Hərbi Qənimətlər Parkı: Ermənistanın rəzalət simvolu
Gündəm / Siyasət
Oxunub: 327
14 Nis 2021 | 10:30
Hərbi Qənimətlər Parkı: Ermənistanın rəzalət simvolu Dünən Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı və orada nümayiş olunan hərbi qənimətlər, eləcə də düşmən manikenləri Ermənistanı yaman qəzəbləndirib. Tarixən Azərbaycana qarşı əks-təbliğat kampaniyasını gündəlik həyat tərzinə çevirən Ermənistan bu dəfə də eyni məkrlə, eyni fitnə ilə hərəkətə keçib. Azərbaycanın qələbə simvolu olan bu park ətrafında elə hay-şüvən qoparıb ki, heç müharibədəki acı məğlubiyyətdən sonra da bunu etməmişdi...
Dəryada batan saman çöpündən yapışdığı kimi, ermənilər də sıldırım qayanın çatlağında göyərən otdan – lap elə parkda sərgilənən erməni manikenin kibrit qutusundakı çətənəsindən yapışıblar (Müharibə günlərində erməni hərbçilərin qoyub qaçdıqları postlardan narkotik tapılması faktları var - müəl.). Ay “insani dəyərlər ayaqlar altına atılır”, ay “Azərbaycan erməniləri təhqir edir”, nəbilim, “ermənifobiyanı təbliğ edir” kimi sərsəm hayqırtılar bu gün bu ölkənin parlament binasına qədər "çırpıldı".
Deputatlar biri bir qəpikdən ağızlarına gələni danışdılar. Oğru elə bağırdı, doğrunun bağrı yarıldı, misalı. Hətta Ermənistan Xarici İşlər Nazirliyini də ittiham etdilər, niyə bununla bağlı bəyanat vermir deyə... Nazirlik də məcbur qalıb günün sonuna yaxın o nimdaş hayqırtıları təkrarladı - sanki, Xocalıda yüzlərlə insanı qətl edən, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanı yerlə yeksan edən, məscidlərdə donuz saxlayan, müharibə dövründə azərbaycanlı hərbçinin başını kəsən və bunu nümayiş etdirən bunlar deyilmiş kimi...
Gəlin görək, azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən dövlət səviyyəsində törədilən məqsədyönlü dağıntı və talan siyasətinin nəticələri bu gün bütün dünyanın gözləri qarşısında baş verməyibmi? Tarixi, mədəni, dini irsimizi yerlə yeksan edən, təbii ehtiyatlarımızı talan edən, bir milyon insanın fundamental hüququnu pozaraq 30 il ərzində mülkiyyətini mənimsəyən bir ölkənin talançılıqdan danışması hansı çərçivəyə sığır? Faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa haqqı varmı? Əlbəttə ki, yox!
Bu arada, Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan XİN-ə cavabı da özünü çox gözlətmədi. Nazirlik bəyan etdi ki, paytaxt Bakı şəhərində Hərbi Qənimətlər Parkının açılışı və burada 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan XİN-in isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir.
“Ermənistanın isə üçtərəfli razılığa zidd olaraq, pozucu fəaliyyəti ilə bağlı üzrxahlıq bildirmək əvəzinə, əsassız iddialarla çıxış etməsi, Azərbaycana qarşı yalan və iftira dolu kampaniya aparması bu ölkənin hələ də düşmənçilik mövqeyindən çıxış etdiyini, beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılmasına hazır olmadığını və beləliklə də yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmadığını nümayiş etdirir" – deyə, XİN öz bəyanatında qeyd edir.
Əlbəttə, reallıq hər kəsə bəllidir. Artıq bütün dünya Azərbaycanı da, Ermənistanı da yaxşı tanıyır. Və dünyada qənimət parkları, zəfər muzeyləri təcrübəsi də yeni bir şey deyil. Bir çox ölkələrdə hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi də çoxdan mövcuddur. Ona görə də təbii ki, Ermənistandan fərqli olaraq, hər kəs bu parkın və burada sərgilənən kompozisiyaların təyinatını çox gözəl anlayır - qanunsuz işğal üzərində çalınan böyük Qələbə, beynəlxalq hüququn təntənəsi və ən nəhayət, Azərbaycan Ordusunun gücü!

Elgün MƏNSİMOV
6-01-2019, 14:42
Erməni əsgərlər arasında kütləvi dava olub
28-09-2020, 11:46
Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq
19-02-2021, 13:02
Ermənilər Mir Şahinin Zəngəzurdan çəkdiyi filmə görə hələ də Paşinyanı söyür
13-04-2021, 10:32
Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı
27-09-2020, 17:18
"Azərbaycanın bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib" - İlham Əliyev
15-10-2020, 10:01
Ermənistan hakimiyyətinin uşaqları hərbi əməliyyatlara cəlb etməsi öz xalqına qarşı cinayətdir
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı