Qurban Qurbanov: "Başlarına dəysin, bizə lazım olmayan şeylərdir" - MÜSAHİBƏ
Gündəm / Müsahibə
Oxunub: 392
30 Ekm 2020 | 10:55
Qurban Qurbanov: "Başlarına dəysin, bizə lazım olmayan şeylərdir" - MÜSAHİBƏ “İlk növbədə Türkiyənin Cümhuriyyət bayramını təbrik edirəm. Bütün türk xalqının daha möhkəm olmağını arzulayıram”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”la oyun barədə danışarkən deyib.
İspaniya təmsilçisini İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda qəbul edən Azərbaycan çempionu meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.
Qurbanov matçdan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Futbolçularımdan razı qaldım, hər birinə təşəkkür edirəm. Həqiqətən də, çox təcrübəli, texniki cəhətdən sürətli komandaya qarşı oynadıq. Düşündüyümüz oyundan əl çəkmədik, onu sona qədər qorumağa çalışdıq. Ustalıq fərqi var, onların oyunçularının dəyəri bizdən qat-qat yüksəkdir. İkinci hissədə də bir az yorulduq. Bizim oyunçu sarıdan problemlərimiz var. İkinci hissədə müdafiədə dəyişikliklər etməli idik, amma edə bilmədik. Buna baxmayaraq, komandamız oyun nizam-intizamından əl çəkmədilər. Belə rəqiblərə qarşı hər bir oyun bizim üçün böyük təcrübədir”.
- Bu gün sizi sevindirən üç detalı deyə bilərsiniz?
- Birincisi, ev oyunumuzu evimizdə, İstanbulda oynadıq. İkincisi, stadionu qeyd etmək istərdim. Azarkeşsiz olsa da, ab-hava xoş idi, arxamda çoxlu sayda azarkeş səsi eşidirdim. Az olsalar da, dəyərləri yüksək idi. Bu da futbolçularımıza böyük ruh yüksəkliyi verdi. Üçüncüsü, nəticənin daha yaxşı olmasını istərdik. Bəzi oyunçuların hazır olmaması məni məyus etdi. İstənilən halda, qarşılaşmadan razı qaldım.
- Bu gün "kaş" deyib, nəyə təəssüfləndiniz?
- Belə şeylərə elə də önəm vermirəm. Hər bir məşqçi əlindəki oyunçuların sağlam olmasını istəyər. 5 dəyişiklik imkanı verilir, ancaq bu gün istədiyim kimi əvəzetmə edə bilmədim. Rəqib isə istədiyi əvəzetmələri etdi. Kaş oyunçuların hamısı sağlam olardı.
- Sanki matçın sonuna yaxın hakimə nəsə deyirdiniz?
- Bilmirəm nə dərəcədə düzgün olar, amma görünən odur ki, çexiyalı hakimlər Azərbaycanla yola getmir. Oyunun əvvəlində iki sarı vərəqə göstərildi. Belədə futbolçu ehtiyatlı oynamalı olur. Hakimlər də belə anlarda səbirli olmalıdır. Bir neçə epizodda onların da oyunçusuna sarı vərəqə verməli idi. Penalti epizoduna gəlincə, belə oyunlarda bu cür penalti verilirmi, bilmirəm.
- Belə bir məlumat yayılıb ki, "Matc TV"də "Qarabağ"ın oyunlarının canlı yayımlanmasına qadağa qoyulub. Kanalın direktoru ermənidir. Bununla bağlı fikirlərinizi bildirərdiniz.
- Onlardan başqa nəsə gözləmək də düzgün olmaz. Düşük fikirlərdir. Başlarına dəysin, bizə lazım olmayan şeylərdir. Azərbaycanda, Türkiyədə istədiyimizdən də artıq oyunlarımızı göstərirlər. Onların göstərməsi lazım da deyil. Onlar barədə heç danışmaq da istəmirəm.
- Rahil Məmmədov hazır deyil, yoxsa zədə ona psixoloji təsir göstərir?
- Rahilə bir söz deyə bilərəm: əhsən. Yanvardan bəri heç bir oyuna çıxmamışdı. "Zirə" ilə görüşdə də yaxşı çıxış etmişdi. Bu gün də 90 dəqiqə ərzində bir neçə epizodu çıxsaq, səhvsiz oynadı. Onun oyunu məni çox razı saldı. Bu oyun da onun üçün böyük təcrübə oldu.
- Qrupun ən güclü komandası ilə ilk hissədə başabaş çıxış etdiniz. Bu amil qalan matçlarda hədəflərinizi yüksəltməyə kömək edəcəkmi?
- Bu gün Bakıya qayıtmalı, iki gündən sonra oyun keçirməli, ardından "Sivasspor"la görüşə yollanmalıyıq. Bu təqvim bizə mane olur. İnanıram ki, zədəli oyunçular sağalacaq, rotasiyalar edə biləcəyik. Biz daim baxımlı oynamağa çalışırıq, bundan əl çəkməyəcəyik. "Sivasspor" bu gün uduzdu. Onlarla oyun hər iki komanda üçün vacib olacaq. Sivasdakı qarşılaşma bugünkündən daha maraqlı olacaq. Futbolçularımdan intizamlı və baxımlı oyun tələb etmişəm.
- Bakıda oynasaydınız, qələbə qazanacağınızı düşünmürsünüz?
- Düşünürdüm desəm, yanlış olardı. Bakı ilə İstanbul arasında heç bir fərq hiss etmədim. Qəbul edək ki, rəqib bizdən üstün idi. Bakıda bəlkə bundan daha böyük fərqlə məğlub olardıq.
- Heyətin gücləndirilməsini çempionat, yoxsa Avropa Liqası üçün istəyirsiniz?
- Elə bir fərqi yoxdur. İndi elə bir dövrdür ki, Avropada düşünülməyən nəticələr var. "Makkabi" ilə oyunumuzdan sonra qrupdakı komandaların hamısı öz çempionatında xal itirmişdi. Bunlar elə-belə şeylər deyil. Çünki komandalar çox enerji itirirlər. Bakdakı matçda ciddi rotasiya edə bilməyəcəyəm. Təkcə Abbas Hüseynovun 3-4 gündən bir 6 və ya 7-ci oyunu idi. Hətta ehtiyatlanırdım ki, zədələnə bilər. "Keşlə" ilə oyuna hazırlaşmalıyıq, ancaq müdafiədə problemlərimiz var. Sağlam oyunçu çox olanda həm çempionatda, həm də avrokuboklarda istədiyimiz keyfiyyəti göstərə bilirik. Futbolçuların orqanizmi fərqlidir, bu oyunlar da böyük enerji aparır. Çempionatda qələbələrimizin sayının az olması təsadüfi deyil. Bizim üçün asan olmayacaq. Əvvəlki illərə nisbətən hərtərəfli səviyyəmiz bir az aşağı düşüb. Ancaq yenə də səviyyəmizi qorumağa çalışırıq. Oyunçuların sayının çox olması vacibdir. Futbol sürət, güc tələb edir.
7-08-2019, 11:38
Qurban Qurbanov "Qarabağ"ın Kiprdəki qələbəsi haqda
18-11-2018, 13:25
Qurban Qurbanov: "Paltardəyişmə otağında dedim ki..."
22-06-2020, 12:21
Qurban Qurbanov dünyada eyni klubda çalışan məşqçilər siyahısında 6-cı olub
10-12-2018, 13:24
"Zirə"nin baş məşqçisi 0-6 hesablı məğlubiyyət barədə: "Futbolçularla sabah danışacağıq"
2-10-2020, 15:16
“Qarabağ” yaxınlarda öz doğma stadionuna qayıdacaq” - Elxan Məmmədov
15-09-2020, 13:51
Onlar “Neftçi”yə qarşı oynamayacaq?
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı