Azərbaycan və Türkiyə diplomatları Amerika Dövlətləri Təşkilatının ermənipərəst baş katibini ifşa etdilər
Oktyabrın 20-21-də virtual formatda keçirilmiş Amerika Dövlətləri Təşkilatının (ADT) Baş Assambleyasının 50-ci Sessiyasında Azərbaycan da təşkilatın Daimi Müşahidəçisi qismində iştirak edib.Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, öz ənənəvi ermənipərəst mövqeyini davam edən ADT-nin baş katibi Luis Almaqro əvvəlki illərdə olduğu kimi bir daha Baş Assambleyadan öncə nə ADT-nin, nə də ADT üzv ölkələrinin rəsmi mövqelərini əks etdirən kəskin ermənipərəst bəyanatlarla çıxış edib.
Bununla bağlı ADT-nin bir sıra üzv ölkələri L. Almaqronun mövqeyinin beynəlxalq hüquqa və ölkələrin mövqelərinə zidd olduğunu bildirib və onun Cənubi Amerikada fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olduğunu etiraf edib.
Baş Assambleyada çıxış edən Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Orxan Zeynalov ADT baş katibinin təxribatçı bəyanatına sərt cavab verərək, tədbir iştirakçılarına cari ilin 27 sentyabr tarixindən başlayaraq qoşunların təmas xətti boyunca Ermənistanın Azərbaycana qarşı başladığı aqressiya barədə ətraflı məlumatı çatdırıb, ölkəmizin cəbhə bölgəsindən xeyli uzaq ərazilərdə, əhalinin sıx yaşadığı yerlərdə yaşayış-mülki obyektlərin raket və ağır artilleriya hücumları nəticəsində günahsız insanların öldüyünü qeyd edib. Hazırda Azərbaycan ordusunun bu aqressiyaya qarşı cavab tədbirləri görmək məcburiyyətində qaldığı və Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əks-hücum tədbirlərinin davam etdiyi bildirilib. Döyüşlərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində getdiyi vurğulanaraq, Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı, BMT Təhlükəsizlik Şurasının işğalçı ordunun qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı müvafiq qətnamələri də xatırlanıb.
O. Zeynalov çıxışında ADT-nin baş katibinin erməni diasporunun təsiri ilə ADT adından verdiyi təxribatçı bəyanat və Səfirliyə ünvanlandığı məktubun ADT üzvü olmayan Azərbaycana qarşı açıq aqressiya olduğu, təşkilatın Nizamnaməsinin müvafiq fəslində təsbit edildiyi kimi beynəlxalq hüququn prinsipləri – suverenlik və müstəqillik prinsiplərinin kobud pozulduğu və məktubda əks olunmuş sübutsuz yalanların ADT üzv-ölkələrinin mövqeləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə ziddiyyət təşkil etdiyi vurğulanıb. Şərq Yarımkürəsində baş verən hadisəyə münasibət bildirməklə ADT-nin Ümumi Katibliyinin öz mandatını və səlahiyyətlərini aşdığından ciddi narahatlıq ifadə olunub. Əlavə olaraq, ADT-nin 35 üzv-dövlətindən və 72 Daimi Müşahidəçidən ADT baş katibinin beynəlxalq hüquq və normalara zidd olan bu təxribatçı bəyanatının pislənməsi çağırışı edilib.
İclasın davamında Türkiyənin ABŞ-dakı səfirinin müavini Sinan Ertay söz götürərək, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonu işğal etdiyini, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu qeyd edib. Hazırda aqressor Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında yaratmaq istədiyi yazıq, əzilmiş obrazının tam yalan olduğu, əsl qurbanın torpaqları işğal altında olan Azərbaycan olduğunu da vurğulayıb. Türk diplomatı Türkiyənin Azərbaycana bundan sonra da mənəvi və siyasi dəstəyini davam etdirəcəyini, Ermənistanın işğala son verməsinə çağırıb. S. Ertay ADT baş katibinin heç bir beynəlxalq norma və prinsiplərə, beynəlxalq təşkilatların davranış etikasına sığmayan təxribatçı bəyanatını kəskin qınayıb.
İclasda çıxış edən Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyi “obyektiv” mövqeyə görə ADT baş katibi L. Almaqroya xüsusi təşəkkür bildirməsi ilə əslində sonuncunun erməni lobbisi ilə sıx əlaqələrini bir daha üzə çıxarıb. Xatırladaq ki, Uruqvayın sabiq xarici işlər naziri L. Almaqro erməni lobbisinin təsiri altında 2011-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış qondarma quruma qanunsuz səfər edib. Əlavə etmək lazımdır ki, Baş Assambleya zamanı Meksika tərəfi Boliviyada dövlət çevrilişinə təhrik edən hesabatı təbliğ etdiyi üçün L. Almaqronun baş katib vəzifəsindən getməsini tələb edib, ötən həftə Boliviya tərəfi ölkədə keçirilmiş seçkilərə və ölkənin suverenliyinə müdaxilə ittihamı ilə L. Almaqro barədə BMT-nin insan haqları üzrə ali komissarına şikayət ünvanlayıb, Argentinanın Xarici İşlər Nazirliyi isə baş katibi Venesueladakı böhranında tutduğu mövqeyə görə kəskin tənqid edib.
16-07-2020, 13:12
Vaşinqtonda Azərbaycan diplomatları Türkiyəyə dəstək ifadə ediblər
15-10-2020, 09:21
ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları etiraz tədbiri keçirib
26-09-2020, 11:08
Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində
30-06-2020, 12:14
Kamran Bayramov: Cənab Prezidentin yeritdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycana daha böyük nüfuz və hörmət qazandırır
28-01-2019, 13:04
Diplomatlar da müxalifətin tərəfinə keçdilər
20-01-2019, 13:41
Şəhidlərimiz İsveçdə yad edilib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı