Sloveniya yazıçısının Mehdi Hüseynzadəyə həsr etdiyi kitab Fərhad Abdullayevin tərcüməsində
Gündəm
Oxunub: 579
25 Kas 2018 | 12:51
Sloveniya yazıçısının Mehdi Hüseynzadəyə həsr etdiyi kitab Fərhad Abdullayevin tərcüməsində

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinə hazırlanmış “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsi dövründə keçmiş Yuqoslaviya və İtaliya partizan dəstələrinin tərkibində nasist Almaniyasına qarşı döyüşmüş qəhrəmanın rəşadətli ömür yolundan bəhs edən əsərin müəllifi tanınmış Sloveniya yazıçısı Peter Amaliettidir.

Kitab igid partizanın tarixi qəhrəmanlıqlarının şahidi olmuş sloveniyalıların dili ilə söylənən xatirələr, sənədli mətn və materiallar əsasında tərtib edilib. Əsəri Azərbaycan dilinə tanınmış tərcüməçi Fərhad Abdullayev çevirib.

Kitaba yazılmış “Ön söz”də deyir: “Əsərdə müəllif Mehdi Hüseynzadənin uşaqlıq, gənclik illərini, Böyük Vətən müharibəsində onunla bağlı olan və indiyədək qaranlıq qalan qəhrəmanlıq səhifələrini oxucunun gözləri qarşısında bir sənətkar ustalığı ilə açır. Əsərdə uzun illər ərzində toplanmış nadir faktlar əsasında əfsanəvi partizanın keçdiyi döyüş yolu geniş işıqlandırılır, onun silah və əqidə dostlarının fəaliyyətindən ətraflı bəhs edilir. Nəticədə igid döyüşçünün müharibə illərində sloven, italyan, sovet partizanlarını heyran qoyan, almanları vahiməyə salan neçə-neçə qəhrəmanlıq epizodları ilə tanış oluruq. Kitabda xüsusi xidmət orqanlarının arxivlərindən, şahid xatirələrdən, sənədli-publisistik əsərlərdən və yazıçının öz araşdırmalarından geniş istifadə olunub. Mixaylonun təxribat əməliyyatları arxiv sənədləri əsasında təsvir edilib, bir çox faktlar və şəxs adlar həqiqidir.

Peter Amaliettidinin kitabında qəhrəman Mixaylo barədə bildiyimiz və bilmədiyimiz bir çox məqamlar yenidən araşdırılıb, müharibə illərində Sloveniyada baş verən ictimai-siyasi proseslərə qiymət verilib. Maraqlıdır ki, əsərdə Mixaylo həm faşistlərə qarşı mübarizə aparan partizan, həm də Sloveniya milli-azadlıq hərəkatının sadiq əsgəri kimi qələmə verilir. Yazıçı öz qəhrəmanının dili ilə Azərbaycan və Sloveniya arasında tarixi paralellik aparır, hər iki xalqın təcavüzə, soyqırımına məruz qaldığına, azadlıq və müstəqillik uğrunda mücadilə apardığına dair konkret faktlar göstərir.

Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2013-cü ildə rus dilində işıq üzü görüb. Əsər Azərbaycan Tərcümə Mərkəzinin təşəbbüsü ilə dilimizə tərcümə olunub. Ümid edirik ki, tanınmış jurnalist və publisist, mahir tərcüməçi Fərhad Abdullayevin tərcüməsində Azərbaycan oxucusuna təqdim olunan “Hamı bir nəfər üçün, yaxud Mixaylonun qisası” romanı əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin 100 illik yubileyinə layiqli töhfə olacaq.

Qeyd edək ki, Azərbaycan Tərcümə Mərkəzində işləyir Fərhad Abdullayevin imzası oxuculara yaxşı tanışdır. Onun tərcüməsində ədəbiyyatsevərlər Y.Dolqopolskinin “Mən şahmat oynayıram”, M.Gerşensonun “Robin Hud”, N.Xomiçin “Sərdabənin sirri”, Ş.Aleyxemin “Seçilmiş əsərləri”, M.Çexovun “Peşəkar aktyorluq dərsləri” və s. kitablarla tanış olub.

Fərhad Abdullayevin publisistikası da mövzu baxımından çox maraqlıdır, rəngarəngdir, bacarıqla istifadə elədiyi nəsr təhkiyəsi həmin yazıları daha da oxunaqlı edib. Onun “Birinci Nikolayın sevimli xanı”, “Məhbus xanımın ölüm rəqsi”, “Şuşada axşamlar yanar ulduzlar”, “Musa Nağıyevin kişi sözü” publisistik yazılarının hər biri insan ömrü haqqında peşəkar qələm adamının təqdim elədiyi kövrək hekayələrdi. Xüsusilə, “Tarixin karvanı” silsiləsindən araya-ərsəyə gətirdiyi “Heçdir Vətənsiz can”, “Böyüklər üçün dərs”, “Dünyanın qürub çağı”, “Onu bağışlamaq olarmı?”, “Qatarın dalınca baxma”, “Beş çömçə pay” və digər publisistik yazılarını oxuyanda onun nə vaxtsa nəsr əsərləri yazmadığına inanmaq olmur...

Az qala, qırx illik yaradıcılığında Fərhad Abdullayev peşəkar bir tərcüməçi kimi tanınıb, sevilib. O, Azərbaycan Tərcümə Mərkəzində işıq üzü görən görkəmli yəhudi yazıçısı Şalom Aleyxemin “Seçilmiş əsərləri”ni, böyük rus aktyoru Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” monoqrafiyasını, “XX əsrin Norveç hekayələri” toplusunu (qələm dostları ilə birgə) və çağdaş Ukrayna yazıçısı Nikolay Xomiçin “Sərdabənin sirri” əsərini (Saday Budaqlı ilə birgə) dilimizə ustalıqla çevirib.

İnanırıq ki, Azərbaycan oxucusu Fərhad Abdullayevin tərcüməsində dünya ədəbiyyatının hələ çox inciləri ilə tanış olacaq.
21-11-2018, 13:24
“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib
5-11-2018, 17:04
Güllələnməyə məruz qalan, “Buzlu cəhənnəm”də sürgün olunan rəssamın illərdən sonra “kama çatması”
24-11-2018, 15:13
Azərbaycan yolların keyfiyyətinə görə dünya – REYTİNQİNDƏ
18-11-2018, 14:10
“ABEL MENDOZA” şərabı və bizim ABEL… – Rektor və səfir oğlu necə şərab biznesmeni oldu?
7-11-2018, 16:17
Lalə Şövkət ad gününü niyə qeyd etmir? - Oğlu səbəbi açıqladı
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı