Prezidentə “Xalq Qəhrəmanı” dövlət mükafatı verilməlidir - Siyasi ekspert
Gündəm / Siyasət
Oxunub: 365
22 Ara 2020 | 13:46
Prezidentə “Xalq Qəhrəmanı” dövlət mükafatı verilməlidir - Siyasi ekspert Azərbaycanın Vətən müharibəsi xalqımızın parlaq qələbəsi ilə yekunlaşdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Eyni zamanda, azadlıq savaşı cənab Prezidentin təkrarsız diplomatik məharəti ilə yanaşı, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlət başçımızın siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi.
Bunu SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Siyasi ekspertin sözlərinə görə, xalq Prezidenti, Ali Baş Komandanı "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən müharibəsi qəhrəmanı" kimi görmək istəyir: “Məhz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qarabağ torpaqları düşmən işğalından azad edildi. 44 günlük müharibə bütün dünyaya dövlət başçısının necə praqmatik düşüncəli, müdrik siyasi xadim, diplomat və güclü sərkərdə olduğunu bir daha göstərdi. Prezident İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Onun vəsiyyətini yerinə yetirdi.
Hesab edirəm ki, xalqın təşəbbüsü ilə dövlət tərəfindən müharibəni qələbə ilə tamamlayan ordunun müzəffər Ali Baş Komandanı İlham Əliyevə "Azərbaycanın Milli Qəhrəmanı", “Vətən müharibəsi qəhrəmanı” adı verilməlidir. Hətta deyərdim ki, Azərbaycan dövləti tərəfindən “Xalq Qəhrəmanı” xüsusi mükafatı təsis olunmalıdır və bu ada Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərinə görə ilk olaraq da cənab İlham Əliyev layiq görülməlidir. Çünki dövlət başçısı bu xüsusi mükafata layiq olan şəxsiyyətdir. Xalq tərəfindən cənab Prezidentə istər pandemiya dövründə olsun, istərsə də 44 günlük Vətən müharibəsi dövründə saysız-hesabsız müraciətlər gəlirdi və gəlməkdədir, hər bir müraciətdə də ölkə başçısının gördüyü işlər təqdirəlayiq hal kimi qiymətləndirilir. Bunların hər biri göstərir ki, xalq Prezidentinə etimad edir və Onu öz Lideri, Qəhrəmanı kimi görür.
Cənab İlham Əliyev həm də güclü sərkərdədir. Çünki sərkərdəlik yalnız və yalnız müharibə dönəmində özünü göstərir. Vətən müharibəsi dövründə bütün döyüş tapşırıqları, taktiki gedişlər bilavasitə Ali Baş Komandanın tapşırığı və göstərişi ilə həyata keçirilirdi. Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin ilk illərindən başladığı ordu quruculuğu prosesinin artıq hansı səviyyəyə gəlib çatdığını, cənab Ali Baş Komandanın iradəsi, mətinliyi sayəsində Milli Ordumuzun necə yüksək döyüş qabiliyyətinə malik olduğunu bütün dünya Vətən müharibəsində bir daha gördü. Onun diplomatiya səngərlərində, müasir dünyamızın qlobal siyasi-iqtisadi prosesləri müstəvisində zəka silahı ilə qazandığı zəfərlər isə bundan daha böyükdür”.
B.Quliyev əlavə edib ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu: “İlham Əliyev öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən tarixi şəxslər sırasına öz adını böyük hərflərlə yazdı. Cənab İlham Əliyev Öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır, yeni minilliyin başlanğıcında bu statusun dəyər və meyarlarını formalaşdırır. Bir tərəfdən klassik liderlik konsepsiyası, digər tərəfdən də müasir liderlərə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla O, əsl liderin bütün keyfiyyətlərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirə bilir. İlham Əliyev bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm qurucu rəhbər obrazlarını Onun siyasi portretində tapa bilir”.
18-11-2020, 10:14
Xalq öz Ali Baş Komandanı ilə qürur duyur
11-11-2020, 15:25
Azərbaycan dövlətinin şanlı Qələbəsi
13-11-2020, 14:21
Azərbaycanın müstəqillik və hərb tarixinə qızıl hərflərlə yazılan qələbə salnaməsi
27-10-2020, 10:33
Azərbaycan Ordusu doğma torpaqlarımızın azad olunması uğrunda müqəddəs vəzifəni şərəflə yerinə yetirir
13-10-2020, 12:14
Azərbaycan Ordusu separatçılara və terrorçulara qarşı döyüşür və ərazi bütövlüyümüz uğrunda mübarizə aparır
15-10-2020, 09:37
İlham Əliyevin ədalətli savaşı
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı