Baş Prokurorluq dövlət əleyhinə çağırışda təqsirləndirilən şəxs barədə məlumat yaydı
Azərbaycan vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunmuş və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilib.
İstintaqla müəyyən edilmişdir ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə "youtube” və "facebook” sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib.
Qeyd olunanlara əsasən Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilmişlər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "İnterpol”-un Milli Mərkəzi Bürosuna göndərilib.
Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olaraq olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.
Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
4-09-2020, 09:53
Elvin İsayevin məhkəməsi başlayır
2-09-2020, 11:58
BŞİH-nin vəzifəli şəxsi barəsindəki cinayət işi məhkəməyə göndərilib
18-06-2020, 14:58
Dələduzluqda ittiham olunan sabiq prokurorun işi icraata verildi
5-08-2019, 16:44
Fədayə Laçının məhkəməsindən XƏBƏR VAR
30-07-2020, 10:49
Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı QƏRAR VERİLDİ
17-07-2020, 13:30
Bakıda kriminal avtoriteti öldürən şəxs həbs edilib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı