavan kadrlarla əvəz olundu. Bu icra hakimiyyəti sferasına tətbiq olundu.
Belə gənc icra başçılarından biri də Ağstafanın 34 yaşlı icra başçısı Seymur Orucovdur.
Seymur Orucovun “siftəsi” uğurlu alınmadı.
Belə ki, xarici müxbirlə ingilis dilində “konuşmağa” cəhd edən gənc icra başçısı gülünc vəziyyətdə qaldı. Sanki “kitay”lar azərbaycan dilində danışırmış kimi gülməli idi.
Adama deyərlər, ingiliscə danışmağın heç yeri idi ?
Məşədi İbad demişkən, heç hənanın yeridir ?
Ümumiyyətlə, gənc icra başçıları özlərini guya ingilisdilli kimi göstərməyə, Avropada təhsil aldıqlarını nümayiş etdirməyə çox meyllidirlər.
Birincisi, Ağstafanı, eləcə də digər rayonları idarə etmık üçün ingilis, ya da yapon dilini bilməyə ehtiyac yoxdur. Xalqın dilini, kəndlinin, fəhlənin dilini bilsəniz yetər.
İkincisi, özünüzü avropasayağı göstərməyə də ehtiyac yoxdur. Azərbaycan balaca ölkədir, kimin kim olduğu, kimin əlinin kimin cibindən çıxdığı az qala hamıya bəllidir.
Atalar demişkən, “Atan sarımsaq, anan soğan, haradan oldun gülməşəkər” məsəli.
Bizim ingiscə konuşmaq istəyən, çatmaqaş, gözəl-göyçək icra başçımızın vur-tut 34 yaşı var, dayısı deputat, Həmkarların əbədi sədri Səttar Mehbalıyev, qaynatası isə, sabiq deputat, Narxoz-un keçmiş rektoru Şəmsəddin Hacıyevdir.
Mövzudan kənara çıxmadan onu da qeyd edək ki, Səttar Mehbalıyevin kabinetinin ağzında bir neçə il əvvəl Qarabağ qazisi özünü yandıraraq intihar etmişdi.
Narxoz-un rektorundan isə danışmağa dəyməz. Narxoz sözü hər şeyi deyir.
Əbəs yerə soğan-sarımsaq misalını çəkmədik.
İndi özünüz deyin, dayaqları, ağsaqqalları belə olan Seymur Orucov necə islahatçı ola bilər ?
Dayısı putyovka sata-sata milyonçuya çevrilib. Qaynatası isə Narxoz-un binasının təmiri adı altında yüz minləri mənimsəyib. Biz hələ imtahanlardan qazandıqlarını, keçmiş nəqliyyat naziri Ziya Məmmədovla şərikli biznesini demirik.
Hələ təzə icra başçısının xanımı, yəni sabiq rektorun qızı Çeşmi xanım Hacıyevanın 350 minlik xarici avtomobildə Maştağaya gedib-gəlməsini demirik.
Bəli, Çeşmi xanım Maştağada uşaq bağçasının müdirəsi idi, həm də biznesmen xanımdır, “parnik”ləri, istixanaları var. Hətta Azəriqaza 115 min manat borcu da var idi. Mətbuat hay-küy salandan sonra bir hissəsini ödədi.
Təsəvvür edirsiniz, vətəndaşın 1 manatı olmasa qışın soyuğunda evində donub ölər. Amma Çeşmi xanımın 115 min manatlıq borcuna görə qazını da kəsməyə cürət etmirlər.
Hələ bu harasıdır ?
Çeşmi xanımı bu yaxınlarda Azərbaycan Dillər Universitetində rektoru Kamal Abdulla özünə mırtıkulturalizm məsələləri üzrə müşavir təyin etdi.
Bərəkallah. Bağça müdirəsi, biznesmen, müşavir və s.
Gənc icra başçısı isə özündən əvvəlki icra başçısının yolunu davam etdirir.
Ağstafalılar əvvəl düşündülər ki, gənc icra başçısı onların problemləri ilə maraqlanacaq, onlara dəstək olacaq. Ancaq qısa vaxt sonra gördülər ki, Seymur Orucov idarəetməni ümumiyyətlə bacarmır. Həm də bu adamın 1 günlük idarəetmə təcrübəsi yoxdur.
Bu azmış kimi Seymur Orucovu rayonda tapmaq müşkül olub. Qaranlıq düşən kim avtosunu minib Bakıya, arvad-uşağın yanına tərpənir. Başa düşmək lazımdır ki, bu adamın göbəyi Bakıda kəsilib, nə bilir kənd nədir, əkin nədir, biçin nədir, mal-qara nədir...
Üstəlik, təzə icra başçısı köhnə rüşvətxor məmurlarla, idarə rəsiləri ilə işləməyə üstünlük verir, özünü komandası yoxdur.
Komandası olmasa da, zəhrimar rüşvətin yolunu yaman tapıb Seymur Orucov.
Bəli, Seymur Orucov da Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli keçirir, tenderdə özünə yaxın şirkətlər qalib olur, daha doğrusu, qalib elan edilir.
Bu günlərdə Ağstafada belə bir tenderə yekun vurulub. Və tenderin qalibi “Meqa An İnşaat” MMC 325 min 727 manat 39 qəpik vəsait əldə edib.
Ən dəhşətlisi odur ki, bir müddət əvvəl Ağstafada 2 milyon 227 min 692 manatlıq tenderi udan “Səma MM İnşaat”la “Meqa” şirkəti eyni adamlara məxsusdur.
Bəli, siçan-pişik oyunu, şirkətlər dəyişsə də sahiblər dəyişmir.
Cənab Seymur Orucov ! Dəvəquşu məsəlini yada sal. Başını soxur quma, elə bilir görən yoxdur.
Amma vacib dövlət qurumları sizin əməllərinizi yaxşı görürür. Zamanı çatanda gələcəklər… //gundelik-baku.com//
4-12-2018, 14:47
Biləsuvarda 27 yaşlı gənc bıçaqlanıb
22-02-2021, 10:53
Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?
26-12-2018, 14:15
Lerikin icra başçısı onların heç bir tələbini dinləmir... - GİLEY
14-12-2018, 12:09
İcra başçısı özünə yeni müavin təyin etdi
19-11-2018, 12:18
Deputatdan 30 min manat rüşvət istəyən Nəsimi rayon icra başçısı çıxdı
14-12-2018, 13:21
Şərifovun kadrlarının ənənəvi iş metodu... - İDDİA
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı